Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur

Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur

24.09.2026 [17:24]

Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı rəsmi Moskvaya xəbərdarlıq edib.

AZƏRTAC "Reuters"ə istinadən xəbər verir ki, Ukrayna lideri kürsüdə çıxışı zamanı bildirib ki, əgər tərəflər soyuqlar düşməzdən əvvəl enerji obyektlərinə hücumların dayandırılması barədə razılıq əldə edə bilməsələr, Ukrayna Rusiyaya cavab zərbələri endirəcək və qarşıdan gələn qış Rusiya üçün daha çətin keçəcək.

"Ukraynalılar bu qışın bizim üçün çox sərt keçə biləcəyini anlayırlar. Lakin buna cavab olaraq, bizim də bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz qalmayacaq. Məhz buna görə də biz qışdan əvvəl gərginliyin azaldılması istiqamətində addımların atılmasının vacibliyini deyirik", — deyə Zelenski vurğulayıb.

Ukrayna, həmçinin müttəfiqləri Rusiyanın elektrik və istilik obyektlərinə yenidən zərbələr endirəcəyindən ehtiyat edərək, qışdan əvvəl enerji infrastrukturu və Qara dənizdə gəmiçiliklə bağlı məhdud razılaşma əldə etməyə çalışır. Rəsmi Moskva isə müharibəni bitirmək üçün daha geniş danışıqlara hələ maraq göstərmir.

Rusiyanın müharibə boyu istifadə etdiyi daha böyük raket arsenalına sahib olmasına baxmayaraq, Ukrayna da Rusiyanın anbarlarına, liman infrastrukturuna və neft emalı zavodlarına cavab zərbələri endirmək üçün minlərlə uzaqmənzilli dronlar hazırlayıb.

Paylaş:
Baxılıb: 63 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Sosial

Siyasət

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30