Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Baş Qərargah rəisi: İsrail Qəzzada “proaktiv şəkildə fəaliyyət göstərməyə" davam edəcək

Baş Qərargah rəisi: İsrail Qəzzada “proaktiv şəkildə fəaliyyət göstərməyə" davam edəcək

06.08.2026 [22:42]

İsrail ordusu Qəzzada "proaktiv şəkildə fəaliyyət göstərməyə" davam edəcək.

AZƏRTAC “Euronews”a istinadən xəbər verir ki, bunu İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir açıqlayıb.

E.Zamir bu fikirləri bir neçə yüksəkrütbəli İsrail komandiri ilə görüşüb, onlardan bölgədəki vəziyyətlə bağlı hesabat aldıqdan sonra söyləyib.

“Qəzzə zolağında HƏMAS-a ağır zərbə endirdik, onu əhəmiyyətli dərəcədə zəiflətdik və təhlükəsizlik vəziyyətini dəyişdik. İsrail ordusu təhdidləri aradan qaldırmaq, təhlükəsizliyi təmin etmək üçün müəyyən etdiyimiz prinsipə uyğun olaraq “proaktiv fəaliyyətini davam etdirəcək””, - deyə Eyal Zamir əlavə edib.

Baş Qərargah rəisinin bu bəyanatı İsrail Baş naziri Benyamin Netanyahunun ABŞ tərəfindən Qəzza üçün təklif olunan planla razılaşmadığını bildirməsindən sonraya təsadüf edir. Həmin plan İsrail qüvvələrinin ərazidən çıxarılmasını və HƏMAS üzvlərinin tərksilah edilməsini nəzərdə tuturdu.

Paylaş:
Baxılıb: 349 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30