Venesiya şəhərinə bir günlük səfər edən turistlərdən 50 avro ödəniş tələb oluna bilər
22.06.2026 [22:47]
Turist sıxlığının qarşısının alınması məqsədilə Venesiya bələdiyyəsi şəhərə bir günlük səfər edən turistlər üçün giriş haqqını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Hazırda müəyyən dövrlərdə 5-10 avro arasında dəyişən bu ödəniş gələcəkdə son anda alınan biletlər üçün 50 avroya çata bilər.
AZƏRTAC xəbər verir ki, 2025-ci ildə təxminən 30 milyon turistin ziyarət etdiyi Venesiyada iki ildir ki, ziyarətçilərdən giriş haqqı alınır.
İlin ən sıx 60 günü tətbiq olunan bu sistem ötən il şəhər büdcəsinə 5,5 milyon avro qazandırsa da, turist sayında nəzərəçarpacaq azalma yaratmayıb.
Şəhər büdcəsi üzrə məsul şəxs Mişel Zuin bildirib ki, giriş haqqının aşağı olması gözlənilən təsiri göstərməyib. Onun sözlərinə görə, turistlərin sayı azalmayıb, lakin digər şəhərlərdə olduğu kimi artım da müşahidə olunmayıb. Buna görə, bələdiyyə şəhərdə gecələmədən və ya restoranlarda vaxt keçirmədən yalnız bir neçə saatlıq səfər edən turistləri çəkindirmək üçün tarifləri artırmağı düşünür. Təklifə əsasən, əvvəlcədən alınan bilet 30 avro, son anda alınan bilet isə 50 avro olacaq.
Sakinləri təmsil edən “Venessia.com” assosiasiyasının nümayəndəsi Matteo Sekki bu təşəbbüsün azgəlirli ailələr üçün problemlər yaradacağını düşünür. Onun sözlərinə görə, dörd nəfərlik ailənin şəhərə daxil olması 200 avroya başa gəlir ki, bu da insanların restoran və suvenir mağazalarında xərclərini azaltmasına səbəb olacaq.
Bələdiyyə, həmçinin ən sıx günlərdə tez-tez şəhərə gəlib-gedən şəxsləri də məhdudlaşdırmağı nəzərdən keçirir. Hazırda giriş haqqından azad olan Venesiya bölgəsinin sakinləri də gələcəkdə bu ödənişə cəlb oluna bilər. Lakin hüquqşünaslar bir İtaliya vətəndaşından öz ölkəsində sərbəst hərəkət etmək üçün 50 avro tələb olunmasının hüquqi baxımdan mübahisəli olduğunu vurğulayırlar.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35

