Cəzaçəkmə müəssisələrində seçkilər uğurla başa çatıb
10.10.2013 [17:47]
Dünən müstəqil Azərbaycan dövlətində növbəti prezident seçkiləri keçirilib. Seçicilərin məntəqələrə aktiv axını ilə müşahidə olunan seçkidə Azərbaycan xalqı siyasi iradəsini nümayiş etdirərək səsini ən layiqli namizədə verib. Yeri gəlmişkən, dünən səsvermə prosesini izləmək məqsədilə bir sıra cəzaçəkmə müəssisələrində yaradılmış seçki məntəqələrində olduq.
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin qadın məhkumlar üçün 4 saylı cəzaçəkmə məntəqəsində yaradılmış 36 saylı Xətai 4-cü seçki dairəsinin 33 saylı seçki məntəqəsinin sədri Suğra Ramazanova bildirib ki, seçki məhkumların yüksək aktivliyi ilə müşahidə olunur. Siyahı üzrə 346 nəfərdən 343-ü qadın, 3 nəfər isə yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində saxlanılan və 18 yaşı tamam olmuş şəxslərdir.
Səs verənlərdən məhkum Sevinc Gözəlova (C.M-nin 178.3.2 maddəsi (dələduzluq) ilə məhkum olunan) bildirib ki, namizədlərin platforması ilə tanış olublar və bunun üçün onlara hər bir şərait yaradılıb. O, səsini xalqı işıqlı gələcəyə aparacaq, Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən İlham Əliyev cənablarına verdiyini deyib. İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövr ərzində respublikanın regionlarında iqtisadi inkişafının artırılması, əməkhaqları və təqaüdlərin yüksəldilməsi, sosial yardımların ayrılması Onun yalnız xalqın rifahının yaxşılaşdırılması üçün çalışdığının bariz nümunəsidir: “Hesab edirəm ki, Azərbaycan xalqına rəhbərlik edəcək şəxs, ölkəmizi beynəlxalq aləmdə layiqincə qoruya biləcək siyasətçi İlham Əliyev olmalıdır”.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində 18 saylı Nərimanov - Nizami Seçki Dairəsinin 32 saylı seçki məntəqəsində də məhkumların səsverməsi üçün hər cür şərait yaradılıb. Seçki məntəqəsinin sədri Elşad Əhmədov bildirib ki, məntəqədə səsvermə prosesi səhər saat 8:00-dan başlayıb və heç bir problem qeydə alınmayıb. O, deyib ki, məhkum seçicilər mütəşəkkil şəkildə səsvermədə iştirak edirlər.
Müstəqil müşahidəçi Rəşad Əliyev də bildirib ki, səsvermə prosesində hər hansı bir qanun pozuntusu və ya problem qeydə alınmayıb.
Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə 11 il azadlıqdan məhrum edilmiş və 4 il 9 ay məhkumluq həyatı yaşamış məhkum Kərəm Şükürov deyib ki, “Seçki Məcəlləsinin müvafiq maddələri ilə tanış edilmişik. Bizə heç bir təzyiq göstərilməyib və könüllü olaraq səsvermədə iştirak edirik”.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində yaradılmış 24 saylı Nizami Seçki Dairəsinin 33 saylı seçki məntəqəsində də seçkilər yüksək səviyyədə təşkil olunub. Seçki məntəqəsinin sədri Azər Səfərov bildirib ki, məhbuslar ruh yüksəkliyi ilə seçkidə iştirak edir və özlərinin layiq bildikləri namizədə səs verirlər. Məntəqə sədri həmçinin bildirib ki, məntəqədə səhər saat 8:00-dan səsvermə başlayıb və məhkumlar mütəşəkkil qaydada səs verirlər.
Müşahidəçi Orxan Kərimov bildirib ki, səsvermə prosesi zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb.
10 il azadlıqdan məhrum edilmiş və 5 il 4 ay məhkumluq həyatı yaşayan Fikrət Həsənovda (C.M-nin 182.3.2-ci (hədə qorxu gəlməklə pul tələbetmə maddəsi) deyib ki, cəzaçəkmə müəssisəsində bütün namizədlərin platforması ilə tanış olmağa şərait yaradılıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsində yaradılan 8 saylı Binəqədi I seçki dairəsinin 39 saylı seçki məntəqəsində də məhkumlar səsvermədə iştirak ediblər.
Seçki məntəqəsinin sədri Ataxan Bədəlov bildirib ki, cəzaçəkmə müəssisəsində namizədlər haqqında seçicilərə dolğun məlumat verilib. İctimai televiziyada yayınlanan teledebatlar cəzaçəkmə müəssisəsində göstərilib. Təbliğat-təşviqat kampaniyası güclü aparıldığından insanlar öz hüquqlarını yaxşı bilirlər. Və bu da təbii olaraq, seçkidə onların fəal iştirakına gətirib çıxarıb. Hər kəs könüllü şəkildə seçkidə iştirak edərək öz namizədinə səs verib. Seçki prosesi şəffaf şəkildə və qanun çərçivəsində həyata keçirilib.
Cəzaçəkmə müəssisəsində seçkiləri müşahidə edən Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin seçkiləri müşahidə missiyasının Belçikadan olan üzvü Racimira Vilyamas bildirib ki, Azərbaycanda məhkumların da səsvermə hüququndan istifadə etməsi, demokratiyanın ən yüksək göstəricisidir: “Azərbaycanda Pentensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində səsvermənin gedişini izlədim. Burada heç bir qanun pozuntusu ilə rastlaşmadım, səsvermənin keçirilməsi üçün hər cür şərait yaradılıb. Hətta məni təəccübləndirdi ki, Azərbaycanda məhkumlar da səsvermə hüququndan istifadə edə bilir. Bu, demokratiyanın ən yüksək göstəricisidir”.
Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə 13 il azadlıqdan məhrum edilmiş və 7 il 6 ay məhkumluq həyatı yaşamış Fətəli Şıxəliyev deyib ki, Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan İlham Əliyevin namizədliyini dəstəkləyir: “Alternativsiz lider İlham Əliyevin yenidən bu xalqa rəhbərlik etməsi, yalnız Azərbaycanın yeni-yeni uğurlara imza atmasına, eləcə də, beynəlxalq aləmdə nüfuzunun daha da yüksəlməsinə gətirib çıxaracaq. Onun dövlət başçısı olduğu illərdəki fəaliyyətini yüksək dəyərləndirir və Ona güvənirəm. Dünyanın böyük dövlətləri Azərbaycan adlı məmləkəti yaxşı tanıyır və qəbul edir. Allah İlham Əliyevə cansağlığı versin, Onu xalqına çox görməsin”.
Digər seçicilər də prezident seçkilərində iştiraklarını vacib hesab edərək öz müqəddəratlarını məhz elə özlərinin həll etməsi üçün seçki məntəqələrinə böyük həvəslə gəldiklərini bildirib, demokratik şəkildə təşkil olunan prosesdə məhz İlham Əliyevə səs verdiklərini fəxarət hissi ilə vurğulayıblar.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Siyasət
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23

