/ / Azərbaycanda KİV-in sərbəst fəaliyyətinə əlverişli şərait yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir
Azərbaycanda KİV-in sərbəst fəaliyyətinə əlverişli şərait yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir
13.07.2013 [13:59]
Prezident İlham Əliyev: Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda, milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır
Xəbər verildiyi kimi, iyulun 11-də Bakıda Azərbaycan jurnalistlərinin VI qurultayı keçirilib. Bir sıra qərarların qəbulu ilə yadda qalan jurnalistlərin bu ali tədbirində öncə Azərbaycan Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubu oxunub. Vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin bu məktubu Azərbaycanda KİV-in inkişafına diqqət və qayğının göstərilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu növbəti dəfə təsdiqləməklə yanaşı, jurnalistlərə, kütləvi informasiya vasitələrinə bir çağırış kimi də dəyərləndirilə bilər.
Həyata keçirilən ardıcıl islahatlar nəticəsində milli mətbuatın maddi-texniki bazası möhkəmləndirilib
Dövlət başçısının sözügedən məktubunda bildirilir ki, Azərbaycan Respublikasında siyasi plüralizmin təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə əlverişli şərait yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Məktubda qeyd olunur ki, 1993-cü ildən sonra ölkədə həyata keçirilən ardıcıl islahatlar nəticəsində söz və məlumat azadlığını məhdudlaşdıran bütün süni maneələr aradan qaldırılıb, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırılıb və milli mətbuatın maddi-texniki bazası möhkəmləndirilib.
Bəli, kimsəyə sirr deyil ki, məhz Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasından sonra bütün sahələr kimi, mətbuat sahəsində də canlanma, dirçəliş müşahidə edildi. Yəni, Ulu öndərin rəhbərliyi altında iqtisadiyyatın, dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində əsaslı işlər görülməklə yanaşı, mətbuatın demokratik prinsiplər əsasında fəaliyyətinin təmin olunması istiqamətində də addımlar atıldı. Ulu öndərin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycanın Konstitusiyasında da mətbuata verilən qiymət öz əksini tapdı: “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”.
KİV-lə bağlı həyata keçirilən islahatlar çərçivəsində 1998-ci ildə senzuranın ləğvi haqqında qərarı xüsusi vurğulamaq vacibdir. Bundan başqa, 2000-ci ildə KİV-lərin fəaliyyətinə dövlət nəzarəti funksiyasını yerinə yetirən Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi. Ulu öndərin 20 iyul 2001-ci il tarixli Fərmanı ilə Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı və Əsasnaməsi təsdiq edildi. 2002-ci il mayın 11-də Ulu öndər Heydər Əliyev “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Fərman imzaladı. Ulu öndərin jurnalistikaya ayırdığı diqqətin daha bir göstəricisi kimi, Onun 2000, 2001 və 2002-ci illərdə media qurumlarının rəhbərləri ilə keçirdiyi görüşləri qeyd etmək olar. Bu görüşlərdə Ulu öndər mətbuat sahəsində mövcud olan problemləri birbaşa olaraq media nümayəndələrinin özlərindən öyrənirdi. Bu davranışları ilə Ümummilli liderimiz məmurlara da əsl nümunə olurdu. Bütün bu sadalananlara görə də, Ulu öndər mətbuat işçiləri üçün ən yaxın dosta çevrilmişdi. Təsadüfi deyil ki, Ümummilli lider 2002-ci ildə “Ruh” Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.
