/ / “Ulu Öndər Heydər Əliyevin fəlsəfəsi işığında: Memarlıq, Ekologiya və Tarixin harmoniyası” mövzusunda Yay məktəbinin bağlanış tədbiri baş tutub
“Ulu Öndər Heydər Əliyevin fəlsəfəsi işığında: Memarlıq, Ekologiya və Tarixin harmoniyası” mövzusunda Yay məktəbinin bağlanış tədbiri baş tutub
29.06.2026 [12:49]
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilmiş “Ulu Öndər Heydər Əliyevin fəlsəfəsi işığında: Memarlıq, Ekologiya və Tarixin harmoniyası” mövzusunda Yay məktəbinin bağlanış tədbiri baş tutdu. YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirdi ki, “Yay məktəbi” milli yaddaşımızın, memarlıq irsimizin və dövlətçilik ənənələrimizin gənc nəslə aşılanması baxımından olduqca mühüm platformadır. O, ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə sovet dövründə həyata keçirilən şəhərsalma proqramlarının Azərbaycanın sənaye və sosial infrastrukturu üçün əsas yaratdığını, müstəqillik dövründə isə yeni iqtisadi və siyasi reallıqlara uyğun şəhər inkişaf modelinin formalaşdığını qeyd edib. Vurğulanıb ki, bu siyasi və mənəvi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən bərpa və yenidənqurma layihələri müasir şəhərsalma modelinin mühüm nümunəsinə çevrilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin Memarlıq və şəhərsalma şöbəsinin müdiri Müslim İmranlı çıxışında vurğuladı ki, memarlıq abidələrini xalqımızın qədimliyinin sübutu və tariximizin daşlaşmış yaddaşı, memarlıq sənətini isə Azərbaycan xalqının mədəniyyətini, zövqünü, mənəviyyatını özündə əks etdirən çox qiymətli bir sahə hesab edən Ümummilli Lider Heydər Əliyevin memarlıq irsi müasir Azərbaycanın simasını müəyyənləşdirən böyük bir quruculuq məktəbidir.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qeyd etdi ki, milli memarlığa Ulu Öndərin fenomenal qayğı ənənəsi bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Xüsusilə erməni işğalı nəticəsində dağıdılan şəhər və kəndlərimizin yenidən qurulması, tarixi-memarlıq irsimizin bərpası geniş vüsət alıb. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması çağdaş tələblər səviyyəsində, yeni texnologiyaların, şəhərsalma standartlarının və memarlıq formalarının tətbiqi ilə gerçəkləşir. Abidələrin ilkin siması özünə qaytarılır, məhz dünənlə bu günün arxitektura vəhdətində XXI əsrin yeni Azərbaycan kənd və şəhərlərinin obrazı yaradılır. Qürur doğuran bu milli təəssübkeşliyin kökündə isə Ulu Öndərin milli-mənəvi dəyərlərimizə, maddi mədəniyyətimizə böyük məhəbbəti dayanır.
Millət vəkili Kamaləddin Qafarov çıxışında bildirdi ki, Azərbaycanın şəhərsalma və memarlığının inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Tarixən təşəkkül tapmış Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması ilə bağlı Ulu Öndərin təşəbbüsü əsasında vacib qərarlar qəbul edilmiş, tədbirlər həyata keçirilmiş, şəhərlərdə memarlıq abidələrinin bərpası üzrə planlı iş aparılmış, memarlıq və şəhərsalma fəaliyyətinin davamlılığını təmin edən institusional təsisatlar qurulmuşdur.
Qeyd edək ki, yay məktəbi çərçivəsində rayon təşkilatının əməkdaşları və gəncləri Respublika Kənd Təsərrüfatı, Tullantıdan sənətə və Azərbaycan Tarixi muzeyini ziyarıt ediblər. Onlara muzeyin tarixi və fəaliyyəti barədə ətraflı məlumat verilib. Tədbirin sonunda yay məktəbində ziyarət olunan muzeylərin nümayəndələri təşəkkürnamə ilə təltif ediliblər. Yay məktəbində iştirak edən gənclərə sertifikatlar təqdim edilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34

