Qarpız alarkən bu səhvləri etməyin!
01.07.2026 [08:35]
Mütəxəssisdən vacib tövsiyələr...
Yayda ən çox istehlak edilən və süfrələrin vazkeçilməz məhsullarından biri qarpız və yemişdir. Azərbaycanda bu məhsulların təbii yetişmə dövrü adətən iyulun sonu və avqust ayına təsadüf edir. Ancaq daha isti iqlimə malik bəzi ölkələrdə qarpız və yemiş daha erkən yetişdiyindən həmin məhsullar mövsüm başlamazdan əvvəl də ölkə bazarlarında satışa çıxarılır.
Ölkəmizdə qarpız satışının canlanması adətən iyun ayında müşahidə olunur. Hətta mütəxəssislər iyunda yeyilən qarpızın belə insan səhhəti üçün zərərli olduğunu bildirirdilər. Bununla belə, vaxtından əvvəl yetişdirilən qarpızların istehlakının sağlamlıq üçün arzuolunmaz nəticələr yarada biləcəyi dəfələrlə vurğulanıb. Maraqlıdır ki, əvvəlki illərlə müqayisədə bu il bazarlarda qarpızlara daha erkən rast gəlinir.
Bundan əlavə, aprel ayından çiyələk, alça, mayda gilas, gilənar kimi giləmeyvələr də satışa çıxarılıb. Baxmayaraq ki, bu meyvələrin hərəsinin öz mövsümü olmalıdır.
Mütəxəssislər də hər meyvənin öz mövsümündə yeyilməsini məsləhət görür və vaxtından tez bazara çıxarılan meyvələrin kimyəvi dərmanlardan istifadə edilərək tez yetişdirildiyini bildirirlər. Bunun da insan orqanizminə ziyanlı olduğu danılmazdır.
Hibrid qarpızlar
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən qida təhlükəsizliyi üzrə ekspert Məhsəti Hüseynova bildirib ki, xaricdən idxal olunan qarpızlar hibrid qarpızlardır. Çünki vaxtından tez yetişir: “Azərbaycanda qarpız mövsümü avqustun axırı və ya sentyabr ayının əvvəlləridir. Lakin xaricdə hibrid toxumları çox yayıldığı üçün vaxtından əvvəl satılan qarpızlar yerli deyil. Artıq Azərbaycanda da hibrid toxumlarının satışına başlanılıb. Təəssüflər olsun ki, bunu tərifləyən mütəxəssislər də var. Təbiətin qanunlarını heç vaxt pozmaq olmaz. Əgər təbiət bu qarpızı avqust və ya sentyabrda iqlim şəraitinə görə yetişdirirsə, deməli o vaxtda da yemək lazımdır. Məsələn, İran bizdən isti ölkə olduğu üçün orada iyunda qarpız yetişə bilər. Amma bu o demək deyil ki, biz onu vaxtından əvvəl yeməliyik. Kənardan gələn meyvə-tərəvəzin bizə heç bir faydası yoxdur. Çünki bunlar bizim genetik kodlarımıza daxil deyil. Yəni genetik kodlara piqmentlər daxildir. Bir sözlə, mövsümündə yeyilməyən meyvənin heç bir faydası yoxdur”.
Zəhərlənmə riski yüksəkdir...
Ekspertin sözlərinə görə, hazırda satışda olan qarpızlara gübrənin nə qədər vurulduğunu bilmirik: “Əgər hibrid toxumdursa, gübrədən geniş istifadə olunur. Bu da qarpızın nitrat səviyyəsinin yüksək olduğunun göstəricisidir ki, insanlarda zəhərlənmə yaradır. Yəni immun sistemi zəif olan adam həmin o qarpızdan yesə, zəhərlənmə riski daha yüksəkdir. Ümumiyyətlə, bu işbazlara da yer verən biz özümüzük. Onlara yol açırıq ki, gəlin bunu satın alacağıq. Parnikdə bitən tərəvəzin insana nə xeyri ola bilər ki? Gübrədən geniş istifadə olunduğuna görə, zəhərlənmə halları çox olur. Riskli qidalar yalnız ət mənşəli olmur. Meyvə-tərəvəz də riskli qida qrupuna daxildir”.
M.Hüseynovanın sözlərinə görə, insanlar bilməlidir ki, nitrat və kimyəvi gübrələr insan orqanizmini zəhərləyə bilir. Bu cür vasitələrdən yalnız çox az doza ilə istifadə etmək olar: “Lakin ölkəmizdə həm nitratdan, həm də kimyəvi gübrələrdən normadan artıq istifadə olunur. Ona görə də alıcılara tövsiyə edirəm ki, mümkün qədər bu cür mövsümü olmayan məhsullardan istifadə etməsinlər”.
Satıcılara aldanmayın...
Mövsümdən öncə yeyilən qarpızın tərkibindəki maddələrin zəhərləməyə səbəb olduğunu söyləyən ekspert bildirdi ki, xüsusilə həssas yaş qrupundan olan insanlar, yəni uşaqlar, yaşlı, xroniki xəstəliyi olan insanlar, hamilə qadınlar üçün daha təhlükəlidir: “Əgər bu məhsul hansısa bir qida növü ilə qəbul edilərsə, immun sistemi aşağı olan şəxslərdə həmin qidaların bir-biri ilə təsiri nəticəsində zəhərlənmə baş verir. Bu baxımdan da qarpızları mövsümdən əvvəl yemək məsləhət görülmür. Hətta bir çox hallarda satıcılar məhsulun isti ölkələrdən gətirildiyi üçün heç bir zəhərlənməyə səbəb olmayacağını deyirlər. Amma onlara aldanmaq olmaz”.
Hansı məqamlara diqqət etməliyik?
Mütəxəssis bildirib ki, həmçinin mövsümündə bitən qarpızı seçmək üçün bəzi məqamlara diqqət etməliyik: “Olğunlaşmamış, yəni yetişməmiş qarpızı satmaq düzgün deyil. Bəzi işbazlar avqust-sentyabr aylarında da bu əməllərindən əl çəkmirlər. Qarpızın saplağına baxmaq lazımdır. Əgər saplaq quruyubsa, deməli, onun içi də yetişib. Yox, əgər saplaq yaşıl rəngdədirsə, demək ki, içi yaxşı deyil. Digər məqam isə qarpıza yumruq vuranda şüşə səsi kimi bir səs gəlməlidir. Sanki bu dəqiqə əlimizdə çatlayacaq. Bu qarpızları seçmək daha məqsədəuyğundur”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35

