Şəhidlərin əziz xatirəsi – xalqımızın müqəddəs yaddaşı
24.09.2026 [10:53]
27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında Vətən uğrunda canından keçən qəhrəman övladlarımızın əziz xatirəsinə ehtiramın ifadə olunduğu müqəddəs tarix kimi xüsusi yer tutur. Bu gün Birinci və İkinci Qarabağ müharibələrində şəhidlik zirvəsinə ucalan igidlərimizin keçdiyi şərəfli döyüş yolunu bir daha ehtiramla xatırlayır, onların qarşısında baş əyirik.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək: “Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm.” Dövlət başçısının bu fikirləri şəhidlərimizin xalqımızın mənəvi yaddaşındakı əbədi yerini, onların Vətən qarşısındakı misilsiz xidmətlərini ifadə edir.
İkinci Qarabağ müharibəsində Azərbaycan əsgərinin göstərdiyi misilsiz qəhrəmanlıq və fədakarlıq xalqımızın illər boyu qəlbində yaşatdığı haqq və ədalət istəyinin təntənəsinə çevrildi. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü, xalqımızın milli iradəsini və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Bu Qələbənin arxasında isə Vətən sevgisini həyatından üstün tutan şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı və qəhrəman hərbçilərimizin şücaəti dayanır.
Şəhidlik Vətən qarşısında ən ali fədakarlıq, xalq qarşısında ən böyük mənəvi xidmətdir. Öz canını Vətənin azadlığı naminə fəda edən hər bir şəhidimizin adı Azərbaycan tarixinin şərəf səhifələrində əbədi yaşayacaq. Onların qəhrəmanlığı yalnız döyüş meydanlarında qazanılmış hərbi uğurun deyil, həm də milli ruhun, Vətən sevgisinin və sarsılmaz iradənin rəmzinə çevrilib.
Prezident İlham Əliyev Anım Günü ilə bağlı müraciətində şəhidlərimizin qəhrəmanlığını xüsusi ehtiramla qeyd edərək bildirir: “Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.”
Bu dastanın hər səhifəsində Vətən sevgisi, torpaq məhəbbəti və milli ləyaqət dayanır. Azərbaycan xalqı şəhidlərini heç zaman unutmayacaq, onların adlarını və qəhrəmanlıq tarixini gələcək nəsillərə böyük ehtiramla çatdıracaq. Çünki şəhidlərimizin xatirəsini yaşatmaq yalnız mənəvi borc deyil, həm də onların uğrunda can verdikləri Vətənə sədaqətin ifadəsidir.
Azərbaycan dövlətinin şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğı da şəhidlərimizin əziz xatirəsinə verilən yüksək dəyərin mühüm göstəricisidir. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, şəhid ailələrinin problemlərinin həlli dövlətin qarşısında duran əsas vəzifələrdəndir. Şəhid ailələri və müharibə əlilləri üçün həyata keçirilən sosial layihələr, mənzil və digər təminat proqramları bu diqqətin real ifadəsidir.
Prezident İlham Əliyevin ifadə etdiyi kimi, “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq.” Bu sözlər xalqımızın şəhidlərə münasibətinin mahiyyətini özündə əks etdirir. Onların əziz xatirəsi heç zaman zamanın hökmünə tabe olmayacaq, nəsillər dəyişsə də, şəhidlərimizin müqəddəs adı Azərbaycan xalqının yaddaşında daim yaşayacaq.
Bu gün azad Qarabağda dalğalanan üçrəngli bayrağımız, yenidən qurulan şəhər və kəndlərimiz, doğma yurdlarına qayıdan soydaşlarımız şəhidlərimizin Vətən uğrunda apardığı mübarizənin tarixi nəticələrini nümayiş etdirir. Azərbaycan torpaqlarında həyatın yenidən canlanması, şəhərlərin və kəndlərin bərpası Qələbənin yalnız hərbi deyil, həm də quruculuq mərhələsinin davam etdiyini göstərir.
27 Sentyabr – Anım Günü bir daha xatırladır ki, bu torpağın azadlığı və Azərbaycanın ərazi bütövlüyünün bərpası böyük fədakarlıqlar hesabına mümkün olub. Ona görə də bu müqəddəs gündə bütün şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyir, onların ailələrinə dərin hörmətimizi ifadə edir, qazilərimizə minnətdarlığımızı bildiririk.
Prezident İlham Əliyevin sözləri ilə desək: “Biz bu Qələbəyə görə onlara borcluyuq.” Bu borc şəhidlərimizin adını yaşatmaqla, onların qəhrəmanlıq yolunu gələcək nəsillərə çatdırmaqla və Vətənə layiqli övladlar yetişdirməklə daim yaşadılmalıdır.
Səxavət Həsənov
YAP Kəngərli rayon təşkilatının fəalı
Xəbər lenti
Hamısına baxDünya
25 Sentyabr 23:18
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Dünya
25 Sentyabr 20:17
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02

