Azərbaycan–Türkmənistan münasibətlərinin uğurlu inkişafı
24.06.2026 [15:00]
İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov arasında keçirilən görüş və mətbuata verilən bəyanatlar iki qardaş ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Dövlət səfəri çərçivəsində aparılan müzakirələr zamanı siyasi, iqtisadi, nəqliyyat-logistika, enerji, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm razılaşmalar əldə olundu.
Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin tarixi köklərə, ortaq mədəniyyətə, dil və mənəvi dəyərlərə əsaslandığını vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, iki ölkə arasında formalaşmış dostluq və qardaşlıq əlaqələri bu gün uğurla inkişaf edir və yeni məzmun qazanır. Qarabağın bərpası prosesində Türkmənistanın göstərdiyi dəstək xüsusi minnətdarlıqla qeyd edildi. Füzuli şəhərində Türkmənistanın təşəbbüsü ilə inşa olunan məscid iki qardaş xalq arasında sarsılmaz dostluğun rəmzidir.
Görüş zamanı nəqliyyat və logistika sahəsində əməkdaşlıq məsələləri də geniş müzakirə olundu. Xəzər dənizinin hər iki sahilində yerləşən Azərbaycan və Türkmənistan Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayırlar. Bu əməkdaşlıq yalnız iki ölkə üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyev vurğuladı ki, siyasi etimad və qarşılıqlı dəstək olmadan belə böyük layihələrin həyata keçirilməsi mümkün olmazdı.
Enerji sahəsində əməkdaşlıq da münasibətlərin vacib istiqamətlərindən biridir. Hər iki ölkə zəngin enerji ehtiyatlarına malikdir və bu imkanlardan səmərəli istifadə etmək üçün birgə fəaliyyət göstərirlər. Bu əməkdaşlıq həm regionun enerji təhlükəsizliyinə, həm də iqtisadi inkişafına mühüm töhfə verir.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov da çıxışında Azərbaycan ilə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, ölkələrimizin beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini bildirdi. O, energetika, nəqliyyat, kimya və tekstil sənayesinin gələcək əməkdaşlığın əsas istiqamətləri olduğunu qeyd etdi. Prezident Sərdar Berdiməhəmmədov Azərbaycan tərəfindən Türkmənistana hədiyyə edilən “Dostluq” neft tankerini iki ölkə arasındakı qardaşlıq münasibətlərinin növbəti simvolu kimi qiymətləndirdi.
Mədəni-humanitar sahədə əlaqələrin inkişafı da görüşün mühüm mövzularından biri oldu. Son illərdə hər iki ölkədə qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, yaradıcı kollektivlərin səfərləri və humanitar əməkdaşlığın genişlənməsi xalqlarımız arasındakı dostluğun daha da möhkəmlənməsinə xidmət edir.
Ümumilikdə, Prezident İlham Əliyevin və Prezident Sərdar Berdiməhəmmədovun görüşü Azərbaycan-Türkmənistan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini bir daha göstərdi. İmzalanan sənədlər və əldə olunan razılaşmalar gələcəkdə əməkdaşlığın daha da genişlənməsinə, regionda sabitliyin və rifahın möhkəmlənməsinə xidmət edəcəkdir. Bu münasibətlər ortaq tarixə, qardaşlıq ənənələrinə və qarşılıqlı hörmətə əsaslanaraq bundan sonra da uğurla inkişaf edəcəkdir.
Ayaz Novruzov
YAP Culfa rayon Camaldın kənd ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45

