Dövlətçilik ənənələrinin ən qiymətli daşıyıcısı
31.07.2026 [11:06]
Hər bir xalqın ana dili onun milli kimliyidir. Tarixi inkişaf yolu keçmiş Azərbaycan dili də mədəni irsin, milli-mənəvi dəyərlərin və dövlətçilik ənənələrinin ən qiymətli daşıyıcısıdır. Zəngin leksik tərkibi, yüksək ifadə imkanları, ahəngdarlığı ilə dünya dilləri sırasında özünəməxsus yer tutan Azərbaycan dili barəsində Prezident İlham Əliyev bildirmişdir: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur”.
Ana dilimizin qorunması, inkişaf etdirilməsi və dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində hər zaman davamlı addımlar atılıb. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər hər zaman prinsipial və cəsarətli mövqe nümayiş etdirərək milli maraqları qətiyyətlə müdafiə etmişdir. 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə müddəanın daxil edilməsi, Azərbaycanın dil siyasətinin hüquqi və ideoloji əsaslarını formalaşdırmışdır.
Ümummilli Lider Heydər Əliyev ana dilinin xalqın milli varlığının əsas göstəricisi olduğunu vurğulayaraq deyirdi: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.”
1995-ci il Azərbaycan Respublikası Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilməsi, ümummilli Lider Heydər Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərmanı dövlət dilinin bütün sahələrdə tətbiqinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə hər il 1 Avqustun Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması təsis edildi. Bu qərar ana dilinə, milli əlifbamıza və milli-mənəvi dəyərlərimizə göstərilən yüksək dövlət qayğısının bariz nümunəsi oldu.
Milli dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab İlham Əliyevin 2018-ci ildə "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" imzaladığı Fərman, eləcə də AMEA-nın 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə səsləndirdiyi "Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır" çağırışı dövlət dilinə göstərilən yüksək diqqət və qayğının bariz ifadəsidir.
İnformasiya texnologiyaları, süni intellekt, rəqəmsal kommunikasiya və elektron xidmətlər sahəsində ana dilimizin geniş tətbiqi milli-mənəvi irsimizin qorunması və gələcək inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Xalqımızın milli-mənəvi dəyərlərinə söykənən ardıcıl dövlət siyasəti nəticəsində Azərbaycan dili bundan sonra da inkişaf edəcək.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39

