“YouTube” yeniyetmələrə qidalanma pozuntularını təşviq edən videolar tövsiyə etməyə davam edir
14.07.2026 [20:18]
Böyük Britaniyada fəaliyyət göstərən Rəqəmsal Nifrətlə Mübarizə Mərkəzinin araşdırmasına əsasən, “YouTube” platforması yeni təhlükəsizlik qaydalarının tətbiqindən bir il sonra da yeniyetmə istifadəçilərə qidalanma pozuntularını təşviq edən videolar tövsiyə edir.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, araşdırma çərçivəsində 13 yaşlı qız istifadəçini təqlid edən hesab yaradılıb, ilk dəfə təhlükəli pəhriz və bədən görünüşü ilə bağlı məzmun izlənilib. Məlum olub ki, “YouTube”un “Up Next” tövsiyə alqoritmi tərəfindən təqdim edilən hər 10 videodan biri həddindən artıq arıqlığı təşviq edən, kəskin kalorili məhdudiyyətləri və digər zərərli məzmunu əhatə edir. Bununla belə, tədqiqat müəllifləri son iki ildə vəziyyətin müəyyən qədər yaxşılaşdığını bildiriblər.
“YouTube”un sahibi olan “Google” şirkəti isə zərərli məzmunun yayılmasının qarşısının alınmasına sadiq olduqlarını vurğulayaraq, hesabatda qeyd olunan videoların artıq platformadan silindiyini açıqlayıb.
Araşdırma Böyük Britaniyanın rabitə tənzimləyicisi “Ofcom”un “YouTube” və “TikTok” platformalarının gənclərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində hələ də kifayət qədər tədbir görmədiyini bildirməsindən sonra dərc olunub.
Xatırladaq ki, 2025-ci ilin iyul ayından etibarən Böyük Britaniyanın onlayn təhlükəsizlik aktının əsas müddəaları qüvvəyə minib. Qanuna əsasən, “YouTube” kimi platformalar 18 yaşdan kiçik istifadəçiləri intiharı, özünə xəsarət yetirməni və qidalanma pozuntularını təşviq edən məzmundan qorumaq öhdəliyi daşıyır. Platformalar, həmçinin tövsiyə alqoritmlərinin gənclər üçün yarada biləcəyi riskləri qiymətləndirməli və onları minimuma endirmək üçün tədbirlər görməlidirlər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38

