Xəzərin iki sahilini birləşdirən strateji körpü
24.06.2026 [11:54]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
2026-cı il iyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov arasında Bakıda keçirilən görüşlər və sonrakı mətbuat bəyanatları Azərbaycan–Türkmənistan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Dövlət səfəri çərçivəsində aparılan müzakirələr, imzalanan sənədlər və səsləndirilən fikirlər iki qardaş ölkə arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın və regional tərəfdaşlığın daha da dərinləşdiyini göstərdi.
Prezident İlham Əliyev bəyanatında Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlər üzərində qurulduğunu vurğuladı. Dövlət başçısı Türkmənistan Prezidentinin səfərinin dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəyini qeyd etdi. Bu yanaşma təsadüfi deyil; son illərdə iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlər və siyasi məsləhətləşmələr münasibətlərin strateji xarakter almasına şərait yaradıb.
Azərbaycan və Türkmənistan türk dünyasının mühüm dövlətləri kimi regional inteqrasiyanın gücləndirilməsində mühüm rol oynayırlar. Bu baxımdan Bakı görüşü yalnız ikitərəfli münasibətlərin deyil, bütövlükdə türk dövlətləri arasında əməkdaşlığın inkişafına verilən töhfə kimi qiymətləndirilə bilər.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri zamanı mətbuata verilən bəyanatda diqqət çəkən əsas istiqamətlərdən biri enerji və nəqliyyat sahələrində əməkdaşlıq oldu. Xəzər hövzəsinin iki mühüm enerji istehsalçısı olan Azərbaycan və Türkmənistan regional enerji təhlükəsizliyində strateji əhəmiyyət daşıyırlar. Son illərdə tərəflərin enerji sahəsində qarşılıqlı anlaşması Xəzər regionunda yeni imkanlar yaradıb.
Səfər çərçivəsində imzalanan sənədlər və aparılan müzakirələr göstərir ki, tərəflər enerji, logistika və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində əməkdaşlığı daha da genişləndirmək niyyətindədirlər. Bu, xüsusilə Şərq-Qərb nəqliyyat marşrutlarının əhəmiyyətinin artdığı dövrdə böyük strateji məna daşıyır.
Ölkə Prezidenti İlham Əliyev çıxışında humanitar əməkdaşlığa da xüsusi diqqət ayırdı. Türkmənistan tərəfindən Füzuli şəhərində məscid inşasına verilən dəstəyin qardaşlıq münasibətlərinin bariz nümunəsi olduğu vurğulandı. Dövlət başçısı həmçinin qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsini və xalqlar arasında mövcud olan yaxın əlaqələri yüksək qiymətləndirdi.
Humanitar əməkdaşlıq siyasi münasibətlərin davamlılığını təmin edən əsas sütunlardan biridir. Mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlığın genişlənməsi gələcək nəsillər arasında da qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.
Bəyanatın mühüm aspektlərindən biri regional təhlükəsizlik və beynəlxalq əməkdaşlıq məsələləri oldu. Azərbaycan və Türkmənistan beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət göstərilməsi mövqeyindən çıxış edirlər. Bu baxımdan iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı regional sabitliyin qorunmasına mühüm töhfə verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun imzaladıqları Birgə Bəyanat və 2026–2029-cu illəri əhatə edən Xarici İşlər Nazirlikləri arasında Əməkdaşlıq Proqramı da göstərir ki, tərəflər siyasi koordinasiyanı daha sistemli və institusional səviyyəyə qaldırmaq niyyətindədirlər.
İyunun 22-də Bakıda keçirilən Azərbaycan–Türkmənistan yüksək səviyyəli görüşü və Prezident İlham Əliyevin mətbuata bəyanatı iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini təsdiqlədi. Siyasi dialoq, enerji əməkdaşlığı, nəqliyyat layihələri, humanitar əlaqələr və regional təhlükəsizlik sahələrində əldə olunan razılaşmalar gələcək əməkdaşlığın daha möhkəm təməlini formalaşdırır.
Azərbaycan və Türkmənistan yalnız dost və qardaş ölkələr deyil, həm də regional inkişafın, sabitliyin və inteqrasiyanın əsas dayaqlarından biri kimi çıxış edən strateji tərəfdaşlardır. Bu səfər və onun nəticələri Xəzər regionunda və türk dünyasında əməkdaşlığın daha da güclənəcəyinə dair mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35

