Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Avropa / Fransada yaşayış binasında yanğın olub, 10 nəfər ölüb

Fransada yaşayış binasında yanğın olub, 10 nəfər ölüb

16.12.2022 [11:40]

Fransanın Lion şəhəri yaxınlığında yaşayış binasında yanğın olub, ölənlər var.

Bu barədə Fransanın daxili işlər naziri Gerald Darmanin bildirib.

Onun sözlərinə görə, bu gün səhər saatlarında Lion şəhəri yaxınlığındakı Vaulx-en-Velin kommunasında yeddi mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 10 nəfər həlak olub. Ölənlərdən beşi 3-15 yaş arası uşaqlardır.

Ümumilikdə 14 nəfər isə xəsarət alıb. 4 nəfərin vəziyyətinin ağır olduğu, daha 10 nəfərin isə yüngül xəsarət aldığı bildirilib.

Darmanin bildirib ki, hazırda yanğının səbəbi məlum deyil.

"Bir neçə ssenari var və təhqiqat aparılacaq", - nazir əlavə edib.

Hadisə yerinə 180-ə yaxın yanğınsöndürən cəlb olunub və yanğın artıq söndürülüb.

Paylaş:
Baxılıb: 711 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31