Azərbaycanın kostruktiv mövqeyi ilə seçilən nüfuzlu dövlətdir
06.07.2026 [15:13]
Bu gün Azərbaycanın artan gücü, qüdrəti, geostrateji mövqeyi və yüksələn beynəlxalq nüfuzu dünya dövlətlərini bizimlə əməkdaşlıq etməyə sövq edir. Ölkəmiz daim sülhpərvər və ədalətli mövqe sərgiləyən, beynəlxalq münasibətlər sistemində etibarlı, əməkdaşlığa açıq və konstruktiv mövqeyi ilə seçilən nüfuzlu dövlətdir. Xüsusilə Avropa üçün etibarlı iqtisadi və enerji tərəfdaşı olan Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığın inkişafına mühüm töhfələr verir. Ölkəmizin irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada dəstək qazanması, dünya liderlərinin ölkəmizə mütəmadi səfərləri və əməkdaşlqların davamlı şəkildə genişlənməsi dövlətimizin artan nüfuzunun və etibarlı tərəfdaş kimi mövqeyinin bariz göstəricisidir. Xüsusilə Prezident İlham Əliyevin liderliyi ilə formalaşan qüdrətli Azərbaycan modeli ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirərək onu qlobal əməkdaşlığın mühüm iştirakçılarından birinə çevirib. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı səsləndirilən bəyanatlar da Azərbaycanın dünya dövlətləri və Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyan etibarlı tərəfdaş olduğunu və əməkdaşlığın daha da genişləndirilməsində qarşılıqlı marağın mövcudluğunu bir daha təsdiqlədi.
Qeyd edək ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlər hazırda çox mühüm inkişaf mərhələsindədir. Son aylarda Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin ölkəmizə ardıcıl səfərləri, o cümlədən Avropa Komissiyasının Prezidentinin Azərbaycana gəlişi münasibətlərdə yeni dinamikanın formalaşdığını, əməkdaşlığın daha da genişləndirilməsi və tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində qarşılıqlı siyasi iradənin mövcudluğunu aydın şəkildə nümayiş etdirdi.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi əməkdaşlıq strateji xarakter daşıyır. Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşlarından biri, Azərbaycan isə Cənubi Qafqazda Avropa İttifaqının ən böyük ticarət tərəfdaşıdır. Enerji sahəsində formalaşan strateji tərəfdaşlıq, xüsusilə Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasından sonra təbii qaz ixracının əhəmiyyətli dərəcədə artması ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rolunu bir daha təsdiqləyir. Eyni zamanda, Cənub Qaz Dəhlizi, eləcə də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycanın qlobal enerji və logistika sistemində strateji mövqeyini daha da möhkəmləndirərək ölkəmizin etibarlı tərəfdaş və mühüm tranzit mərkəzi statusunu daha da gücləndirir.
Görüş zamanı Avropa Komissiyasının Prezidentinin səsləndirdiyi fikirlər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu bir daha təsdiqlədi. Ölkəmizin etibarlı enerji tərəfdaşı kimi qazandığı nüfuz Cənub Qaz Dəhlizinin uğurlu fəaliyyəti və enerji sahəsində formalaşmış strateji əməkdaşlıq qarşılıqlı etimadın möhkəm əsaslara söykəndiyini göstərir. Azərbaycanın bərpaolunan enerji sahəsinə yatırdığı investisiyalar, Xəzər dənizinin külək enerjisi potensialından istifadə istiqamətində həyata keçirilən layihələr və “Yaşıl Enerji Dəhlizi” təşəbbüsü ölkəmizin gələcəyin enerji sisteminin formalaşmasına mühüm töhfə vermək əzmini nümayiş etdirir. Bu istiqamətdə həyata keçirilən layihələr Azərbaycan ilə Avropa İttifaqı arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldiyini, regional enerji təhlükəsizliyinin möhkəmlənməsinə və dayanıqlı inkişafın təmin olunmasına xidmət etdiyini göstərir.
Ən əsası, bütün bu müsbət dinamika, ölkəmizin beynəlxalq münasibətlər sistemində söz sahibi və etibarlı tərəfdaş kimi qəbul olunması Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət kursunun məntiqi nəticəsidir. Məlumdur ki, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı və əsas sərmayə mənbələrindən biridir. Bu əməkdaşlıq qarşılıqlı etimadı daha da möhkəmləndirir. Cənubi Qafqazı münaqişə məkanından inkişaf, sabitlik və rifah məkanına aparan sülh gündəliyinin müəllifi də məhz Azərbaycan və onun lideridir.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

