Strateji tərəfdaşlığın dərinləşən gündəliyi
07.07.2026 [10:51]
Səyyad Mirzəyev
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Prezident cənab İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin 1 iyul 2026-cı il tarixində Azərbaycana səfəri zamanı səsləndirdiyi “Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik” fikri Azərbaycan–Avropa İttifaqı əlaqələrinin hazırkı inkişaf dinamikasını və qarşılıqlı əməkdaşlığın yeni strateji məzmun qazandığını əks etdirən mühüm siyasi qiymətləndirmədir. Dövlət başçısının bu bəyanatı göstərir ki, tərəflər arasında dialoq artıq yalnız enerji əməkdaşlığı ilə məhdudlaşmır, siyasi, iqtisadi, nəqliyyat, rəqəmsal inkişaf, yaşıl enerji və regional təhlükəsizlik kimi istiqamətlərdə daha geniş əməkdaşlıq mərhələsinə qədəm qoyub. Son illər Azərbaycanın həyata keçirdiyi müstəqil və balanslaşdırılmış xarici siyasət ölkəmizin Avropa ilə münasibətlərində keyfiyyətcə yeni reallıq formalaşdırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın etibarlı tərəfdaş kimi qazandığı nüfuz Avropa İttifaqının da ölkəmizə münasibətində yeni yanaşmanın yaranmasına səbəb olub. Xüsusilə son aylarda Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, Avropa diplomatiyasının rəhbəri Kaja Kallasın və nəhayət, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfərləri münasibətlərdə artan siyasi dinamikanın göstəricisi kimi qiymətləndirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, münasibətlərdə müşahidə olunan görünməmiş dinamika hər iki tərəfin əməkdaşlığı daha da genişləndirmək və strateji tərəfdaşlığı möhkəmləndirmək iradəsini nümayiş etdirir. Bu, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun və Avropa üçün əhəmiyyətinin bariz ifadəsidir. Artıq Brüssel Azərbaycanın yalnız enerji tərəfdaşı deyil, həm də regional sabitlik və təhlükəsizliyin əsas təminatçılarından biri olduğunu açıq şəkildə qəbul edir. Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi münasibətlər də strateji xarakter daşıyır. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanın xarici ticarət dövriyyəsinin 40 faizdən çoxu Avropa İttifaqı üzvü olan ölkələrin payına düşür. Eyni zamanda Azərbaycan Cənubi Qafqaz regionunda Avropa İttifaqının əsas ticarət tərəfdaşıdır və region üzrə ticarətin təxminən 70 faizi ölkəmizin payına düşür. Bu rəqəmlər Azərbaycanın Avropa iqtisadi məkanında mühüm mövqeyə malik olduğunu bir daha təsdiqləyir. Əməkdaşlığın əsas istiqamətlərindən biri enerji təhlükəsizliyidir. Azərbaycan uzun illərdir Avropanın etibarlı enerji tərəfdaşı kimi fəaliyyət göstərir. Xəzər qazını Avropa bazarına çatdıran Cənub Qaz Dəhlizi bu əməkdaşlığın əsas sütunlarından biridir. Bununla yanaşı, yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi də münasibətlərə yeni məzmun qazandırır. Xəzər dənizinin külək enerjisi potensialı, bərpa olunan enerji layihələri və elektrik enerjisinin ixracı istiqamətində həyata keçirilən təşəbbüslər gələcək əməkdaşlıq üçün mühüm perspektivlər açır. Ursula Fon der Lyayenin Bakı səfəri zamanı irəli sürdüyü "Sülh naminə bağlantı" təşəbbüsü də Azərbaycanın regionda oynadığı strateji rolu təsdiqləyən mühüm addımdır. Avropa Komissiyası Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal bağlantı layihələrinin dəstəklənməsi üçün 200 milyon avroya qədər qrant ayıracağını bəyan edib. Bu təşəbbüs regionun Avropa, Xəzər hövzəsi və Mərkəzi Asiya arasında mühüm tranzit məkanına çevrilməsinə xidmət edir. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Orta Dəhliz layihəsi də Avropa üçün xüsusi strateji əhəmiyyət kəsb edir. Qlobal ticarət marşrutlarının dəyişdiyi bir dövrdə Azərbaycanın təqdim etdiyi alternativ nəqliyyat imkanları Avropa ilə Asiya arasında etibarlı və təhlükəsiz bağlantının təmin edilməsində mühüm rol oynayır. Bu isə ölkəmizin geosiyasi əhəmiyyətini daha da artırır.
Siyasi dialoq sahəsində də mühüm irəliləyiş müşahidə olunur. Qarşılıqlı hörmət, suverenliyə ehtiram və bərabərhüquqlu əməkdaşlıq prinsipləri üzərində qurulan münasibətlər Azərbaycan ilə Avropa Komissiyası arasında etimad mühitini gücləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu Azərbaycanın milli maraqlarını qətiyyətlə qorumaqla yanaşı, beynəlxalq tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlığı da uğurla inkişaf etdirir. Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda Azərbaycanın rolu daha da artıb. Sülh gündəliyinin irəli aparılması, regional əməkdaşlıq platformalarının təşviqi və kommunikasiya xətlərinin açılması istiqamətində ölkəmizin nümayiş etdirdiyi siyasi iradə Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilir. Bu baxımdan Ursula Fon der Lyayenin Azərbaycana səfəri yalnız ikitərəfli münasibətlərin deyil, bütövlükdə regionun gələcək inkişaf perspektivləri baxımından da mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Avropanın etibarlı strateji tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirir və beynəlxalq münasibətlər sistemində öz rolunu davamlı şəkildə gücləndirir.
Xəbər lenti
Hamısına baxMEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03

