Şəmkirdə 23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub
23.06.2026 [16:40]
Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliev, rayon icra hakimiyyətinin kollektivi 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Ümummilli Lider Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliev dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək bildirib ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması, dövlət idarəçiliyində peşəkarlıq, məsuliyyət və vətəndaş məmnunluğuna əsaslanan idarəetmə modelinin yaradılması məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Fəxrəddin Vəliyev qeyd edib ki, Ulu Öndərin dövlət quruculuğu sahəsində müəyyənləşdirdiyi strateji xətt bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, dövlət idarəçiliyində çeviklik, şəffaflıq, innovativ yanaşma və vətəndaşlara operativ xidmət prinsipləri daha da möhkəmləndirilir.
Çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev isə dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək bildirib ki, dövlət qulluğu yalnız vəzifə deyil, eyni zamanda dövlətə sədaqət, xalqa xidmət və yüksək məsuliyyət tələb edən şərəfli missiyadır. Bildirib ki, hər bir dövlət qulluqçusu öz fəaliyyətində qanunçuluq, ədalət, etik davranış, peşəkarlıq və vətəndaşlara həssas münasibət prinsiplərini əsas tutmalı, dövlət başçısının etimadını doğrultmaq üçün vicdanla çalışmalıdır.
İcra başçısı qeyd edib ki, müasir dövrün çağırışları dövlət qulluqçularından daha çevik, təşəbbüskar, yeniliklərə açıq və məsuliyyətli olmağı tələb edir. Vətəndaş müraciətlərinə operativ baxılması, onların problem və qayğılarına həssas yanaşılması, dövlət xidmətlərinin keyfiyyətinin artırılması hər bir dövlət qulluqçusunun əsas fəaliyyət istiqamətlərindən biri olmalıdır. Bu baxımdan dövlət qulluqçularının üzərinə düşən məsuliyyət daha da artır və hər bir əməkdaş öz fəaliyyəti ilə dövlətin nüfuzunu yüksəltməyə çalışmalıdır.
Tədbirdə digər çıxış edənlər qeyd ediblər ki, dövlət qulluğu cəmiyyətin inkişafına xidmət edən mühüm və məsuliyyətli fəaliyyət sahəsidir. Bildirilib ki, ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin icrasında, vətəndaş məmnunluğunun təmin olunmasında, dövlətçilik dəyərlərinin qorunub möhkəmləndirilməsində dövlət qulluqçularının rolu danılmazdır.
Sonda Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı tərəfindən də bir sıra dövlət qulluqçularına Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub və xidməti fəaliyyətində fərqlənən bir qrup əməkdaş isə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları və Təşəkkürnamələri ilə təltif olunublar.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

