Azərbaycan Ordusu istənilən vəzifəni yerinə yetirməyə qadirdir
22.06.2026 [16:07]
26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycan xalqının böyük qürur və iftixar hissi ilə qeyd etdiyi əlamətdar günlərdən biridir. Bu tarix yalnız peşə bayramı deyil, həm də müstəqil dövlətimizin gücünü, xalqımızın yenilməz iradəsini və milli birliyini təcəssüm etdirən əlamətdar gündür. Bu gün Azərbaycan Ordusu öz peşəkarlığı, yüksək döyüş hazırlığı, müasir silahlanması və qələbə ruhu ilə regionun ən güclü orduları sırasında layiqli yer tutur.
Müasir Azərbaycan Ordusunun təməlində Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik strategiyası dayanır. Ulu Öndər yaxşı bilirdi ki, müstəqil dövlət yalnız güclü iqtisadiyyatla deyil, eyni zamanda, qüdrətli və peşəkar ordu ilə qoruna bilər. Məhz onun rəhbərliyi dövründə ölkədə nizami ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi, vahid komandanlıq sistemi yaradıldı, hərbi idarəetmə təkmilləşdirildi və peşəkar zabit korpusunun formalaşdırılması istiqamətində mühüm addımlar atıldı.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi ordu quruculuğu siyasətini müasir dövrün tələblərinə uyğun şəkildə uğurla inkişaf etdirərək Azərbaycan Silahlı Qüvvələrini keyfiyyətcə yeni mərhələyə yüksəltdi. Son illərdə müdafiə sənayesinin genişləndirilməsi, ordunun ən müasir silah və texnika ilə təchiz olunması, xüsusi təyinatlı və komando birliklərinin yaradılması, beynəlxalq standartlara uyğun hərbi hazırlıq sisteminin tətbiqi Azərbaycan Ordusunun imkanlarını əhəmiyyətli dərəcədə artırdı.
Bu gün Azərbaycan Ordusunun gücü təkcə hərbi texnika ilə ölçülmür. Onun əsas üstünlüyü vətənpərvər, peşəkar və yüksək mənəvi ruhda yetişmiş şəxsi heyətidir. Hər bir Azərbaycan əsgəri Vətən sevgisini, dövlətə sədaqəti və xalq qarşısında məsuliyyət hissini özünün ən ali borcu hesab edir.
Prezident İlham Əliyev bildirib: “Biz güclü dövlət qurmuşuq və bu dövlətin güclü ordusu var. Azərbaycan Ordusu istənilən vəzifəni yerinə yetirməyə qadirdir." Bu fikirlər 2020-ci ildə bütün dünyaya əyani şəkildə nümayiş etdirildi.
44 günlük Vətən müharibəsi müasir hərb tarixində Azərbaycanın ən parlaq səhifələrindən biri oldu. Düşmənin uzun illər ərzində yaratdığı istehkamlar cəmi 44 gün ərzində darmadağın edildi. Azərbaycan Ordusu yüksək peşəkarlıq, müasir taktika, qabaqcıl texnologiyalar və əsgər-qəhrəmanlığı sayəsində tarixi Zəfərə imza atdı. Şuşanın azad olunması isə xalqımızın milli iradəsinin, ordumuzun gücünün və Ali Baş Komandanın qətiyyətinin rəmzinə çevrildi.
Qələbədən sonra da ordu quruculuğu prosesi dayanmadı. Əksinə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə yeni islahatlar həyata keçirildi, hərbi hissələr yenidən təşkil olundu, komando hərbi hissələrinin sayı artırıldı, azad edilmiş ərazilərdə müasir hərbi infrastruktur yaradıldı. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi bütün ərazisində tam təmin edildi. Bununla Azərbaycan Ordusu qarşısında duran ən mühüm tarixi missiyanı uğurla başa çatdırdı.
Bu gün Azərbaycan Ordusu təkcə ölkəmizin sərhədlərini qoruyan hərbi qüvvə deyil, həm də dövlətimizin beynəlxalq nüfuzunun mühüm göstəricilərindən biridir. Qardaş ölkələrlə, xüsusilə Türkiyə ilə həyata keçirilən birgə hərbi təlimlər, müasir döyüş hazırlığı sistemi və beynəlxalq əməkdaşlıq ordumuzun peşəkarlığını daha da artırır. "Bir millət, iki dövlət" prinsipi üzərində qurulan hərbi əməkdaşlıq Azərbaycan Ordusunun inkişafına mühüm töhfələr verir.
Tarixi Zəfər sübut etdi ki, Azərbaycan xalqının ən böyük sərvətlərindən biri onun güclü dövlətidir, həmin dövlətin ən möhkəm dayaqlarından biri isə qalib Azərbaycan Ordusudur. Bu ordu xalqın etimadını qazanan, Vətən uğrunda canından keçməyə hər an hazır olan igid oğulların ordusudur. İnanırıq ki, qalib Azərbaycan Ordusu bundan sonra da dövlətimizin müstəqilliyini, suverenliyini və xalqımızın təhlükəsizliyini daim etibarlı şəkildə qoruyacaq.
Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

