Süd orqanizm üçün düşündüyünüzdən daha faydalıdır -ARAŞDIRMA
28.06.2026 [18:42]
İnək südü, hətta kalsium və vitaminlərlə zənginləşdirilmiş bitki mənşəli alternativlərlə müqayisədə belə, orqanizm üçün daha faydalı ola bilər. Bu nəticə Avstraliyanın Edit Kouen Universitetinin alimlərinin apardığı elmi icmalda yer alıb.
Lent.az xəbər verir ki, tədqiqatın nəticələri "Critical Reviews in Food Science and Nutrition" jurnalında dərc olunub.
Müəlliflər bunu südün təbii quruluşu ilə əlaqələndirirlər. Onların sözlərinə görə, südün tərkibindəki zülallar, yağlar, kalsium, fosfor və digər maddələr bir-biri ilə qarşılıqlı əlaqədə mövcuddur və bu sistem "süd matrisi" adlanır. Alimlər hesab edirlər ki, məhz bu quruluş qida maddələrinin orqanizm tərəfindən mənimsənilməsinə və sağlamlığa təsirinə mühüm təsir göstərir.
Araşdırmada qeyd olunur ki, süd istehlakı sümüklərin möhkəmlənməsi və sınıq riskinin azalması ilə əlaqələndirilir. Məlumatlara əsasən, gündə bir-iki porsiya süd məhsulu qəbul etmək sınıq ehtimalını azalda bilər. Kalsium əlavələri isə hər zaman eyni effekti vermir. Bundan əlavə, südün qan şəkərinin səviyyəsinə, bağırsaq mikrobiotasına və lipid mübadiləsinə müsbət təsir göstərə biləcəyi vurğulanır.
Bitki mənşəli içkilərdə isə qida maddələri əksər hallarda təbii şəkildə deyil, sonradan əlavə edilmiş komponentlər şəklində olur. Həmçinin onların dadını və teksturasını yaxşılaşdırmaq məqsədilə tərkibinə şəkər, yağlar və qatılaşdırıcılar əlavə edilə bilər. Alimlərin fikrincə, bu amillər etiketdə göstərilən qida dəyərləri oxşar olsa belə, həmin məhsulların qidalandırıcı xüsusiyyətlərini inək südü ilə müqayisədə zəiflədə bilər.
Tədqiqatda uşaqların qidalanmasına da xüsusi diqqət ayrılıb. Mütəxəssislər bildirirlər ki, süd məhsullarından düşünülməmiş şəkildə imtina etmək, xüsusilə erkən yaşlarda zülal, kalsium, yod və B12 vitamini çatışmazlığına səbəb ola bilər.
Bununla yanaşı, alimlər bitki mənşəli alternativlərin də faydalı xüsusiyyətlərə malik olduğunu qeyd edirlər. Məsələn, soya əsaslı içkilər xolesterin səviyyəsinin azalması və iltihabəleyhinə təsirlərlə əlaqələndirilir.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58

