Avqustun 17-dən sonra...
14.08.2026 [10:15]
Atəşkəs uzadılmasa, müharibə yenidən alovlanacaq
İyunun 18-də ABŞ ilə İran arasında əldə olunmuş 60 günlük atəşkəs razılaşmasının müddəti bitir. Yaxın Şərqdə müəyyən mənada sabitliyin əldə olunması və gələcək danışıqların detallarının müəyyənləşdirilməsi üçün əldə edilmiş bu müddətin artırılması gündəmdədir. Belə ki, Türkiyənin “Anadolu” agentliyinin Pakistan hökumətindəki mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ və İran arasında davam edən gərginlik fonunda mühüm diplomatik irəliləyiş əldə olunub. Vaşinqton və Tehran hazırkı atəşkəs rejiminin müddətini uzatmağa razılıq veriblər. Məlumata görə, tərəflər arasında qüvvədə olan 60 günlük atəşkəsin müddəti avqustun 17-də başa çatır. Lakin həm ABŞ, həm də İran vasitəçilərə atəşkəs rejiminin davam etdirilməsinə razı olduqlarını artıq bildiriblər.
Yeni müqavilə gözlənilir...
Qeyd olunur ki, hazırda əsas müzakirə predmeti atəşkəsin hansı müddətə uzadılmasıdır. Vaşinqton və Tehran birbaşa danışıqlardan daha çox, vasitəçilər üzərindən mesaj mübadiləsini davam etdirirlər. Pakistan mənbələri bildirirlər ki, konkret müddətin müəyyənləşdirilməsi üçün diplomatik təmaslar gedir. Qeyd edək ki, bu razılaşmanın xüsusi əhəmiyyəti var. Çünki son aylarda ABŞ-İran qarşıdurması Yaxın Şərqdə təhlükəsizliklə yanaşı, dünya enerji bazarının əsas risk faktorlarından birinə çevrilib. Xüsusilə Hörmüz boğazının taleyi, İranın nüvə proqramı, sanksiyaların gələcəyi və regiondakı hərbi qüvvələrin fəaliyyəti danışıqların ən ağır mövzuları sırasında qalır. Atəşkəs prosesinin arxasında Pakistanın vasitəçilik rolu xüsusilə diqqət çəkir. İslamabad son aylarda Vaşinqtonla Tehran arasında diplomatik kanalın saxlanmasına çalışan əsas paytaxtlardan biri kimi çıxış edir. Hazırkı 60 günlük atəşkəs də “İslamabad Memorandumu” çərçivəsində qüvvəyə minib. Atəşkəsin davam etdirilməsi enerji bazarları üçün də mühüm siqnaldır. Əvvəlki atəşkəs xəbərlərindən sonra Brent və WTI markalı neftin qiymətlərində kəskin geriləmə müşahidə edilmişdi. Bu, bazarın ABŞ-İran qarşıdurmasının genişlənməsi və enerji daşımalarının pozulması riskinə nə qədər həssas olduğunu göstərmişdi.
Bununla belə, atəşkəs hələ yekun sülh demək deyil. ABŞ və İran arasında nüvə proqramı, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi, iqtisadi sanksiyalar və regional təhlükəsizlik arxitekturası ilə bağlı ciddi fikir ayrılıqları qalır.
Siyasi mütəxəssislərin fikrincə, 17 avqustdan sonrakı mərhələ olduqca vacibdir. Həmin tarixədək atəşkəsin yeni müddəti rəsmiləşdirilməsə, müharibənin yeni fazasının başlaması qaçılmaz olacaq. Atəşkəsin uzadılması isə əsas müzakirə predmetləri olan Hörmüz boğazı və nüvə məsələsi müzakirələrində hər iki tərəfə vaxt qazandırır.
Müharibə üç il uzanacaq?
Atəşkəsin uzadılması ilə bağlı razılığın əldə olunması xəbəri ilə yanaşı, müharibənin uzanması ehtimalı da irəli sürülür. Belə ki, İran bu münaqişədə önə çıxmaq və üstünlük qazanmaq üçün variantlardan biri kimi müharibəni Donald Trampın prezidentlik müddətinin sonuna qədər uzatmağı da düşünür. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) baş komandanının müşaviri, briqada generalı Məhəmməd Rza Nəğdi PBS-də bildirib. “Baxın, bizə hücum etməyə cəsarət edilməməsi və təhlükəsizlik şəraitində yaşaya bilməyimiz üçün çəkindirmə əldə etməliyik. Bir yol bu müharibəni növbəti prezidentlik müddətinə qədər uzatmaq və elə bir ziyan vurmaqdır ki, əgər başqası İrana hücum etmək istəsə, bunun bədəlini ödəyəcəklərini bilsin”, - deyə Nəğdi bildirib.
