Cənubi Koreya 518 milyard dollarlıq yarımkeçirici istehsalı bazası yaradır
30.06.2026 [13:42]
Cənubi Koreya ölkənin cənub-qərb bölgəsində 800 trilyon von (təxminən 518 milyard ABŞ dolları) dəyərində korporativ investisiyalar vasitəsilə yeni yarımkeçirici istehsalı bazası qurmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin sənaye naziri Kim Cunq Kvan Prezident Li Ce Myönun sədrliyi ilə keçirilən investisiya brifinqində bildirib. O, sözügedən bazada 4 yaddaş çipi istehsalı zavodu inşa ediləcəyini deyib.
Nazir Kvancu və Colla bölgələrini Seul metropolitan ərazisindəki mövcud mərkəzlə yanaşı, ölkənin ikinci böyük yarımkeçirici klasterinə çevirmək üçün investisiya planını açıqlayıb. "Seul metropolitan ərazisində tək bir istehsal bazasına güvənmək artıq artan yarımkeçirici tələbatını ödəmək üçün kifayət deyil", - deyə Kim Cunq Kvan bildirib.
Yarımkeçirici bazasının inşası hökumətin “Samsung Electronics”, “SK hynix Inc” kimi iri şirkətləri yarımkeçirici, süni intellekt və data mərkəzlərinə genişmiqyaslı investisiyalar qoyulmasına çağıran "3 meqalayihə" təşəbbüsünün bir hissəsidir.
Qeyd olunub ki, çip istehsalı genişləndikcə artan qablaşdırma tələbatını ödəmək üçün Çunqçonq bölgəsi 81 trilyon von investisiya qoyuluşu ilə qabaqcıl yarımkeçirici qablaşdırma mərkəzinə çevriləcək, Dequ və Şimali Qyonqsanq bölgələri isə yarımkeçirici materiallar, komponentlər və avadanlıq üçün innovasiya mərkəzləri kimi təşviq ediləcək. Hökumət yeni istehsal zavodlarının tikinti qrafikini 2030-cu illərin sonlarına, yəni 12 ilədək irəli çəkərək, şirkətlərin yarımkeçirici investisiyalarının sürətləndirilməsinə kömək edəcək. Bu məqsədlə elektrik enerjisi və su təchizatı da daxil olmaqla lazımi infrastruktura investisiya qoymaq üçün icazələr və tikinti prosedurları sadələşdiriləcək. Hökumət tədqiqat və inkişaf, dizayn, sınaq və istehsal daxil olmaqla bütün yarımkeçirici dəyər zəncirini dəstəkləmək üçün növbəti 15 il ərzində 30 trilyon von investisiya yatıracaq. İddialı sənaye planı ölkəni qlobal istehsal gücündən süni intellekt dövründə liderə çevirmək, strategiyasını yarımkeçiricilərə, süni intellekt infrastrukturuna əsaslanmaq məqsədi daşıyır.
Nazir Kim Cunq Kvan bildirib ki, hökumət Cənubi Koreyanın rəqabət qabiliyyətini gücləndirmək üçün süni intellektlə işləyən robot texnologiyası sənayesini və süni intellekt məlumat mərkəzi infrastrukturunu genişləndirməyi də planlaşdırır.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

