/ / Fransada azyaşlılara qarşı cinsi zorakılıq hallarının araşdırılmasında ciddi nöqsanların olduğu üzə çıxıb
Fransada azyaşlılara qarşı cinsi zorakılıq hallarının araşdırılmasında ciddi nöqsanların olduğu üzə çıxıb
23.06.2026 [21:50]
Fransanın ədliyyə naziri Jerald Darmanən “Lihanna işi” ilə bağlı aparılan yoxlamanın ilkin hesabatından sonra Oş şəhərinin prokurorluğunda çalışan hakim barəsində inzibati araşdırmanın açıldığını elan edib. Hesabatda azyaşlıya qarşı cinsi zorakılıq şikayətinin araşdırılmasında ciddi nöqsanların olduğu qeyd edilib.
AZƏRTAC xəbər verir ki, TF1 televiziyasına müsahibəsində nazir bu nöqsanları çox mühüm çatışmazlıqlar kimi qiymətləndirərək, onların fərdi məsuliyyətdən qaynaqlandığını bildirib. Onun sözlərinə görə, yay mövsümünün sonuna qədər intizam prosedurunun nəticələrini əldə etmək və aşkar olunmuş ciddi pozuntulara uyğun sanksiyalar tətbiq etmək niyyətindədir.
İlkin hesabatda göstərilir ki, azyaşlının zorlanması ilə bağlı şikayət ciddi yanaşma və operativliklə araşdırılmayıb. Sənəddə məhkəmə və istintaq zəncirinin müxtəlif mərhələlərində səhvlərin, səhlənkarlıqların, hərəkətsizliyin və yanlış qərarların olduğu vurğulanıb.
Bununla yanaşı, hesabat ilk istintaq hərəkətlərinin effektiv həyata keçirildiyini qeyd edib, aşkarlanmış nöqsanlar maliyyə və ya inzibati resurs çatışmazlığı ilə əlaqələndirilməyib.
“Lihanna işi” ölkə miqyasında böyük rezonans doğurub. Bu çərçivədə Ədliyyə Nazirliyi azyaşlılarla bağlı 70 min şikayətin yenidən nəzərdən keçirilməsini tapşırıb. Hökumət mənbələrinin məlumatına görə, artıq 134 nəfər həbs olunub və proses davam edir.
Hökumət, eyni zamanda, uşaqların müdafiəsini gücləndirmək üçün yeni tədbirləri açıqlayıb. Bu tədbirlərə azyaşlıların zorlanması ilə bağlı şikayətlər üzrə bəzi istintaq hərəkətlərinin üç ay ərzində həyata keçirilməsinin məcburi edilməsi və azyaşlılara qarşı silsilə zorlamalar törədən şəxslər üçün ömürlük həbs cəzasının nəzərdə tutulması daxildir.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

