Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ukrayna Prezidenti Oleksandr Sırskini vəzifəsindən azad edib

Ukrayna Prezidenti Oleksandr Sırskini vəzifəsindən azad edib

22.07.2026 [07:36]

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Oleksandr Sırski vəzifəsindən azad edilib. Müvafiq qərarı Prezident Volodimir Zelenski qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti “Telegram” kanalında paylaşım edib.

Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin Komandanı Mixaylo Drapatyi Oleksandr Sırskini Baş Komandan vəzifəsində əvəz edəcək.

Dövlət başçısı bildirib ki, bu gün Oleksandr Sırski, Andrey Qnatov və onunla birlikdə orduda xidmətin gələcək formatları və vəzifələrin düzgün ötürülməsi məsələləri müzakirə olunub.

Prezident, həmçinin qeyd edib ki, Mixaylo Drapatyi, Yevqen Xmara və Pavlo Palisa ilə birlikdə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının strukturunun yenilənməsi ilə bağlı qərarlar müəyyənləşdirilib.

Zelenski bildirib ki, o, sabiq müdafiə naziri Fedorova dövlətin texnoloji komponentinin inkişafı ilə bağlı hökumətdə yeni vəzifə təklif edib.

Paylaş:
Baxılıb: 90 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

YAP xəbərləri

Xəbər lenti

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31