YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatında partiya üzvləri ilə görüş keçirilib
29.06.2026 [12:42]
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Kazım Kazımzadə küçəsi 20” ünvanı üzrə Ərazi Partiya Təşkilatında “Heydər Əliyev və Müasir Azərbaycan” mövzusunda tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən “Azərişıq ASC-nin” Hüquq idarəsinin rəisi, YAP Ərazi Partiya Təşkilatının sədri Arif Ləzimzadə bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının dəstəyi ilə hakimiyyətə gəlmiş və iqtidarda olduğu dövrdə xalqın etimadını doğrultmuş, respublikamızın çiçəklənməsi, sosial- iqtisadi inkişafının təmin edilməsi, dünya dövlətləri sırasında layiqli yer tutması üçün cox böyük işlər görmüşdür. Öz proqramında müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətənpərvərlik, vətəndaş həmrəyliyi, sosial ədalət prinsiplərini rəhbər tutan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə rolu və nüfuzu durmadan artır, ölkədə baş verən ictimai-siyasi proseslərə təsir imkanları getdikcə genişləndiyini qeyd edən ƏPT sədri onu da vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının qurucusu, böyük dövlət xadimi Heydər Əliyevin qarşıya qoyduğu məqsəd və vəzifələr, demək olar ki, bütünlüklə artıq yerinə yetirilmişdir. Azərbaycan Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərlə Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən mürəkkəb və ən çətin, ancaq həm də ən ali məqsədini reallaşdırmış oldu. Azərbaycanın möhtəşəm qələbə qazanaraq həm tarixi ədalətin, həm də ərazi bütövlüyünün bərpasına nail olduğu qeyd olunub.
Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, “Azərişıq” ASC-nin sədr müavini Qədir İsmayılov, “SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev, “Azərişıq” ASC-nin Normativ Tənzimləmə Şöbəsinin baş mütəxəssisi Daşqın Qənbərov, Strateji Araşdırma və Planlaşdırma şöbəsinin baş mütəxəssisi Elvin Şıxəliyev, Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı aparıcı rolundan, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan mühüm sosial-iqtisadi nailiyyətlər əldə edib, beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirib.
Çıxışlar zamanı Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyəti, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının uğurla icra olunması xüsusi vurğulanıb.
Qeyd olunub ki, ərazi partiya təşkilatları partiyanın proqram və məqsədlərinin həyata keçirilməsində, dövlətçilik ənənələrinin təbliğində, gənclərlə işin təşkili və ictimai fəallığın artırılmasında mühüm rol oynayırlar. Bu baxımdan “Azərişıq” ASC üzrə Ərazi Partiya Təşkilatının fəaliyyəti müsbət qiymətləndirilib, partiya üzvlərinin ictimai-siyasi proseslərdə daha fəal iştirakının vacibliyi diqqətə çatdırılıb.
Çıxışlardan sonra Ümummilli Lider Heydər Əliyevin fəalliyyəti ilə bağlı film nümayiş olunub.
Sonda YAP Nərimanov rayon təşkilatı ilə “Azərişıq” ASC üzrə Ərazi Partiya Təşkilatı arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

