Müxalifət şantajçı siması ilə yenidən ortaya çıxır
04.10.2012 [02:44]
Milli Məclisin üzvü Gülər Əhmədova və fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə bağlı videogörüntülərin müzakirələri hələ də davam edir. Qeyd edək ki, məsələ ilə bağlı artıq cinayət işi açılıb və araşdırmalar aparılır. Bundan başqa, videomateriala Azərbaycan hakimiyyəti, Yeni Azərbaycan Partiyası birmənalı mövqe nümayiş etdirib, müvafiq orqanlar isə lazımi tədbirlər həyata keçirirlər.
Videogörüntü ilə bağlı Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov münasibət bildirib. Ə.Həsənov KİV-ə müsahibəsində deyib ki, bu, gözlənildiyi kimi rezonans doğurdu, Azərbaycan cəmiyyətində müəyyən müzakirələrə yer açdı. Əli Həsənov bildirib ki, təəssüf doğurucu hal odur ki, hansı mahiyyət kəsb etməsindən asılı olmayaraq, Azərbaycanın bəzi müxalifət dairələri, belə halları axtaran insanlar ondan hakimiyyətə, Prezident İlham Əliyevin komandasına qarşı istifadə etməyə çalışırlar: “Dəridən-qabıqdan çıxaraq bunu etmək istəyirlər, bütün imkanlarını, intellektlərini, ətraflarını, ixtiyarlarında olan KİV-ləri, beynəlxalq və daxili əlaqələrini işə salaraq bundan hakimiyyətə qarşı istifadə etməyə cəhd edirlər. Bu, antidövlət, antimillət mahiyyəti kəsb etsə də, bundan hakimiyyətə qarşı istifadə etmək istəyirlər”.
Bütün dövrlərdə, bütün hakimiyyətlərdə Elşad Abdullayev kimi müxtəlif əyri yollarla sərvət toplamaq istəyən və bəzən buna nəsib olan insanların olduğunu diqqətə çatdıran Ə.Həsənov qeyd edib ki, belələri əyri yollarla topladıqları sərvəti kimlərinsə vasitəsi ilə özünə mənsəb qazanmaq, hansısa hakimiyyət strukturunda təmsil olunmaq istəyiblər, bunların puluna sahib çıxıb, ona şərik olmaq, o puldan müəyyən qədər ələ keçirmək istəyən insanlar da olub. İctimai-siyasi məsələlər şöbəsinin müdiri qeyd edib ki, bu insanlar da zaman-zaman ifşa edilib, cəzalarını alıblar.
Müxalifətin bu məsələyə birtərəfli, şantaj xarakterli münasibətinə toxunan Ə.Həsənov qeyd edib ki, Azərbaycan cəmiyyətində parlamentin qeyri-legitimliyini sübut edən heç bir fakt yoxdur. Onun sözlərinə görə, hətta Elşad Abdullayevin videosunun özü də onu göstərir ki, onun kimi qeyri-qanuni yollarla parlamentə can atan insanlar öz məqsədlərinə nail olmayıblar: “Onlar kiminlə danışıq aparıblar, bunun bugünkü parlamentə heç bir dəxli yoxdur. Onlarla Gülər Əhmədova kimi, ondan da yüksək ranqlı, hakimiyyətə daha yaxın olan insan tapa, işə qoşa bilərdilər. Amma bu faktın özünün baş tutmaması onun göstəricisidir ki, bu parlamentə Elşad Abdullayev kimi təsadüfü, əyri yollarla can atan adamlar düşməyib, düşə də bilməz”.
Yayılan videogörüntünün prokurorluq tərəfindən araşdırıldığını söyləyən Ə.Həsənov videonun gerçəkliyinə də cəmiyyətdə heç kimdə şübhə olmadığını deyib. Onun sözlərinə görə, bu çəkilişin nə dərəcədə montaj olub-olmadığı araşdırılandan sonra Azərbaycan qanunlarının tələblərinə uyğun müvafiq addımlar atılacaq: “Heç kimə güzəşt yoxdur. Biz nə iqtidar partiyasının üzvünə, nə də hansısa şəxslə yaxınlığına, qohumluğuna, hansısa şəkildə bağlılığına görə kiməsə münasibət bildirmirik. Azərbaycan hakimiyyətinin təməlini Ümummilli liderimiz qanunlara söykənərək qoyub. Azərbaycanda qanunçuluq hər bir insan üçün onun davranış normalarının əsasında dayanır. Qanunu pozan hər bir insan cəzasını almalı, qanunu pozmayana isə cəza verilməməlidir. O anlamda düşünürəm ki, bu yoxlamanın axırını gözləməliyik”.
Ə.Həsənov bildirib ki, müxalifət belə hallardan hakimiyyətə qarşı istifadə etmək fikrinə düşməsin. PA rəsmisi deyib ki, bu fikrə düşsələr də, bunun heç bir əsası yoxdur: “Azərbaycan hakimiyyəti bütün dövrlərdə şəffaf idarəçilik həyata keçirib. Bu gün hansısa insanın əməllərinə görə hakimiyyəti ittiham etmək, günahlandırmaq məntiqsizdir. Heç bir cəmiyyət, o cümlədən, Azərbaycan cəmiyyəti hansısa yollarla pul toplamaq, pul toplamağa nail olub, onu müxtəlif yollarla hakimiyyətə istiqamətləndirib nə isə qazanmaq istəyən insanlardan sığortalanmayıb. Amma belələrinin əməllərinin qarşısının alınması o deməkdir ki, hakimiyyət belələri ilə eyni mövqeni bölüşmür, onlar cəzalarını alacaqlar”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Siyasət
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23

