İt də getdi, İP də getdi
10.07.2013 [14:12]
Növbə “Milli şura”nındır
Azərbaycan cəmiyyəti son 20 ildə radikal müxalifət düşərgəsini təmsil edən AXCP, “Müsavat” və bu qəbildən olan digər partiyaların “birləşmək” adı altında müxtəlif qondarma qurumlar yaratmalarının şahidi olub. SİDSUH, DUH, YES, “Ziyalılar forumu”, müxtəlif adlı “məşvərət məclisləri” və s. belə qurumlardandır. Radikallar yaratdıqları hər yeni quruma təmtəraqlı adlar versələr də, onlar ictimai marağı ifadə etmədiyindən ölkənin siyasi həyatında qərar tuta bilməyərək öz yerlərini tarixin toz basmış arxivlərində tapıblar.
Radikalların yaratdıqları və artıq, necə deyərlər, kitabı bağlanmaq üzrə olan “İctimai palata”da belə qondarma qurumlardandır. Sözügedən qurumun yaradıldığı bəyan edilərkən radikalların onun ətrafında necə canfəşanlıqla ajiotaj yaratdıqları hələ yaddaşlardan silinməyib. Özlərini radikal düşərgənin əsas qüvvəsi hesab edən “Müsavat”ın başqanı İsa Qəmbər və AXCP-nin sədri Əli Kərimli yeni təşkilatda da “söz sahibi” olduqlarını nəzərə çarpdırmaq üçün gəlişigözəl ifadələr söyləyir, populist vədlər verir, insanları inandırmaq istəyirdilər ki, “İctimai palata” adlandırdıqları yeni qurum müxalifət düşərgəsində hamını bir dam altına yığıb, bütün narazılıqlara son qoyacaq.
Lakin “İctimai palata” adına sığınan radikalların bu qondarma qurum ətrafında qaldırdıqları hay-küy su üzərində sabun köpüyündən başqa bir şey deyildi.
Çünki gerçəkdə radikalların digər “birlik” formatları kimi, “İctimai palata” da çürük bir qurumdur. Onun mahiyyətində cəmiyyətin hər hansı bir sosial-siyasi sifarişi ifadə olunmur, bəyan edilən fəaliyyət prinsipləri özündə daha çox özbaşınalığı ehtiva edir. Qurumun qarşıya qoyduğu hədəflər sırasında ümummilli mahiyyət kəsb edən maraqlardan əsər-əlamət yoxdu. Kimsəyə sirr deyildi ki, bir sıra radikalyönümlü partiyalar, o cümlədən də, AXCP və “Müsavat” bu qondarma qurumu sırf özəl məqsədlər naminə-öz hegemonluqlarını müxalifət düşərgəsindəki bütün qüvvələrə qəbul etdirmək məqsədilə yaradıblar.
Heç də təsadüfi deyil ki, müxalifət təmsilçilərinin özləri belə “İctimai palata”nın sinonimi kimi “AXCP, “Müsavat” üstəgəl digər partiyalar” və yaxud “AXCP ilə “Müsavat”ın dəyənəyi” ifadəsini işlədirdilər. Qondarma qurumun gələcək taleyi ilə bağlı verilən proqnozlar da bir qayda olaraq bədbin notlar üstündə köklənirdi. Onun siyasi səhnədə uzun müddət qalacağına ümidlər çox az idi və yaxud heç yox idi.
Beləliklə, “İctimai palata” yarandığı gündən onun süqutu prosesi başladı və bu proses “Radikal düşərgə qarşıdan gələn prezident seçkilərinə “İctimai palata”da müəyyənləşdiriləcək “vahid namizəd”lə qatılsın” razılaşmasının “Müsavat” tərəfindən birtərəfli qaydada pozulması ilə bir növ kuliminasiya nöqtəsinə çatdı. Xatırladaq ki, ötən ilin sonlarında qondarma “İctimai palata”nın əsas üzvlərindən olan “Müsavat”ın təmsilçiləri qurumun haqqında bəhs etdiyimiz “centlmen razılaşması”nın şərtlərini pozaraq seçkilərə İsa Qəmbərin namizədliyi ilə qatılmaq istəklərini ortaya qoydular. “Müsavat”çılar qabaqdangəlmişlk etməklə, əslində, “İctimai palata”nın digər üzvlərini fakt qarşısında qoymaq məqsədi güdürdülər. Onlar bu qənaətdə idilər ki, müttəfiqləri ən azından “evin sirrini çölə verməmək” naminə İsa Qəmbərin namizədliyini dəstəkləmək məcburiyyətində qalacaqlar.
“Müsavat”ın növbəti “cığallığı” “İctimai palata”dakı müttəfiqlərdə, ələlxüsus da AXCP-də ciddi narazılıq yaratdı. Təsadüfi deyil ki, “Müsavat”ın bu addımından sonra başda “cəbhəçilər” olmaqla radikallar “yüngülsaqqallılıq” etdiyinə görə İsa Qəmbəri ifşa kampaniyasına start verdilər. Özünü “İctimai palata”nın digər bir əsas üzvü hesab edən AXCP təmsilçiləri sədr Əli Kərimlidən zorən namizəd düzəltməklə bağlı əvvəllər gizli şəkildə apardıqları mübarizənı açıq müstəviyə keçirdilər.
Bütün bu deyilənlərdən göründüyü kimi, qarşıdan gələn seçkilər ərəfəsində qondarma “İctimai palata” nəinki bütün cəmiyyətdə, hətta radikalların arasında da sayılmaz quruma çevrilib. İş o yerə çatıb ki, hətta radikalların özləri də qondarma qurum haqqında rişxəndlə və bədbin əhval-ruhiyyə ilə söhbət açaraq onu “süni nəfəs” verilən yataq xəstəsinə bənzədirlər
Təxminən bir ay bundan əvvəl radikal düşərgə təmsilçilərinin bəyan etdikləri qondarma “Milli şura” isə öz sələfi “İctimai palata”nı hətta süni nəfəsdən də məhrum qoyaraq onu bitirmək üzrədir. Belə deməyə hər cür əsas var. Çünki artıq “İctimai palata” bir vaxtlar onun kölgəsinə sığınan radikalların özlərinin belə leksikonunda arxaik ifadəyə çevrilib. Yenə radikalların leksikonunda işləndiyi kimi, “İctimai palata”nı sona yaxınlaşdıran Əli Kərimli, İsa Qəmbər və bu qəbildən olan digərləri daha köhnə qurumun məsələləri ilə əsla maraqlanmırlar, özlərini yeni gözləntilər umduqları “Milli şura”nın favoritləri kimi göstərməyə çalışırlar. Qondarma “Milli şura”nın yaradılmasında xüsusi canfəşanlıq göstərən Eldar Namazov isə “gəlin, “İctimai palata”nın yerli bölmələrinin əsasında “Milli şura”nın özəklərini yaradaq” deməklə əslində İP-i bağlandığı yerdən tamam üzüb. Necə deyərlər, artıq it də gedib, İP də gedib.
Beləliklə, radikalların çoxlu sayda “birlik” formatları kimi, qondarma “İctimai palata” da artıq siyasi səhnədən itib getmək üzrədir. Onun yerini yenə eyni simaların, eyni radikalların cəm olduqları qondarma “Milli şura” tutur. Bu isə o deməkdir ki, indi siyasi səhnədən silinmək növbəsində Rüstəm İbrahimbəyovun “Milli şura”sı dayanıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Gündəm
20 Yanvar 20:35
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

