Radikal müxalifət gücsüzlüyünü icazəsiz aksiya şouları ilə kompensasiya etmək istəyir
13.10.2012 [18:27]
Azərbaycanın radikal müxalifəti yenidən öz ampluasına geri dönür. Əslində, hər zaman eyni yerdə addımlayan, sadəcə cild dəyişməklə özünü siyasi palitrada saxlamağa cəhd göstərən və şəxsi mənafedən başqa bir şeyi düşünməyən radikal düşərgə bu dəfə də özünün “sui-istifadə” taktikasından istifadə etmək fikrinə düşüb.
Xəbər verildiyi kimi, düşərgə təmsilçiləri bu günlərdə aksiya keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. BŞİH isə bu müraciətə cavab verib və aksiyanı keçirmək üçün əvvəlcədən təyin edilən yerlərin ünvanlarını göstərib. Amma hər zaman olduğu kimi cığallıqdan başqa peşəsi olmayan bu siyasi kəsim həmin ərazilərdə deyil, öz istədiyi yerlərdə aksiya keçirməkdə israr edir.
İnsan hüquq və azadlıqlarının, söz azadlığının, sərbəst toplaşmaq azadlıqlarının qorunduğu Azərbaycanda hər bir siyasi partiya üçün öz fikrini azad şəkildə ifadə etməyə bərabər şərait yaradılıb və aksiya keçirmək istəyən hər bir siyasi təşkilat kütləvi aksiyaların keçirilməsi üçün nəzərdə tutulan məkanlarda bunu reallaşdıra bilər. Amma müxalifət bu dəfə də edilən təklifləri “bəyənməyib”.
Məsələyə münasibət bildirən YAP-ın Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov da bildirib ki, İctimai Palataya daxil olan partiyaların kütləvi aksiyalar keçirilməsi üçün ayrılan yerlərdən bir qayda olaraq imtina etməsi və aksiyanı özlərinin istədiyi yerlərdə keçirmək istəyi onların özləri üçün xüsusi imtiyazlar əldə etmək istəməsindən irəli gəlir: “Nəyə görə hansısa bir partiya aksiyanı məhz özlərinin istədiyi yerlərdə keçirməlidir? Aksiyanı istənilən yerdə keçirmək mümkün deyil. Çünki bir tərəfdən, aksiyada həmin ərazidə yaşayan insanların çox cüzi bir hissəsi iştirak edir və bu tədbir zamanı həmin ərazidə yaşayan digər insanlar əziyyət çəkməməlidir. Digər tərəfdən, həmin aksiya üçün təhlükəsizlik tədbirləri görülməlidir, çünki istənilən aksiya digər xoşagəlməz məqsədlər üçün istifadə edilə bilər”.
Əslində, radikal müxalifət kəsiminin yalnız özünün seçdiyi yerdə aksiya keçirmək istəyinin səbəbləri bəllidir. Heç bir siyasi konsepsiyası, proqramı olmayan, ölkəmizin gələcəyi ilə bağlı hər hansı bir adi təklifə malik olmayan bu partiyalar varlıqlarını sübut etmək üçün bu yola baş vururlar. Doğrudur, aksiya keçirmək siyasi taktikalardan biridir, amma Azərbaycanın radikal müxalifəti üçün bu şou-xarakterli aksiyalar yeganə taktikadır ki, bu da, hər zaman fiasko ilə nəticələnir. Səbəbi isə radikal düşərgənin cəmiyyətdən, ictimaiyyətdən dəstəyinin olmamasıdır. Yəni, müxalifət özünün varlığını nümayiş etdirmək üçün icazəsiz aksiyalardan başqa yol bilmir.
Aksiyaların “icazəsiz” xarakterli olmasına gəlincə isə bunun da səbəbi bəllidir. Hər zaman olduğu kimi, bu dəfə də cəmiyyətin müxalifətin yalançı, əsassız və gülünc iddialarına etinasız münasibət göstərəcəyindən ən çox əmin olan elə düşərgənin özüdür. Həm Müsavat Partiyasının rəhbəri İsa Qəmbər, həm də AXCP başçısı Əli Kərimli bilir ki, Azərbaycan xalqının onlara münasibəti birmənalıdır. Bu iki partiyanın və onların rəhbərlərinin yürütdüyü antimilli siyasət xalqda onlara qarşı yalnız ikrah hissi yaradıb. Digər tərəfdən isə, bu iki partiyanın hər zaman olduğu kimi bu dəfə də icazəli aksiyaya adam “yığa” bilməyəcəyi gün kimi aydındır. Çünki öncədən keçirilən aksiyalarda olduğu kimi bu dəfə də iştirakçılığın qohum-qardaş ansamblından ibarət olacağı hər kəsə bəllidir. İP məhz bunun üçün də “aksiyasını” icazəsiz və Fəvvarələr Meydanında keçirmək istəyir ki, parkda istirahət edənləri də hesabat şəklində öz maddi mənbələrinə aksiya iştirakçısı qismində təqdim edə bilsin.
KİV-ə müsahibəsində bu məsələyə toxunan YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı da bildirib ki, müxalifətin radikal qanadının kütləvi aksiya keçirmək üçün kifayət qədər sosial dayağı yoxdur. M.Qurbanlı deyib ki, müxalifətin radikal qanadının əhalinin böyük hissəsinin bilavasitə toplaşdığı, istirahət etdiyi ərazilərdə kütləvi aksiya keçirmək istəyi bu aksiyada tamaşaçı rolunda çıxış edən insanları iştirakçı kimi göstərmək məqsədi daşıyır: “Fəvvarələr Meydanı bu gün Bakının ən gözəl istirahət məkanlarından biridir və bütün saatlarda, xüsusilə, günorta saatlarında burada insanların kütləviliyi müşahidə olunur. Məhz o saatlarda orada kütləvi aksiya keçirmək hansı məntiqə uyğun gəlir? Müxalifət Fəvvarələr Meydanında iğtişaş yaradarsa, buna cavabdehlik daşımalıdır. Cavabdehlik də onlarda heç vaxt olmur”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxAnalitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17

