26 iyun: Müzəfər Ali Baş Komandanın, Müzəffər Ordunun və Müzəffər Xalqın Günüdür
22.06.2026 [12:49]
26 İyun – Silahlı Qüvvələr Günü təkcə bir dövlət quruculuğu və hərbi strukturun formalaşması günü deyil. Bu gün, eyni zamanda, millətin öz varlığını, istiqlalını və suverenliyini qorumaq üçün ayağa qalxdığı, nəfəsini, qüvvəsini, qəlbini silaha, sipərə və bayrağa çevirdiyi müqəddəs bir anın simvoludur. Bu günün mənası tarixi qanunauyğunluqla yanaşı, milli şüurun dərin qatlarına nüfuz etmiş, hər bir vətəndaşın ruhunda daşıdığı qürur və məsuliyyət kimi ifadə olunur.
Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində ordu quruculuğu hər zaman xüsusi əhəmiyyətə malik sahələrdən biri olub. Bu səbəbdən 26 İyun - Silahlı Qüvvələr Günü təkcə hərbi sistemin deyil, bütövlükdə dövlət müstəqilliyinin və suverenliyin, xalqın təhlükəsizliyinin, milli birliyinin rəmzinə çevrilib.
Bu əlamətdar tarix Azərbaycan Ordusunun rəsmi şəkildə yaradıldığı gündür. Məhz 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ilk müntəzəm ordu hissələri yaradıldı və dövlətin hərbi dayaqları formalaşdırıldı.
Müasir Azərbaycan Ordusunun əsasını və inkişaf istiqamətini müəyyən edən şəxsiyyətin Ulu Öndər Heydər Əliyev olduğunu deyən deputat bildirib: “Ümummilli Liderin ordu quruculuğu sahəsindəki strateji baxışı, gələcəyə hesablanmış uzaqgörən siyasəti və xalqın orduya inamını bərpa edən liderlik keyfiyyətləri bu gün qüdrətli Silahlı Qüvvələrimizin təməlini təşkil edir. Təsadüfi deyil ki, dahi rəhbər hələ sovet dövründə, 1970-ci illərdən etibarən milli ordu quruculuğuna hazırlıq prosesini başlatmışdı. Onun səyləri nəticəsində azərbaycanlı gənclərin SSRİ-nin müxtəlif ali hərbi məktəblərində təhsil almasına şərait yaradıldı. Daha da vacib məqamlardan biri 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması idi. Bu lisey müstəqillik illərində Azərbaycan Ordusunun əsas zabit kadr mənbəyinə çevrilmişdi.
1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü və daxili siyasi xaos, silahlı qüvvələrin vahid komandanlıqdan məhrum olması, nizamsız silahlı dəstələrin mövcudluğu ölkənin gələcəyini sual altına qoymuşdu. Bu çətin dövrdə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər, ilk növbədə, dövlətin sabitliyini ordu quruculuğu prosesini prioritet istiqamətlərindən biri elan etdi.
1994-cü ildə Ermənistanla atəşkəsə nail olunması ilə paralel, ordunun nizami və peşəkar struktur əsasında təşkili prosesi başladı. Müdafiə Nazirliyi strukturlaşdırıldı, digər dövlətlərin hərbi akademiyaları ilə əməkdaşlıqlar genişləndirildi və ən əsası hərbi-siyasi qərarlar mərkəzləşdirilmiş şəkildə qəbul olunmağa başlandı.
Bu gün hər bir azərbaycanlı Ümummilli Liderin müəyyən etdiyi strateji xəttin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin şahidi olur. Müntəzəm olaraq Silahı Qüvvələrin hərbi-texniki təminatı, şəxsi heyətin peşəkarlığının, döyüş qabiliyyətinin artırılması və silahlanma istiqamətində köklü islahatlar aparılır. Türkiyə, Pakistan, İsrail, İtaliya kimi qabaqcıl ölkələrlə qurulan əməkdaşlıq nəticəsində ordunun arsenalı müasir dronlar, yüksəkdəqiqlikli artilleriya və müdafiə sistemləri ilə zənginləşdirilib. Bu prosesin məntiqi nəticəsi isə 44 günlük Vətən müharibəsində və 23 saatlıq antiterror əməliyyatlarında aydın şəkildə göründü.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın erməni tapdağında qalmış, hər bir guşəsində erməni vandalizminin izlərini daşıyan torpaqlarımızı işğaldan azad etdi. 2020-ci il noyabrın 8-də Şuşanın azad olunması ilə tariximizin ən şanlı səhifələrindən biri yazıldı. Bu tarixi Qələbə həm də Ümummilli Lider Heydər Əliyevin arzusunun gerçəkləşməsi idi. Məhz bu səbəbdən 26 İyun - Silahlı Qüvvələr Günü hər bir azərbaycanlının qürur duyduğu, vətənpərvərlik hissini dərinləşdirən müqəddəs bir tarixdir. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin, Prezident İlham Əliyevin qətiyyətli liderliyinin və Azərbaycan xalqının sarsılmaz birliyinin təcəssümüdür.
Azərbaycan ordusu yurdun səsi, xalqın nəfəsi və dövlətin ürəyidir. Bu ürək döyündükcə biz yaşayırıq, bu nəfəs gəldikcə biz güclənirik.
Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var.
Hər bir Azərbaycan vətəndaşı kimi Laçın rayon sakinləri də Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan müasir ordu quruculuğu siyasətindən qürur duyur, iftixar hissi keçirirlər. Qəti əmindirlər ki, ordumuzun gündən-günə artan qüdrəti sayəsində vətənimizin müdafiəsi keçilməz olacaqdır.
Azərbaycan Silahlı Qüvvələrinin qüvvələrin bütün əməkdaşlarını təbrik edir, gərgin və məsuliyyətli işlərində, xidmətlərində müvəffəqiyyətlər arzu edirik.
Bir sözlə, 26 iyun Müzəfər Ali Baş Komandanın, Müzəffər Ordunun və Müzəffər Xalqın Günüdür.
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

