“OPEC+” ölkələri neft hasilatını artırı
09.07.2026 [10:08]
Təşkilat nəql marşrutlarında yaranmış sabitliyi nəzərə alaraq bazarı tarazlamaq niyyətindədir
“OPEC+” ölkələri (Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman) neft hasilatı kvotasını gündəlik 188 min barel artırmaq barədə qərar qəbul edib. Təşkilatın iyulun 5-də keçirilən iclasında əldə edilmiş razılığa əsasən, avqust ayından etibarən alyans üzvləri ümumi neft hasilatı kvotasını gündəlik 36 milyon barelə çatdıracaq. Bununla da təşkilata daxil olan ölkələrin mart ayından tətbiq etdiyi aşağı nəql həcmi artırılmaqla əvvəlki kvotaya uyğun olacaq. Artım qrafikinə əsasən, məhdudiyyətlər tamamilə aradan qaldırılacaq və sentyabr ayı üzrə kvotaların yenidən yüksəlməsi istisna edilmir. Alyans üzvləri ilə bərabər, “OPEC” ölkələrinin də hasilatı öz kvotalarına uyğun artırması gözlənilir. Belə ki, ABŞ və İran arasında imzalanmış memorandumdan sonra Fars körfəzi ölkələri hasilatı əhəmiyyətli dərəcədə artırmaqdadır. Beləliklə, qlobal neft tədarükündə əsas rol oynayan “OPEC” və “OPEC+” ölkələri gündəlik hasilat və nəql kvotasını ilin əvvəlindəki çərçivəyə qaytarmaqla, bazarı tarazlamaq niyyətindədir.
Qiymətlərin 80-90 dollar olması münasib hesab edilir
“OPEC+” enerji ittifaqı adətən qlobal enerji bazarlarında baş verən fraqmentasiyalara uyğun qərarlar qəbul edir, bazarda nizamlayıcı rol oynamaq üçün yanacağın tədarük kvotalarını müəyyənləşdirir. Alyans üzvlərinin siyasətində neftin baha qiymətə satılması arzuolunan hesab edilmir, tədarükçülər orta qiymət zənbilinin 80-90 dollar arasında olmasını münasib hesab edərək bazara tələb olunan kvotaya uyğun neft çıxarır. Neftin qiymətləri yüksələndə adətən hasilat və nəql artırılır.
“OPEC+” ölkələri neftin qiymətləri ucuzlaşanda, hazırkı ssenariyə əsasən, yanacağın qiymətinin orta satış 70 dollardan aşağı düşməsi tendensiyası artanda hasilatı azaltmaq qərarı verir. Son 2 ildə dünya bazarında neftin orta satış qiyməti 80-90 dollar civarında dövr etdiyindən “OPEC+” ölkələri neftin hasilatını artırmaq yox, nisbi azaltmaq kursu üzrə hərəkət edib. Yaxın Şərqdə və Fars körfəzində baş verən son hadisələr və Hörmüz boğazının bağlanmasından sonra aprelin əvvəlində hasilatı 200 min barelə yaxın artıran “OPEC+” ölkələri bununla da qiymətlərin sabitliyinin təmin edilməsi üçün mühüm addımlardan birini atdı.
Azərbaycan alyans üzvlərinin razılaşmasını dəstəkləyir
“OPEC +” ölkələrinin anlaşmasına əsasən, Azərbaycanın gündəlik nəql kvotası əvvəlki həcmdə - təxminən 550 min barrel həcmində qalacaq. Xatırladaq ki, “OPEC+” ailəsinin üzvü olan Azərbaycanın gündəlik neft hasilatı da alyans üzvlərinin birgə qərarına əsasən müəyyənləşir. Həmin qərarlara uyğun olaraq, Azərbaycanın gündəlik neft hasilatının 2026-cı il üzrə müəyyən edilmiş kvotası təxminən 540-550 min barel təşkil edir. Bu, ölkəmiz üçün orta qiymət şkalasının tənzimlənməsində qənaətbəxş hesab edilə bilər. Ümumiyyətlə, respublikamız istər “OPEC”in, istərsə də “OPEC+”in tədbirlərində qəbul edilən qərarlara həmişə hörmətlə yanaşıb və rəsmi Bakı kvotanın azaldılması barədə dəfələrlə irəli sürülmüş təklifləri tam yerinə yetirib.
Azərbaycan alyansda etibarlı tərəfdaş və nümunəvi tədarükçü kimi təkcə neft ehtiyatlarının nəqlini deyil, həm də müasir qlobal bazarın əsas tələbatlarından birinə çevrilən alternativ yanacaq mənbələrinin səfərbər olunması və koalisiyalarla birlikdə nəqlində təşəbbüskarlıq edir. Xüsusilə son dövrlərdə “yaşıl enerji” üzrə layihələrdə “OPEC”in ən iri təchizatçıları olan BƏƏ və Səudiyyə Ərəbistanı ilə “yaşıl enerji” konsepsiyasında yaxın tərəfdaşlıq və birgə günəş və külək stansiyalarının qurulması bu fəallığın nümunəsi kimi qiymətləndirilir. Bunu “OPEC”in baş katibi Haysam əl-Qays də etiraf edir və bildirir ki, kartel ölkələri ilə Azərbaycan arasında əlaqələr hər zaman yüksək olub, hazırkı əməkdaşlıq isə “qızıl dövr”ünü yaşayır. “OPEC”in rəhbərliyi qlobal səviyyədə yanacaq emissiyasının azaldılması və yaşıl hidrogenə keçidlə bağlı beynəlxalq təşəbbüslərin dəstəkləyicisi olan Azərbaycanın səylərini də yüksək dəyərləndirib.
Avqustda bazardakı vəziyyətə uyğun yeni qərar veriləcək
Qlobal bazarın təxminən 40-42 faizini neftlə təmin edən “OPEC+” ölkələri avqustda növbəti toplantı zamanı, neft bazarı ilə bağlı vəziyyətə uyğun yeni qərar verəcək. Alyans ölkələrinin istehsal və nəql kvotasının artırılıb-artırılmayacağı barədə qərar qiymətlərin və istehlakın səviyyəsinə uyğun qiymətləndirilərək veriləcək. Əgər neftin qiyməti sabit qalarsa, hasilatın azaldılmasına qərar verilməyəcək. Qiymətlərdə kəskin enişlərin başvermə tendensiyası müşahidə olunarsa, risklər nəzərə alınaraq hasilatın azaldılmasına qərar verilə bilər.
Yeri gəlmişkən, ABŞ-ın Enerji İnformasiya Administrasiyası bu ilin ikinci yarısında neft qiymətlərinə dair ehtimallarını açıqlayıb. Məlumata görə, “Brent” markalı xam neftin bir barelinin orta qiyməti 78,84 dollar olacaq, “Light” markalı xam neftin orta qiymətinin isə cari ildə 73,61 dollar olacağı gözlənilir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20