İranın ticarət gəmilərinə hücumlarına gəldikdə isə general belə cavab verib: “Müharibədə təhlükə yaradan istənilən gəmiçilik zolağına nəzarət edə bilərik. Bu, beynəlxalq hüquqdur. Dünyanın istənilən yerində müharibə gedirsə, bu qanun tətbiq olunur.”
Xatırladaq ki, Donald Tramp “Axios”a bildirmişdi ki, Vaşinqton İranla danışıqlar aparır - amma bu heç də Vaşinqtonun dayanması anlamına gəlmir. ABŞ Tehrana iqtisadi təzyiq göstərir. Bundan bir müddət əvvəl ABŞ maliyyə naziri Skott Bessent iki tərəfin 30-60 günlük atəşkəs razılaşmasına gələ biləcəyini bildirmişdi.
“The Wall Street Journal”ın məlumatına görə, Tramp nüvə sazişi olmadan da müharibəyə son qoymağın mümkünlüyünü düşünür və Hörmüz boğazının açılmasını ABŞ-ın qələbəsi kimi təqdim edir.
Yeni şərtlər...
Bu arada İran Hörmüz boğazının açılması üçün ABŞ-a şərtlərini çatdırıb. “Tasnim”in məlumatına görə, şərtlər ABŞ-a vasitəçilər vasitəsilə göndərilib. Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib. Onun sözlərinə görə, Tehran Vaşinqtondan İrana qarşı hərbi əməliyyatlarına son qoymasını və ölkənin dondurulmuş aktivlərinin qaytarılmasını istəyir. Bundan əlavə, Rzayi bildirib ki, Livan və Qəzza zolağı da daxil olmaqla, bütün regionda hərbi əməliyyatlar dayandırılmalıdır.
Rzayi həmçinin yuxarıda göstərilən tələblərlə əlaqəsi olmayan digər şərtlərin də vasitəçilər xətti ilə ABŞ-a çatdırıldığını söyləyib. “ABŞ davranışını dəyişməyincə və İranın şərtlərini qəbul etməyincə, Hörmüz boğazı açılmayacaq”, - deyə o vurğulayıb.
Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir...
Donald Tramp bəyan edib ki, ABŞ Hörmüz boğazına tam nəzarət edir. Amerika lideri qeyd edib ki, ABŞ-ın dəniz blokadası “polad divar” adlanır. Onun sözlərinə görə, ABŞ Silahlı Qüvvələri Hörmüz boğazına nəzarəti saxlayacaq. Bu barədə Prezident “Truth Social”da yazıb: “ABŞ Hörmüz boğazına tam nəzarət edir. Düşünürəm ki, biz bu nəzarəti saxlayacağıq. Dəniz blokadamız “polad divar” adlanır və İran bu barədə heç nə edə bilməz”.
Tramp həm də İranda inflyasiyanın 300 faizə çatdığını və ölkədə vəziyyətin pisləşdiyini yazıb. “Onların (İranın) nə donanması, nə də hava qüvvələri var, qalan hərbçilər maaşlarını almırlar, İİKK məğlub olub qaçır və onların “gücü” ən yaxşı halda qeyri-sabitdir! Onların pulu yoxdur - ölkələri “tükənib”. Onların əlində yalnız saxta xəbərlər və 300 faiz inflyasiya var və vəziyyət daha da pisləşir! İranın etdiyi tamamilə danışmaqdan ibarətdir və heç bir hərəkət yoxdur”.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu bu il İranda inflyasiyanın 69 faizə çatacağını gözləyir. Dünya Bankının məlumatına görə, ölkə üçün bu rəqəm 2025-ci ildə 42,2 faiz olub.
Səfirlik işçiləri azaldılır...
CNN-nin məlumatına görə isə, bölgədə yeni müharibə fazası başlaya bilər. Nəşr mənbələrə istinadən xəbər verir ki, Dövlət Departamenti Yaxın Şərqdəki səfirliklərdə çalışan işçi heyətinin sayının azaldılması imkanlarını araşdırır. Mənbənin sözlərinə görə, Dövlət Departamenti, İranla müharibənin mümkün həlli əlamətlərinin olmaması fonunda, bölgədəki Amerika səfirliklərindən azaldılmış işçi heyəti ilə işləmək üçün planlar hazırlamağı xahiş edib. Qeyd olunur ki, bu planlarla bağlı yekun qərar verilməyib, lakin Yaxın Şərqdəki hadisələr Dövlət Departamentinin bölgədəki diplomatik nümayəndəliklərin tezliklə tam ştatlı fəaliyyətə başlamasını gözləmədiyini göstərir.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45

