Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ-də Ukrayna pilotsuz qayıqlarının istehsalına başlanılacaq

ABŞ-də Ukrayna pilotsuz qayıqlarının istehsalına başlanılacaq

22.07.2026 [14:18]

ABŞ-nin “ReconCraft” şirkəti Ukrayna istehsalı olan “Magura” pilotsuz qayıqlarının istehsalına başlayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Məlumata görə, Portlandda yerləşən və xüsusi əməliyyat gəmilərinin istehsalı ilə məşğul olan “ReconCraft” şirkəti ilə Ukraynanın “Uforce” şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb. Müqavilə ötən həftə Vaşinqtondakı Ukrayna səfirliyində bağlanıb.

“ReconCraft” şirkətinin həmtəsisçisi Co Silkovskinin sözlərinə görə, şirkət gələcəkdə ildə yüzlərlə, hətta minlərlə pilotsuz qayıq istehsal etməyi planlaşdırır. Razılaşmanın maliyyə dəyəri açıqlanmayıb.

Nəşr qeyd edir ki, ABŞ Müdafiə Nazirliyi qarşıdakı illərdə döyüş sistemlərinin inkişafına on milyardlarla dollar vəsait ayırmağı nəzərdə tutur.

Paylaş:
Baxılıb: 95 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

YAP xəbərləri

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31