Milli Mətbuatın inkişaf strategiyası
22.07.2026 [10:44]
Azad söz, informasiya təhlükəsizliyi dövlətlərin inkişafında xüsusi yer tutur. Bu baxımndan hər bir dövlət bu nüansların qorunub saxlanmasında davamlı addımlar atırlar.
Azərbaycanın ictimai-siyasi və mədəni həyatında baş verən dəyişiklərin fonunda azad söz, azad mətbuat və peşəkar jurnalistlər formalaşmışdır ki, bu da cəmiyyətin tərəqqisi, vətəndaşların maarifləndirilməsində müstəsna rol oynayır.
Texnika və texnologiyanın inkişafı bir sıra fikirlərə yol açır. Onlardan biri də sosial şəbəkələrin medianı, xüsusən çap mediasını sıradan çıxaracağı ilə bağlı olsa da aparıcı dövlətlərin təcrübəsi göstərir ki, çap mediası zaman keçdikcə daha da inkişaf edir. Dövrün çağırışlarına cavab verir. Sosial şəbəkələr və internet resursları nə zamansa texniki problemlərə görə fəaliyyətində problemlər yaşaya bilər. Çap mediası, qəzet və jurnallar isə canlı arxivdir.
Milli Mətbuatımızın tarixi, keçdiyi 151 illik yola nəzər salanda bu uzun yolun heç də asan olmadığının şahidi oluruq. Həsən bəy Zərdabi tərəfindən nəşrə başlanılan “Əkinçi” qəzeti dövrünün azadlıq, müstəqillik və milli özünüdərk uğrunda mübarizənin əsas simvollarından idi. XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş, sürətli iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında baş verən əsaslı dəyişikliklər milli mətbuatın yaranmasını tarixi zərurətə çevirmişdi. 1875-ci ildən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görən “Əkinçi” qısa ömrünə baxmayaraq, cəhalətə və xurafata kəskin zərbə vuraraq maarifçi ideyaların carçısı oldu, mütərəqqi jurnalist nəslinin yetişməsinə müstəsna töhfələr verdi. Çar Rusiyasının qəzetin yaratdığı ictimai-siyasi intibahdan çəkinərək nəşrini dayandırmasına rəğmən, “Əkinçi”nin bəyan etdiyi prinsiplər milli mətbuatımızın gələcək inkişaf xəttini cızdı.
XIX əsrin sonu və XX əsrin əvvəlləri Azərbaycan mətbuatının yüksəliş dövrü kimi xarakterizə olunur. Həmin illərdə nəşr olunan “Kəşkül”, “Füyuzat”, “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Şərqi-Rus”, “Həyat”, “Dəbistan”, “Təzə Həyat”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq Söz”, “İrşad” və “Molla Nəsrəddin” kimi qəzet və jurnallar dövrün ictimai-siyasi, sosial və mədəni hadisələrini əks etdirərək maarifçilik hərəkatının inkişafına mühüm töhfələr verdi. Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə nəşr olunan “Kaspi” qəzeti də Həsən bəy Zərdabinin ideyalarını davam etdirən mühüm mətbuat orqanlarından biri oldu. Bu nəşrlər milli düşüncənin formalaşmasında və istiqlal ideyalarının yayılmasında əhəmiyyətli rol oynadı.
Azərbaycan mətbuatının inkişafında həyata keçirilən dövlət islahatları mühüm rol oynayıb. Umummilli lider Heydər Əliyev tərəfindən bir sıra islahatların aparılması, daha sonra Prezident İlham Əliyev tərəfindən bu sahə ilə bağlı imzalanan sərəncam və fərmanlar medianın inkişafına təkan verib. Prezident İlham Əliyevin vurğuladığı kimi, mətbuat informasiya cəmiyyətinin qurulmasına, şəffaflığın və sosial ədalətin möhkəmləndirilməsinə, milli həmrəyliyin gücləndirilməsinə və milli-mənəvi dəyərlərin təbliğinə xidmət etməlidir. Jurnalistlər peşəkarlıq, obyektivlik, qərəzsizlik və vətənpərvərlik prinsiplərinə sadiq qalmalı, söz və məlumat azadlığından sui-istifadə hallarına qarşı prinsipial mövqe nümayiş etdirməlidirlər.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxİdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08

