/ / “Süni intellekt dəstəyi ilə məzmun yaratma bacarıqlarının inkişafı” layihəsi çərçivəsində təlim keçirilib
“Süni intellekt dəstəyi ilə məzmun yaratma bacarıqlarının inkişafı” layihəsi çərçivəsində təlim keçirilib
30.06.2026 [18:48]
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Süni intellekt dəstəyi ilə məzmun yaratma bacarıqlarının inkişafı” layihəsi çərçivəsində Yeni Azərbaycan Partiyası Sosial Media Mərkəzi ilə birgə təlim keçirilib.
Tədbirin açılış hissəsində layihənin məqsəd və vəzifələri, süni intellekt texnologiyalarının sosial media fəaliyyətində yaratdığı yeni imkanlar, rəqəmsal məzmun istehsalında innovativ yanaşmaların əhəmiyyəti barədə məlumat verilib.
Açılış nitqi ilə çıxış edən YAP Sosial Media Qrupunun məsləhətçisi Rəsul Bayram oğlu Səlimzadə süni intellekt alətlərinin müasir informasiya mühitində, xüsusilə sosial media platformalarında daha operativ, hədəfli və keyfiyyətli məzmun hazırlanması baxımından mühüm rol oynadığını vurğulayıb. O, gənclərin və sosial media sahəsində çalışan şəxslərin bu istiqamətdə bilik və bacarıqlarının artırılmasının aktuallığını qeyd edib.
Daha sonra İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyində layihə rəhbəri Abbas Pənahov çıxış edərək layihənin əsas məqsədinin iştirakçılara süni intellekt dəstəyi ilə məzmun yaratmaq, kampaniya planlamaq, auditoriya ilə effektiv kommunikasiya qurmaq və sosial media fəaliyyətini data əsaslı şəkildə təkmilləşdirmək bacarıqları qazandırmaqdan ibarət olduğunu bildirib. O, layihənin praktik yönümlü hazırlandığını və iştirakçıların təlim müddətində real nümunələr üzərində işləyəcəklərini diqqətə çatdırıb.
Çıxışlardan sonra təlim proqramına start verilib. Təlim zamanı iştirakçılara süni intellektin əsas anlayışları, generativ AI alətləri, effektiv prompt yazılması, sosial media üçün mətn, vizual və video məzmunun hazırlanması, kampaniya briefinin formalaşdırılması və platformalara uyğun məzmun strategiyasının qurulması barədə məlumat verilib.
Təlimin növbəti hissəsində AI vasitəsilə məzmun kampaniya paketinin hazırlanması, mikro-influenser kampaniyalarının planlaşdırılması, sosial media göstəricilərinin təhlili, sentiment analizi, performans proqnozlaşdırılması, A/B test yanaşmaları və kampaniyaların optimallaşdırılması kimi mövzular iştirakçılara izah olunub.
Bununla yanaşı, süni intellektdən istifadə zamanı etik prinsiplərə əməl olunması, faktların yoxlanılması, müəllif hüquqları, şəxsi məlumatların qorunması, brend səsinin saxlanılması və insan nəzarətinin vacibliyi xüsusi olaraq vurğulanıb.
Layihə çərçivəsində keçirilən təlimlərin əsas məqsədi iştirakçıların sosial media üçün daha effektiv, yaradıcı və ölçüləbilən məzmun hazırlamaq bacarıqlarını inkişaf etdirmək, onları müasir rəqəmsal alətlərdən düzgün və məsuliyyətli istifadə etməyə təşviq etməkdir.
Təlim interaktiv müzakirələr, praktiki tapşırıqlar və real kampaniya nümunələri əsasında davam etdirilib. İştirakçılar süni intellekt alətlərindən istifadə etməklə sosial media mətnləri, vizual konseptlər, kampaniya planları və optimallaşdırma yanaşmaları üzərində işləyiblər.
Qeyd edək ki, “Süni intellekt dəstəyi ilə məzmun yaratma bacarıqlarının inkişafı” layihəsi rəqəmsal bacarıqların artırılması, innovativ düşüncənin təşviqi və sosial media sahəsində müasir texnologiyalardan səmərəli istifadənin genişləndirilməsi məqsədi daşıyır.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35