Mətbuat Şurası media-dövlət və media-cəmiyyət münasibətlərinin müasir beynəlxalq təcrübəyə uyğun nizamlanmasında əhəmiyyətli rol oynayıb
Ulu öndərin müstəqil Azərbaycana rəhbərliyi dövründə mətbuatla, KİV-lə bağlı atılan addımlardan danışarkən Mətbuat Şurasının yaradılmasını da xüsusi olaraq vurğulamaq yerinə düşər. Prezident İlham Əliyevin Azərbaycan jurnalistlərinin VI qurultayının iştirakçılarına göndərdiyi təbrik məktubunda da bu məqama toxunulur. Məktubda deyilir ki, Azərbaycan jurnalistlərinin l qurultayında mətbuatın özünütənzimləmə orqanı kimi yaradılmış Mətbuat Şurası media-dövlət və media-cəmiyyət münasibətlərinin müasir beynəlxalq təcrübəyə uyğun nizamlanmasında əhəmiyyətli rol oynayıb: “Mətbuat Şurasının fəaliyyəti bütövlükdə Azərbaycan jurnalistikasının inkişafına, dövlət orqanları, vətəndaşlarla mətbuat arasında münasibətlərin tənzimlənməsinə, jurnalistlərin peşəkarlığının yüksəlməsinə, söz və məlumat azadlığından sui-istifadə hallarının qarşısının alınmasına xidmət edib”.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Mətbuat Şurasının yaradılması da Ulu öndərin KİV-ə diqqət və qayğısı fonunda atılan mühüm addımlardan biri kimi tarixə düşüb. Daha dəqiq desək, Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən orqan kimi fəaliyyət göstərən Mətbuat Şurası 2003-cü il martın 15-də ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. MŞ-nin məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanların yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılması, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir. Ötən müddət ərzində “reket nəşrlər”ə qarşı aparılan effektiv mübarizə isə MŞ-nin qarşıya qoyduğu məqsədlərə çatmaq istiqamətində fəaliyyət göstərdiyini bir daha təsdiqləyir.
Beləliklə, yuxarıda Ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra KİV sahəsində görülən işləri xronoloji ardıcıllıqla oxuculara təqdim etdik. Lakin bu xronoloji ardıcıllığın özündə zəngin bir tarix yatır. Çəkinmədən qeyd etmək olar ki, 1993-2003-cü illəri əhatə edən bu dövr Azərbaycan mətbuatının inkişaf tarixinin ən zəngin mərhələsidir. Çünki məhz bu illərdə Ulu öndər tərəfindən əsası qoyulan siyasi kurs, reallaşdırılan islahatlar, eyni zamanda, müasir Azərbaycanda mətbuatın inkişaf istiqamətlərini müəyyənləşdirdi. Birmənalı olaraq, qeyd etməliyik ki, Ulu öndər Heydər Əliyevin mətbuatın inkişafına verdiyi böyük önəm, davamlı diqqət və qayğısı sayəsində müasir Azərbaycanın müstəqil milli mətbuatı formalaşdı, ölkədə demokratiyanın əsas göstəricilərindən biri olan söz, fikir və məlumat azadlığı bərqərar oldu, obyektiv, qərəzsiz informasiya vermək mətbuat orqanlarının müntəzəm qaydada riayət etdiyi əsas prinsipə çevrildi.
Ölkəmizin artan imkanları milli mətbuatımızın inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaradıb
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mətbuata diqqət və qayğı siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində isə KİV-lərimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət başçısının mətbuat sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı bu sahənin sürətlə irəliləməsinə, mətbu orqanların fəaliyyətinin genişlənməsinə və peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub. Məhz bunun nəticəsidir ki, hazırda milli mətbuatın bazasının möhkəmləndirilməsi, dövlət orqanları ilə mətbuat arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər planı həyata keçirilir. Prezident İlham Əliyevin 2005-ci ildə Milli Mətbuatın yaranmasının 130 illiyi münasibətilə ölkənin aparıcı jurnalistlərini dövlətin ali mükafatları ilə təltif etməsi, “Əməkdar jurnalist” fəxri adının bərpa olunması, aparıcı qəzet redaksiyalarına birdəfəlik yardımların ayrılması, həmçinin, bu sahədə imzaladığı digər Fərman və sərəncamlar dövlət başçısının mətbuata diqqət və qayğısının bariz nümunəsidir.
Prezident İlham Əliyevin 2006-cı il 8 fevral tarixli Sərəncamını isə Ulu öndərin mətbuatın maddi-texniki imkanlarının yaxşılaşdırılması yönündə həyata keçirdiyi siyasətin davamı kimi qiymətləndirmək olar. Çünki sözügedən tarixdə dövlət başçısının imzaladığı “Qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının ödənilməsi barədə” Sərəncama əsasən qəzetlərin nəşriyyata olan 450 min ABŞ dolları həcmində borcu dövlət büdcəsindən ödənildi. Xatırladaq ki, qəzetlərin borclarının dondurulması haqqında mütərəqqi qərar hələ 2001-ci ildə Ulu öndər tərəfindən verilmişdi. Dövlət büdcəsinin gəlirlərinin artması və respublikamızın maliyyə imkanlarının yaxşılaşması borcların büdcə hesabına birdəfəlik ödənilməsinə şərait yaratdı. Qeyd edək ki, borcları ödənilən qəzetlər içərisində müstəqil və müxalifyönlü qəzetlər üstünlük təşkil edib. Bu isə bir daha təsdiq edir ki, siyasi mövqeyindən asılı olmayaraq, ölkədə bütün mətbuat orqanlarına dövlətin münasibəti, diqqət və qayğısı eynidir və onların azad fəaliyyətinə heç bir maneə yoxdur.
