Azərbaycan-Qırğızıstan əlaqələrinin tarixi zirvəsi
03.08.2026 [18:32]
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu müstəqil, güclü və strateji xarici siyasət kursu bu gün Türk dünyasının birliyinin və regional inteqrasiyanın möhkəmlənməsində həlledici rol oynayır. Ulu Öndərin xalqlarımızın eyni kökə, ortaq mədəniyyətə və tarixi bağlara söykənən dostluq ənənələri cənab Prezident İlham Əliyevin uzaqgörən, qətiyyətli və məqsədyönlü Liderliyi sayəsində özünün ən yüksək inkişaf zirvəsinə çatmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstan Respublikasına reallaşan dövlət səfəri ölkələrimiz arasındakı qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin keyfiyyətcə yeni, daha parlaq bir mərhələyə qədəm qoyduğunu bir daha sübut etdi. Möhtərəm Prezidentimizin mətbuata bəyanatında xüsusi vurğuladığı kimi, iki ölkə arasında mövcud olan müttəfiqlik təkcə diplomatiya müstəvisindəki razılaşma deyil, eyni zamanda böyük bir tarixi məsuliyyətdir. Azərbaycan və Qırğızıstan istər ikitərəfli formatda, istərsə də beynəlxalq platformalarda, xüsusilə iqtisadi-ticari və təhlükəsizlik sahələrində bir-birinə qarşılıqlı dəstək nümayiş etdirərək bu məsuliyyəti ləyaqətlə daşıyırlar.
Səfər çərçivəsində Dövlət Başçımızın təşəbbüsü və siyasi iradəsi ilə əldə olunan mühüm iqtisadi razılaşmalar strateji işbirliyinin real, praktiki nəticələr verdiyini açıq şəkildə göstərir. Azərbaycan-Qırğızıstan İnvestisiya Fondunun nizamnamə kapitalının iki dəfə artırılaraq 200 milyon dollara çatdırılması birgə layihələrin miqyasını genişləndirməyə, yeni iş yerlərinin açılmasına və hər iki ölkənin iqtisadi potensialının daha da güclənməsinə xidmət edəcəkdir. Eyni zamanda, İssık-Kul sahilində Azərbaycan dövlətinin birbaşa vəsaiti hesabına inşa edilən və bölgədə ilk beşulduzlu brend olan "Bakı" hotelinin istifadəyə verilməsi iqtisadi-turizm əlaqələrimizin real müstəvidə inkişafının bariz rəmzidir.
İki xalqı birləşdirən mənəvi köklər və mədəni-humanitar bağlar cənab Prezidentimizin müəyyənləşdirdiyi strateji hədəflər sayəsində daha da möhkəmlənir. Qırğızıstanın işğaldan azad edilmiş Ağdam rayonunda inşa etdiyi və "Manas" adını daşıyan məktəb postmünaqişə dövründə Qarabağın bərpasına verilən müstəsna qardaşlıq töhfəsidir. Bu addım Türk dünyasının həmrəyliyini və Müzəffər Ali Baş Komandan İlham Əliyevin Liderliyi ilə azad olunmuş torpaqlarımızın dirçəlişinə verilən dəstəyi nümayiş etdirir. Bununla yanaşı, dahi qırğız yazıçısı Çingiz Aytmatovun xatirəsinə həm Bakıda, həm də Bişkekdə göstərilən yüksək ehtiram, park və abidə açılışları, eləcə də keçirilən Mədəniyyət Günləri xalqlarımızın eyni kökə, ortaq dəyərlərə və zəngin irsə sahib olduğunu bir daha təsdiqləyir.
Müzakirələrin ən mühüm siyasi yekunlarından biri də Azərbaycanın Mərkəzi Asiya Dövlətlərinin Məşvərət Görüşlərinə tamhüquqlu üzv seçilməsidir. Bu tarixi qərar Azərbaycanın regionda və beynəlxalq aləmdə artan nüfuzunun, eləcə də Prezident İlham Əliyevin Türk dünyasını vahid güc mərkəzinə çevirmək strategiyasının təntənəsidir. Dövlətlərarası yüksək etimadın təzahürü olaraq Ölkə Rəhbərimiz cənab İlham Əliyevin Qırğızıstanın ali dövlət mükafatı – 1-ci dərəcəli "Manas" ordeni ilə, Qırğızıstan Prezidenti Sadır Japarovun isə Azərbaycan dövlətinin en ali mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif edilməsi xalqlarımız arasındakı sarsılmaz qardaşlığın zirvəsidir. İmzalayan "Çolpon-Ata Bəyannaməsi" və digər ikitərəfli sənədlər paketi Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni, parlaq bir dövrün təməlini qoyur.
Səltənət Möhsünlü
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25

