Həm iqtisadiyyat, həm mədəniyyət
29.09.2026 [08:34]
Tarixin, təbiətin və qonaqpərvərliyin ünvanı - Azərbaycan ...
Turizm işçilərinin bayramıdır
Azərbaycan son dövrlər inkişaf tempini əhəmiyyətli dərəcədə sürətləndirərək, həm dünyanın aparıcı, həm də inkişaf etməkdə olan ölkələri sırasında öz mövqeyini möhkəmləndirib. Qısa müddət ərzində əldə edilən mühüm nailiyyətlər ölkənin milli maraqları əsasında formalaşıb. Həyata keçirilən milli strategiya, eləcə də yürüdülən ictimai, siyasi və mədəni siyasət ölkəmizin beynəlxalq müstəvidə müsbət imicinin formalaşmasına mühüm təsir göstərib. Şübhəsiz ki, əldə olunan bu uğurlar və nailiyyətlər iqtisadi inkişafa, eləcə də əhalinin sosial rifahının yüksəldilməsinə mühüm töhfə verib.
Əldə edilən sosial-iqtisadi nailiyyətlər və beynəlxalq müstəvidə formalaşan müsbət imic turizm sektorunun inkişafı üçün əlverişli zəmin yaradıb. Azərbaycanın zəngin tarixi-mədəni irsi, əlverişli coğrafi mövqeyi, müxtəlif təbii landşaftları və ilboyu turizm imkanları ölkənin turizm potensialının daha geniş şəkildə reallaşdırılmasına şərait yaradır. Bu baxımdan, turizm yalnız iqtisadi inkişafın mühüm istiqamətlərindən biri kimi deyil, həm də Azərbaycanın ölkələr və xalqlar arasında mədəni əlaqələrinin genişlənməsinə xidmət edən strateji sahə kimi xüsusi əhəmiyyət daşıyır.
Yeri gəlmişkən, bu gün ölkəmizdə turizm işçilərinin peşə bayramıdır. “Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında” sərəncamda dəyişiklik edildikdən sonra turizm işçiləri bu bayramı sentyabrın 29-da qeyd edirlər.
Turizm sənayesi kənardan yalnız səyahət, istirahət və əyləncə kimi görünə bilər. Əslində isə bu sahənin arxasında böyük və çoxşaxəli əmək dayanır. Otel işçisindən tur menecerinə, bələdçidən restoran əməkdaşına, nəqliyyat xidmətlərindən turizm üzrə mütəxəssislərə qədər yüzlərlə peşə turizm zəncirinin ayrılmaz hissəsidir. Turizm işçiləri bir növ ölkənin səfiri rolunu daşıyır. Xaricdən gələn qonağın Azərbaycan haqqında ilk təəssüratı bəzən məhz onun qarşılaşdığı insanın münasibətindən formalaşır. Gülərüz qarşılama, düzgün məlumat, peşəkar xidmət və qonaqpərvərlik bəzən tarixi abidə qədər yadda qalan olur.
Azərbaycanın unikal məkanları
Azərbaycanın turizm imkanlarından danışarkən ilk diqqətçəkən məqam ölkənin coğrafi müxtəlifliyidir. Xəzər dənizinin sahillərindən Qafqaz dağlarına, yarımsəhra landşaftlarından meşələrə qədər çox fərqli təbiət mənzərələrini nisbətən kiçik bir ərazidə görmək mümkündür. Bakı müasir şəhər həyatı, qədim İçərişəhər, Xəzər sahili və memarlıq nümunələri ilə turistləri cəlb edir. Şəki tarix və memarlıq həvəskarları üçün xüsusi məkanlardan biridir. Şəkinin tarixi mərkəzi və Xan Sarayı 2019-cu ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Qobustan isə qədim qayaüstü təsvirləri ilə Azərbaycanın ən maraqlı arxeoloji məkanlarından biridir. Xınalıq və “Köç Yolu” isə 2023-cü ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən obyektlər sırasındadır. Hazırda Azərbaycanın UNESCO Dünya İrsi Siyahısında 5 obyekti var.
Azərbaycanın təbiətinin daha bir qeyri-adi xüsusiyyəti palçıq vulkanlarıdır. Ölkədə 350-dən çox palçıq vulkanının olduğu bildirilir və bu göstərici Azərbaycanı palçıq vulkanları baxımından dünyanın ən diqqətçəkən ölkələrindən birinə çevirir.
Turizm yalnız yay fəslindən ibarət deyil
Azərbaycan turizminin üstünlüklərindən biri də onun mövsümi müxtəlifliyidir. Yay aylarında Xəzər sahilləri və bölgələrə səyahətlər ön plana çıxırsa, qış aylarında dağ-xizək turizmi diqqət çəkir. Qış turizmi, sağlamlıq turizmi, qastronomiya, macəra və aktiv istirahət, mədəni turizm kimi istiqamətlər ölkənin turizm məhsulunu ilboyu rəngarəng saxlamağa imkan verir. Dövlət Turizm Agentliyi də Azərbaycanın xarici bazarlarda təqdimatı zamanı məhz bu müxtəlif istiqamətləri önə çıxarır.
Azərbaycan mətbəxi ayrıca bir turizm xəzinəsidir. Plov, dolma, kükü, piti, qutab, müxtəlif şirniyyatlar və regional mətbəx nümunələri ölkəyə gələn qonaqlar üçün yalnız yemək deyil, Azərbaycan mədəniyyətini tanımağın yollarından biridir. Bu baxımdan, qastronomik turizm son illər diqqətçəkən istiqamətlərdən birinə çevrilir.
Rəqəmlər də Azərbaycanın turizm xəritəsini göstərir
Turizmin ölkə üçün əhəmiyyətini rəqəmlərdə də görmək mümkündür. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 1 milyon 586 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz az göstəricidir. Gələnlərin 27,9 faizini Rusiya, 19,4 faizini Türkiyə, 7,8 faizini İran və 4,8 faizini Gürcüstan vətəndaşları təşkil edib.
Maraqlı məqam ondan ibarətdir ki, turizm bazarının coğrafiyası yalnız qonşu ölkələrlə məhdudlaşmır. Hindistan, Səudiyyə Ərəbistanı, Pakistan, Çin, Özbəkistan, Qazaxıstan və digər ölkələrdən də Azərbaycana səfərlər həyata keçirilir. 2026-cı ilin ilk yeddi ayında Qazaxıstandan Azərbaycana gələnlərin sayı 5,5 faiz artaraq 62 min 079 nəfərə, Özbəkistandan gələnlərin sayı isə 40,2 faiz artaraq 42 min 288 nəfərə çatıb.
Beləliklə, son illər qeyri-neft iqtisadiyyatının daha da inkişafına nail olmağı əsas hədəf kimi seçən Azərbaycan özünün bütün bölgələr üzrə mövcud olan zəngin turizm potensialından daha səmərəli istifadə etməyə çalışır. Bu məqsədlə bütün turist marşrutları boyunca zəruri infrastruktur qurulur, mehmanxana və digər obyektlərin sayı artırılır, xidmət səviyyəsinin yüksəldilməsinə hesablanan tədbirlər görülür, respublikaya gəlib-getmə qaydaları asanlaşdırılır. Eyni zamanda, xarici ölkələrdə Azərbaycanın paytaxtının və bölgələrinin turizm potensialı təbliğ edilir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxAnalitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18

