/ / Peru mətbuatında Azərbaycanla diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş məqalə yayımlanıb
Peru mətbuatında Azərbaycanla diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş məqalə yayımlanıb
30.06.2026 [14:30]
Perunun “La Razon” qəzetində Azərbaycan ilə Peru arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, yazıda Limada bu münasibətlə keçirilən qala-konsertdən bəhs olunur. Manuel Sequra Teatrında təşkil edilən tədbirin iki ölkə arasında dostluğun, qarşılıqlı hörmətin və mədəni əməkdaşlığın rəmzinə çevrildiyi vurğulanır.
Məqalədə qeyd edilir ki, tədbirdə Peru hökumətinin rəsmiləri, deputatlar, diplomatik korpusun nümayəndələri və mədəniyyət xadimləri iştirak ediblər. Peru Xarici İşlər Nazirliyinin Avropa üzrə baş direktoru Alberto Kampana çıxışında son 30 ildə siyasi dialoq və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. O, 2025-ci ildə Limada keçirilən ilk siyasi məsləhətləşmələrin mədəniyyət, təhsil, turizm, enerji, ticarət və investisiya sahələrində əməkdaşlıq üçün yeni imkanlar yaratdığını qeyd edib.
Məqalədə vurğulanır ki, konsertdə azərbaycanlı dirijor Fuad İbrahimovun rəhbərlik etdiyi “Camerata de Cuerdas” kamera orkestri Azərbaycan və Peru bəstəkarlarının əsərlərini səsləndirib. Üzeyir Hacıbəyli, Qara Qarayev və Fikrət Əmirovun əsərləri Peru bəstəkarlarının musiqiləri ilə birlikdə ifa olunaraq iki xalqın zəngin musiqi irsini eyni səhnədə bir araya gətirib. Gecədə soprano Rosa Parodi, skripkaçı Mariya Foust və tenor Luis Alberto Melqar da çıxış ediblər.
Yazıda, həmçinin Azərbaycanın Meksikadakı və eyni zamanda Perudakı səfiri Seymur Fətəliyevin son illər siyasi, parlamentlərarası, mədəni və təhsil sahələrində əməkdaşlığın əhəmiyyətli dərəcədə genişləndiyini vurğuladığı bildirilir. Peru–Azərbaycan Parlamentlərarası Dostluq Liqasının üzvü Rosangella Barbaran isə musiqinin xalqları birləşdirən universal dəyər olduğunu qeyd edərək, yubileyin iki ölkə arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

