Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

28.09.2026 [19:09]

Qazaxıstanda “Direct-to-Cell” texnologiyasından istifadə edən peyk mobil şəbəkəsi olan “Starlink Mobile” istifadəyə verilib.

AZƏRTAC Qazaxıstan Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, layihə “Beeline Kazakhstan” və “Starlink” ilə birgə həyata keçirilir.

Texnologiya uyğun smartfonlara xüsusi peyk telefonu, xarici antena və ya əlavə avadanlıq olmadan peyklərə birbaşa qoşulmağa imkan verir. İstifadəçilər yerüstü mobil şəbəkənin əhatə dairəsindən tamamilə məhrum olan ərazilərdə mesaj göndərə və qəbul edə, eləcə də əsas internet xidmətlərinə çıxış əldə edə biləcəklər.

Baş nazirin müavini, süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyevin sözlərinə görə, Qazaxıstan Mərkəzi Asiyada “Direct-to-Cell” texnologiyasının praktik sınaqlarını keçirən ilk ölkə olub və hazırda istehlakçı xidməti səviyyəsinə çatır.

Paylaş:
Baxılıb: 94 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30