Yunanıstan meşə yanğınları ilə mübarizədə kosmik texnologiyaları tətbiq edən ilk ölkə olub
28.06.2026 [20:42]
Yunanıstan meşə yanğınları ilə mübarizə sisteminə xüsusi peyk şəbəkəsini tam inteqrasiya edən dünyada ilk ölkə olub. Yeni texnologiya yanğınların ilkin mərhələdə aşkarlanmasına, operativ qərarların qəbul edilməsinə və fövqəladə hallara daha sürətli reaksiya verilməsinə imkan yaradır.
AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniyanın “Mediafax” agentliyi yazır. Məlumata görə, bu ilin may ayında Yer orbitinə buraxılan dörd kiçik peyk artıq Yunanıstanın milli yanğınsöndürmə sisteminin tərkib hissəsinə çevrilib. Almaniyanın “OroraTech” şirkəti tərəfindən hazırlanan peyklər termal sensorlarla təchiz olunub və eni cəmi dörd metr olan yanğın ocaqlarını belə müəyyən edə bilir. Bu göstərici ənənəvi peyk sistemlərinin imkanlarını xeyli üstələyir.
“Mediafax” qeyd edir ki, peyklərdən əldə olunan məlumatlar süni intellekt vasitəsilə emal edilir. Sistem yanğının dəqiq koordinatlarını, ölçüsünü və intensivliyini avtomatik müəyyən edərək operativ qərargahlara ötürür. Eyni vaxtda bir neçə yanğın baş verdikdə isə proqram hansı əraziyə daha çox qüvvə və texnika yönəldilməli olduğunu müəyyənləşdirməyə kömək edir. Məqalədə vurğulanır ki, süni intellekt sistemi günəş panelləri, isti sənaye obyektləri və günəşdən qızmış qayalıqlar kimi yanlış siqnalları da ayırd edə bilir. Bu, fövqəladə hallar xidmətlərinin yalnız real təhlükələrə operativ reaksiya verməsinə şərait yaradır.
Nəşr yazır ki, yeni peyk sistemi dronlar və yerüstü müşahidə sensorlarını tamamlayır. Yunanıstan 2018-ci ildə Afina yaxınlığında 100-dən çox insanın həyatına son qoyan dağıdıcı meşə yanğınlarından sonra erkən xəbərdarlıq və monitorinq sistemlərinin modernləşdirilməsinə böyük sərmayə yatırıb. “Mediafax”ın məlumatına görə, bu təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi, ümumi dəyəri 200 milyon avro olan daha geniş kosmik müşahidə proqramının tərkib hissəsidir. Layihə çərçivəsində termal peyklərlə yanaşı, tüstü və buludları müşahidə edə bilən radar peykləri, eləcə də yüksək dəqiqlikli optik peyklərdən ibarət vahid müşahidə şəbəkəsinin yaradılması nəzərdə tutulur.
Məqalədə qeyd olunur ki, gələcəkdə bu texnologiyadan yalnız meşə yanğınlarının aşkarlanması üçün deyil, həm də sərhədlərin monitorinqi, kənd təsərrüfatı, təbii fəlakətlərin idarə olunması, şəhərlərdə istilik adalarının müəyyən edilməsi və iqlim risklərinin qiymətləndirilməsi məqsədilə istifadə olunacaq.
Nəşrin qənaətinə görə, Yunanıstanın həyata keçirdiyi bu layihə Avropanın kosmik texnologiyalar sahəsində müstəqilliyini gücləndirmək strategiyasının mühüm hissəsidir. Geosiyasi gərginlik və iqlim dəyişikliklərinin yaratdığı yeni çağırışlar fonunda Avropa ölkələri kosmik müşahidə və süni intellekt əsaslı erkən xəbərdarlıq sistemlərinə daha çox investisiya yatırırlar.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

