Sərinlik, yoxsa xəstəlik mənbəyi?
30.06.2026 [08:54]
Kondisionerin görünməyən zərərləri...
İsti havaları kondisionersiz təsəvvür etmək çətindir. Evlərdə, iş yerlərində, nəqliyyat vasitələrində bu soyutma vasitəsindən geniş istifadə edilir. Lakin kondisionerin verdiyi sərinlik qədər gətirdiyi “dərd-bəla” da nəzərə alınmalıdır. Qısamüddətli sərinliyin ardından ortaya çıxan fəsadlar da böyükdür. Kondisionerin istifadəsi zamanı qaydalara düzgün əməl edilmədikdə insan sağlamlığı üçün ciddi problemlər yarana bilər.
Bu etinasız yanaşma yuxarı tənəffüs yollarında, ağciyərlərdə bir sıra ağır fəsadlara, hətta sətəlcəmə səbəb ola bilər. Eyni zamanda təmizlənməyən, nasaz işləyən kondisionerlər allergik soyuqdəymə, astma kimi xəstəliklər də yaratmaq qabiliyyətinə malikdir. Ən əsası, alimlərin araşdırmasına görə, kondisioner otaqdakı oksigeni məhv edir. Ona görə də, kondisionerin zərərli təsirlərini minimuma endirmək üçün onu işlədərkən arabir pəncərəni açaraq otağın havasını da dəyişmək lazımdır.
Allergiyası olanlar - yaxın əyləşməyin...
Kondisionerin zərərləri barədə “Yeni Azərbaycan”a danışan həkim Şahvələd Məmmədovun sözlərinə görə, bu cihaz işləyən otaqda havada ventilyasiya prosesi həyata keçmir. Kondisionerin filtrləri həmin otaqda olan toz, mikrob, bir sözlə, xəstəlik törədən nə varsa özünə yığır. Amma ventilyasiya olmadığından müəyyən müddətdən sonra həmin xəstəlik törədicilər yenidən “dirilir”: “Bu baxımdan, bir çox kondisionerlər sərinlətməklə yanaşı, xəstəlik də yayır. Ona görə hər bir kondisionerin təmizliyi diqqətdə saxlanılmalı, ona qulluq qaydalarına ciddi əməl edilməlidir. Bəzən bu filtrlərin illərlə təmizlənməməsi kimi hallar da baş verir - belə olan halda isə kondisioner yalnız soyuqdəymə yaratmaqla kifayətlənmir, həm də allergik xəstəlikləri “qızışdırır”. Allergik problemi olan insanlar kondisionerdən uzaq durmalıdırlar”.
Karbon qazı yaranır
Həkim qeyd edib ki, saatlarla kondisioner işlətmək düzgün deyil. Kondisioneri söndürdükdən sonra qapı-pəncərəni açıb otağı havalandırmaq lazımdır. Çünki kondisioner işləyən otaqda oksigenlə yanaşı, karbon qazı da yaranır ki, bu da insan orqanizmi üçün ziyanlıdır: “Bundan əlavə, kondisioner otaqdakı havanı qurudur. Onu elə tənzimləmək lazımdır ki, hava daha çox tavana istiqamətlənsin. Çünki birbaşa kondisionerdən gələn sərin havanın altında oturmaq və ya uzanmaq mütləq əzələ-oynaq ağrıları yaradacaq, yaşlı insanlarda isə xroniki xəstəlikləri kəskinləşdirəcək. Hətta bu kimi problemləri olmayanlar belə soyuq hava axınının altında saatlarla otursalar boyun və kürək nahiyəsində ağrılar hiss edəcəklər. Kondisionerin altında isə yatmaq qətiyyən olmaz. Çünki yuxu zamanı orqanizmin fəaliyyəti zəifləyir, müqaviməti aşağı düşür”.
Körpə olan otaqda kondisioner işlətmək olmaz
Ş.Məmmədov onu da bildirib ki, bir yaşadək uşaqlar olan otaqda kondisioner işlətmək olduqca ziyanlıdır. Böyüklərin orqanizmi yuxarıda sadalanan fəsadlara qarşı mübarizə aparmaq gücündədirsə belə, uşaq orqanizmi çox kövrəkdir: “Kiçik yaşlı, xüsusən də südəmər uşaqlar olan yerdə kondisioner işlətmək olmaz. Körpəli ailələr bunu nəzərə almalıdırlar. Yay aylarında təmiz havanın uşaq orqanizmi üçün böyük əhəmiyyəti var. Uşağı uzun müddət qapalı məkanlarda, kondisioner altında saxlamaq düzgün deyil. Birbaşa kondisionerin soyutduğu məkana daxil olmaq da mühüm fəsadlara yol açır. Əgər bayırdan gəlmisinizsə, kondisioneri bir müddətlik söndürmək lazımdır. Bədən bir müddət kondisionersiz rejimə öyrəşəndən sonra otağı müəyyən dərəcə soyutmaq olar. Yəni, temperatur rejimini tənzimləmək lazımdır. 23-28 dərəcədə kondisioner sərin hava verir, soyutmur. İnsan bədəninə təsir etmir. Ancaq təəssüf ki, ictimai yerlərdə buna riayət etmirlər. Bu səbəbdəndir ki, son zamanlarda əzələ tutulması, boyun, baş ağrıları, burun tutulması halları artıb. Bu kimi halların yaranmasında isə kondisionerdən düzgün istifadə etməmək amili ön sırada dayanır”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