Yeri gəlmişkən, mətbuatın maddi durumunun yüksəldilməsi istiqamətində görülən işlərin davamı olaraq Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında”, eləcə də, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamlarını da göstərmək olar. Məlumat üçün deyək ki, adıçəkilən konsepsiya dövlət orqanları ilə KİV arasında səmərəli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, milli mətbuatın problemlərinin həllinin sürətlənməsi, demokratik, qərəzsiz, azad mətbuatın inkişafına hərtərəfli dəstək verilməsi, jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi baxımından çox vacib sənəddir.
Prezident İlham Əliyevin 2009-cu il aprelin 3-də imzaladığı “Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” Sərəncam isə mətbuatın inkişafı yönündə görülən işlərin sistemli və davamlı xarakter daşıdığını təsdiqləyən daha bir addım oldu. Əksər ekspertlərin də qeyd etdikləri kimi, bu Sərəncam “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nda öz əksini tapan məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından böyük önəm kəsb edir. Sərəncamla, həmçinin, “Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə” təsdiq edildi. Yaradılan Fond KİV-lərə, o cümlədən, mətbuatın fəaliyyətinə təşkilati-texniki, metodiki, konsultativ, maliyyə və digər formalarda yardım göstərir. Fond KİV-in inkişafı, söz, mətbuat azadlığı və s. bu kimi mövzularda keçirilən seminarların, konfransların, təlimlərin təşkili, KİV-in fəaliyyətinin təkmilləşdirilməsi, onların informasiya əldə etmək imkanlarının genişləndirilməsi, jurnalistlərin ixtisas və peşə hazırlığının artırılması üçün tövsiyələr, materiallar, məlumat kitabçalarının hazırlanması və digər yollarla KİV-in fəaliyyətinə dəstək verir. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun sözlərinə görə, Fondun yaradılmasının əsas məqsədi və fəlsəfəsi azad medianı inkişaf etdirmək, onu dəstəkləmək, mətbuatın maddi-texniki bazasını gücləndirmək, o cümlədən, mediada çalışan jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət göstərməkdir. Fəaliyyətə başladığı müddətdə qarşıya qoyulan məqsədlərə doğru uğurla irəliləyən Fond heç şübhəsiz, Azərbaycan mətbuatının bundan sonrakı inkişafı tarixində böyük iz qoyacaq.
Bir sözlə, dövlət başçısının sözügedən təbrik məktubunda da bildirildiyi kimi, bu gün ölkəmizin artan imkanları kütləvi informasiya vasitələrinin, o cümlədən, milli mətbuatımızın inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaradıb: “Azərbaycan hökuməti redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və digər istiqamətlər üzrə ardıcıl tədbirlər həyata keçirir. Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda, milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır”.
Mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir
Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması, KİV-in inkişafına dəstək verilməsi istiqamətində dövlətin həyata keçirdiyi məqsədyönlü tədbirlər davam edir. Məhz bunun nəticəsidir ki, Prezident İlham Əliyev 2010-cu il 10 iyun tarixində “Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Əksər ekspertlərin də qeyd etdikləri kimi, həmin Sərəncam, eyni zamanda, jurnalistika qarşısında da yeni vəzifələr qoyub. İrəli sürülən yeni vəzifələrin birincisi, peşəkarlığın yüksəldilməsidir. Yəni, əgər həmin Sərəncama qədər jurnalistikanın qarşısında obyektiv, operativ, qərəzsiz və tərəfsiz informasiya toplayıb cəmiyyətə yaymaq vəzifəsi qoyulurdusa, bundan sonra peşəkarlığın yüksəldilməsi də önə çəkilib. Bu, çox vacib məqamdır. İkinci vəzifə yüksək milli şüur və vətənpərvərlik prinsipidir. Bu da vacib və dəyərli məsələdir. Çünki milli mənafeləri qorumaq hər bir vətəndaşın borcudur. Onu da unutmaq olmaz ki, torpaqlarımızın 20 faizi işğal altındadır və onların geriyə qaytarılmasında müharibə variantı istisna deyil. Deməli, KİV gənclərin vətənpərvərlik hisslərinin gücləndirilməsinə xüsusi diqqət yetirməlidir. Qarşıya qoyulan vəzifələrdən biri isə söz və mətbuat azadlığından sui-istifadəyə qarşı qətiyyətli mübarizədir.
