Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Alimlərdən yeni ixtira: İşığın sürətini idarə edən çip hazırladılar

Alimlərdən yeni ixtira: İşığın sürətini idarə edən çip hazırladılar

26.07.2026 [19:17]

Cənubi Koreya alimləri optik siqnalların hərəkət sürətini istəyə uyğun tənzimləyə bilən yeni proqramlaşdırılan foton çipi hazırlayıblar.

Lent.az xəbər verir ki, tədqiqat müəlliflərinin sözlərinə görə, texnologiya işıq siqnallarını ləngitmək, sinxronlaşdırmaq və idarə etmək imkanı yaradaraq optik kompüterlərin inkişafı istiqamətində mühüm addım hesab olunur.

Yeni çip bir neçə fərqli optik funksiyanı eyni platformada yerinə yetirə bilir. Bu isə hazırda ayrıca avadanlıqlar tələb edən proseslərin gələcəkdə tək bir çiplə icra olunmasına imkan verə, enerji sərfiyyatını azalda və məlumat emalı sistemlərini daha səmərəli edə bilər.

Tədqiqatçılar hesab edirlər ki, texnologiya xüsusilə süni intellekt serverləri, məlumat mərkəzləri və yüksək sürətli rabitə sistemlərində geniş tətbiq oluna bilər.

Mütəxəssislərin fikrincə, foton çipləri elektrik əvəzinə işıqdan istifadə etdiyi üçün gələcəyin kompüterləri daha sürətli işləyə və daha az enerji sərf edə bilər.

Bu texnologiyanın yaxın illərdə AI və kvant hesablama sistemlərinin inkişafına ciddi töhfə verməsi gözlənilir.

Paylaş:
Baxılıb: 11 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31