Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb

28.09.2026 [12:34]

Bu ilin ötən dövründə əvvəlki illərdən bağlı qalmış 9 cinayət işinin açılması prokurorluq əməkdaşları tərəfindən təmin edilib.

AZƏRTAC xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev 1 Oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı gününə və Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümünə həsr olunmuş tədbirdə çıxış edərkən deyib.

Baş prokuror bildirib ki, cinayət işlərinin üstünün açılmasında digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət göstərilib: "Bu sahədə fəaliyyətimizi davam etdirməliyik və etdirəcəyik. Çünki bu bizim fəaliyyət istiqamətlərinin ən prioritet sahələrindən biridir. Xüsusi olaraq, iqtisadi cinayətkarlığa qarşı mübarizəni qeyd etmək istəyirəm. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və bizim digər istintaq qurumlarının əməkdaşları dövlətə vurulmuş ziyanın təmin edilməsi istiqamətində kifayət qədər çox işlər görüblər".

Paylaş:
Baxılıb: 57 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30