Yeri gəlmişkən, dövlət başçısının yuxarıda sözügedən təbrik məktubunda da jurnalistikanın üzərinə düşən vəzifələr xatırlanır. Məktubda qeyd olunur ki, qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir: “Ümidvaram ki, qurultayda qəbul olunacaq qərarlar Azərbaycan jurnalistikasına ölkə daxilində və xarici aləmdə öz missiyasını daha yüksək səviyyədə davam etdirməyə şərait yaradacaq, milli mətbuatımızın inkişafına müsbət təsir göstərəcəkdir”.
Onu da bildirək ki, milli mətbuatımızın 135 illik yubileyi münasibətilə tədbirlərin keçirilməsi, istərsə də, dövlət başçısının milli mətbuatımızın 135 yaşının tamam olduğu gün, yəni, 2010-cu il iyulun 22-də imzaladığı sərəncamlar əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan mətbuat siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla və yeni keyfiyyətdə davam etdirilməsini növbəti dəfə təsdiqləyir. Məlumat üçün deyək ki, həmin sərəncamlarla bir qrup mətbuat işçisinə fəxri adlar və mükafatlar verilib, bir sıra KİV orqanlarına birdəfəlik maliyyə yardımları edilib, həmçinin, Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə, 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrılıb. Onu da vurğulayaq ki, artıq həmin bina hazırdır və iyulun 22-də oradakı mənzillər KİV işçilərinə paylanacaq.
Əksər ekspertlərin də qeyd etdikləri kimi, Prezident İlham Əliyevin mətbuat sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı bu sahənin sürətlə inkişaf etməsinə, mətbu orqanların fəaliyyətinin genişlənməsinə və peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub. Və hazırda milli mətbuatın bazasının möhkəmləndirilməsi, dövlət orqanları ilə mətbuat arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər planı həyata keçirilir. Prezident İlham Əliyevin Mətbuat Şurasının yeni binasının açılışında iştirak etməsi isə bu qayğı və diqqətin daha bir bariz nümunəsidir.
Məhz bunun nəticəsidir ki, “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin 2010-cu il dekabrın 1-dən 20-dək 30 gündəlik, 19 həftəlik qəzetin, 13 jurnalist təşkilatının, 11 informasiya agentliyinin, 8 xəbər portalının, 7 telekanalın, 3 radio və 2 jurnalın əməkdaşlarının iştirakı ilə keçirdiyi sorğuda Azərbaycan Prezidenti İlham Əliyev “Jurnalistlərin dostu” seçilib. Həmin il dekabrın 29-da “Gülüstan” sarayında Azərbaycan Prezidentinə “Jurnalistlərin dostu” mükafatının təqdim olunması mərasimindəki çıxışında “Bu gün qeyd etməliyəm ki, jurnalistlərin dostu olmaq mənim üçün böyük şərəfdir” deyən dövlət başçısının aşağıdakı sözləri isə jurnalistlərin doğru seçim etdiklərini təsdiqləyir: “...Mən bundan sonra da çalışacağam ki, Azərbaycanda bu sahədə daha da böyük addımlar atılsın. Azərbaycan dövləti öz dəstəyini göstərsin. Ölkədə müasir jurnalistikanın formalaşması işində Azərbaycan dövləti və Prezident kimi mən səylərimi əsirgəməyəcəyəm”.
