Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Samux rayonunda 27 sentyabr-Anım Gününə həsr edilmiş məktəblilərin rəsm və əl işlərindən ibarət sərgi keçirilib

Samux rayonunda 27 sentyabr-Anım Gününə həsr edilmiş məktəblilərin rəsm və əl işlərindən ibarət sərgi keçirilib

25.09.2026 [18:30]

Samux rayonunda 27 Sentyabr - Anım Günü ilə əlaqədar məktəblilərin hazırladıqları rəsm əsərlərindən ibarət sərgi və kompozisiya nümayiş etdirilib.

Tədbir Samux Rayon İcra Hakimiyyəti, YAP Samux rayon təşkilatı,  Samux rayonu üzrə Təhsil sektoru və Samux Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilib.

Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov,  hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi yer tutduğunu bildirib. O, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda şəhid olan qəhrəmanların xatirəsinin daim ehtiramla yad edildiyini vurğulayıb. Firdovsi Əliyev şəhidlərimizin həyat və döyüş yolunun gənc nəslə örnək olduğunu, onların xatirəsinin yaşadılmasının hər birimizin mənəvi borcu olduğunu qeyd edib.

Daha sonra tədbir iştirakçıları tərəfindən hazırlanmış rəsm əsərlərinə baxış keçirilib və 27 Sentyabr – Anım Gününə həsr olunmuş kompozisiya təqdim edilib.

Paylaş:
Baxılıb: 46 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30