Astronomlar Yerdən 57 işıq ili məsafədə yerləşən “çəhrayı planet”in sirrini açıblar
30.06.2026 [19:22]
Şimal-Qərb Universitetinin astronomları Yerdən 57 işıq ili məsafədə yerləşən və on ildən artıq müddətdə alimləri düşündürən “çəhrayı planet”in sirrini açmağa nail olublar. Ceyms Uebb kosmik teleskopu bu obyektin atmosferində indiyədək birbaşa müşahidə olunmayan bir xüsusiyyəti – duzdan buludlar aşkar ediblər.
AZƏRTAC xəbər verir ki, araşdırmanın nəticələri “The Astronomical Journal” (“AstroJournal”) jurnalında dərc olunub.
“GJ 504 b” kimi tanınan obyekt 2013-cü ildə kəşf edilib. Kütləsi Yupiterin kütləsindən təxminən 25 dəfə böyük olan bu səma cismi nəhəng planetlə qəhvəyi cırtdan arasında sərhəd mövqedə yerləşir. Onun temperaturu təxminən 290 dərəcə Selsidir ki, bu da çörək bişirilən sobanın daxili temperaturuna yaxındır. Məhz aşağı temperaturu səbəbindən bu obyekti yerüstü teleskoplarla müşahidə etmək mümkün olmayıb. Çünki onun işığı aid olduğu ulduzun fonunda həddindən artıq zəif görünür.
“Əvvəllər digər tədqiqat qrupları ən böyük yerüstü teleskoplardan istifadə edərək onu bütün gecə boyu müşahidə etsələr də, heç nə görə bilməmişdilər. “JWST” isə bunun öhdəsindən təxminən iki saata gəldi”, – deyə Şimal-Qərb Universitetinin “CIERA” Mərkəzinin doktorantı Aniş Baburac bildirib.
Teleskopun əldə etdiyi spektr atmosferdə su buxarının, metanın, karbon qazının və ammonyakın mövcudluğunu üzə çıxarıb. Kompüter modelləşdirməsi ilkin mərhələdə fiziki baxımdan qeyri-real nəticələr göstərib. Tədqiqatçılar modellərə buludları əlavə etdikdən sonra nəticələr reallığa uyğun gəlib. Məlum olub ki, müşahidə məlumatlarını ən yaxşı natrium xlorid və natrium sulfiddən ibarət buludlar izah edir. Həmin buludlar atmosferin daha dərin qatlarını örtür və teleskopa çatan spektri dəyişdirir.
“Biz buludların üç növünü yoxladıq və ən uyğun variant duz buludları oldu”, – deyə Baburac əlavə edib.
Lakin kəşfin əhəmiyyəti bununla məhdudlaşmır. Belə ki, atmosferdə ağır elementlərin qeyri-adi dərəcədə yüksək olması obyektin necə formalaşdığına dair mühüm ipucu verir. Ola bilsin ki, bu, planet kimi formalaşıb, yaxud kiçik ulduz kimi yaranıb. Bundan əlavə, “GJ 504 b” obyektinin yaşının 2,5–4 milyard il olduğu hesablanır. Bu da onun nisbətən aşağı temperaturunu izah edir, çünki nəhəng planetlər yaşlandıqca tədricən soyuyurlar.
Tədqiqatçıların fikrincə, bu müşahidələr zamanı tətbiq olunan metodlar indiyədək Yerdən müşahidəsi mümkün olmayan digər soyuq və zəif işıqlı kosmik obyektlərin öyrənilməsi üçün yeni imkanlar açacaq.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35