Yeri gəlmişkən, onu da xüsusi olaraq bildirmək yerinə düşər ki, bu günlərdə dövlət başçısı ağır xəstəliyə düçar olmuş həmkarımız Nicat Dağların müalicə xərclərinin dövlət hesabına ödənilməsinə dair göstəriş verib. Beləliklə, atdığı bütün addımlar, imzaladığı hər bir Sərəncamla jurnalistlərin ən yaxın dostu olduğunu təsdiq edən Prezident İlham Əliyevin mətbuata verdiyi bu böyük dəyər təqdirəlayiqdir. Azərbaycan jurnalistləri də hər zaman Prezident İlham Əliyevin onları dost adlandırması ilə şərəf duyurlar. Və bu məqam Azərbaycan Jurnalistlərinin VI qurultayının iştirakçılarının dövlət başçısının müraciətində də öz əksini tapıb. Müraciətdə deyilir ki, ölkəmizdə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onların müstəqilliyinin inkişaf etdirilməsi, ictimai həyatın müxtəlif sahələrinə dair təşəbbüslərinin dəstəklənməsi, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması bizim etibarlı media mühitinə sahib olduğumuzu bir daha təsdiqləyir. Bildirilir ki, kütləvi informasiya vasitələri ilə hakimiyyət arasında mövcud dialoq mühitinin formalaşması dövlət başçısının mediaya həssas münasibətinizdən qaynaqlanır: “Azərbaycan jurnalistlərinin VI qurultayına ünvanladığınız təbrik məktubunda ifadəsini tapan istiqamətlərin hər biri bizim üçün böyük etimad nümunəsidir. Azərbaycan jurnalistlərinin ali məclisinin timsalında ölkə jurnalistikasına həssas yanaşdığınıza görə, Sizə dərin təşəkkürümüzü bildirir, Vətənimiz Azərbaycanın daha da çiçəklənməsinə yönəlmiş yorulmaq bilməyən fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayırıq”.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 Dekabr 14:24
Sosial
04 Dekabr 14:18
Dünya
04 Dekabr 14:17
İqtisadiyyat
04 Dekabr 13:25
Dünya
04 Dekabr 12:34
Gündəm
04 Dekabr 12:22
Dünya
04 Dekabr 12:10
Gündəm
04 Dekabr 11:56
Gündəm
04 Dekabr 11:45
Siyasət
04 Dekabr 11:30
İqtisadiyyat
04 Dekabr 11:28
İqtisadiyyat
04 Dekabr 11:27
Hadisə
04 Dekabr 11:27
Siyasət
04 Dekabr 11:13
Siyasət
04 Dekabr 10:59
Siyasət
04 Dekabr 10:38
Siyasət
04 Dekabr 10:37
İqtisadiyyat
04 Dekabr 10:36
Siyasət
04 Dekabr 10:28
İqtisadiyyat
04 Dekabr 10:17
MEDİA
04 Dekabr 09:55
Hadisə
04 Dekabr 09:50
Analitik
04 Dekabr 09:38
Siyasət
04 Dekabr 09:15
Analitik
04 Dekabr 08:51
Analitik
04 Dekabr 08:36
Sosial
04 Dekabr 08:13
Dünya
04 Dekabr 08:05
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:03
İqtisadiyyat
03 Dekabr 23:14
Dünya
03 Dekabr 22:48
Dünya
03 Dekabr 22:16
Dünya
03 Dekabr 21:54
Dünya
03 Dekabr 21:22
Dünya
03 Dekabr 20:51
İqtisadiyyat
03 Dekabr 20:19
İdman
03 Dekabr 19:45
Sosial
03 Dekabr 19:17
İdman
03 Dekabr 19:07
YAP xəbərləri
03 Dekabr 18:33
Xəbər lenti
03 Dekabr 17:36
Hərbi
03 Dekabr 17:36
YAP xəbərləri
03 Dekabr 17:22
Sosial
03 Dekabr 16:19
YAP xəbərləri
03 Dekabr 15:20
Hadisə
03 Dekabr 15:08
Sosial
03 Dekabr 15:06
Sosial
03 Dekabr 14:02
Xəbər lenti
03 Dekabr 13:38
İqtisadiyyat
03 Dekabr 12:40
Dünya
03 Dekabr 12:29
İdman
03 Dekabr 12:25
Sosial
03 Dekabr 12:23
Gündəm
03 Dekabr 11:59
Siyasət
03 Dekabr 11:45
Siyasət
03 Dekabr 11:40
İqtisadiyyat
03 Dekabr 11:39
Siyasət
03 Dekabr 11:29
Sosial
03 Dekabr 11:16
İqtisadiyyat
03 Dekabr 11:15
İqtisadiyyat
03 Dekabr 11:14
İqtisadiyyat
03 Dekabr 10:57
İqtisadiyyat
03 Dekabr 10:55
İqtisadiyyat
03 Dekabr 10:52
İqtisadiyyat
03 Dekabr 10:35
MEDİA
03 Dekabr 10:18
Analitik
03 Dekabr 09:57
Analitik
03 Dekabr 09:31

