Azərbaycanda keçirilən prezident seçkiləri beynəlxalq standartlara tam cavab verir
10.10.2013 [17:50]
Seçkiləri izləyən beynəlxalq müşahidəçilər prosesin şəffaf, demokratik və ədalətli olduğunu söyləyirlər
Seçkilər hər bir ölkənin həyatında siyasi, mədəni, sosial və hüquqi nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Yəni, demokratik şəkildə baş tutan seçkilər siyasi sistemin elementlərinin təkmilləşməsinə, vətəndaşların siyasi iştirak və sosiallaşması səviyyəsinin artmasına, onların öz aktiv və passiv seçki hüquqlarından (seçmək və seçilmək hüququ) sərbəst şəkildə istifadə etməsinə, nəhayət, ictimai-siyasi institutların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artmasına real zəmin yaradır. Bütün bunlar isə kompleks şəkildə ölkənin siyasi sisteminin demokratikləşdirilməsi prosesinə mühüm töhfələr verməklə yanaşı, siyasi subyektlərin sağlam rəqabətini də təmin etmiş olur. Məhz buna görə də, siyasi sistemin və reallığın tələblərinə, qanunauyğunluqlarına müvafiq surətdə demokratiya yolunda addımlayan ölkələr, o cümlədən, Azərbaycan üçün seçkilərin legitim və demokratik şəkildə keçirilməsi müstəsna əhəmiyyət kəsb edir.
Qeyd etmək lazımdır ki, dünən ölkəmizdə keçirilmiş prezident seçkiləri yerli qanunvericiliyə və beynəlxalq standartlara tamamilə müvafiq olub. Ölkəmizə gəlmiş beynəlxalq müşahidəçilər də seçki prosesinin tam demokratik keçdiyini, hər hansı bir ciddi qanun pozuntusunun qeydə alınmadığını vurğulayıblar.
15 saylı Yasamal seçki dairəsinin 1, 4, 18 və 19 saylı, 16 saylı Yasamal seçki dairəsinin isə 6, 7, 8 və 26 saylı məntəqələrində müşahidə aparmış beynəlxalq müşahidəçilər “Yeni Azərbaycan” qəzetinə açıqlamalarında seçkilərin demokratiklik səviyyəsindən razı olduqlarını bildiriblər.
Pakistan Senatının Müdafiə və müdafiə sənayesi komitəsinin sədri, senator, Pakistan Müsəlman Liqasının baş katibi, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransındakı (İCAPP) və Mərkəzçi Asiya-Sakit okean Beynəlxalq Demokratlar (CAPDİ) təşkilatlarının Daimi Komitəsinin üzvü, təşkilatın xüsusi məruzəçisi Müşahid Hüseyn Seyid qeyd edib ki, Azərbaycanda seçkilərin tam demokratik keçirilməsi üçün lazımi şərait yaradılıb: “Müşahidələrim nəticəsində deyə bilərəm ki, Azərbaycanda prezident seçkiləri azad, ədalətli və demokratik qaydada keçirilir. Seçki prosesində beynəlxalq qaydalara tam əməl olunmaqdadır və hesab edirəm ki, beynəlxalq standartlara müvafiq seçkilərin keçirilməsi olduqca müsbət nümunədir”.
Senator əlavə edib ki, Azərbaycandakı seçkilərin digər bir müsbət özəlliyi odur ki, prezident seçkiləri tam stabil mühitin fonunda baş tutur: “İnsanlar sərbəst şəkildə-qanunlara müvafiq olaraq öz səsvermə hüquqlarından istifadə edirlər. Görünür ki, ictimai fəallıq olduqca yüksək səviyyədədir, seçicilər böyük maraqla bu prosesə qoşulublar”.
Müşahid Hüseyn Seyid onu da əlavə edib ki, müşahidə etdiyi seçki məntəqələrində hər hansı bir qanun pozuntusuna rast gəlməyib: “Seçicilər kifayət qədər maariflidirlər, öz hüquqlarını yaxşı bilirlər. Elə məntəqələrdə də tam demokratik, şəffaf mühit yaradılıb. Bir sözlə, Azərbaycanda seçkilərə maraq çox yüksəkdir”.
Beynəlxalq müşahidəçilərə seçkiləri obyektiv surətdə izləmək üçün əlverişli şəraitin yaradıldığını deyən M.Hüseyn Seyid əlavə edib ki, seçkiləri izləmək üçün kifayət qədər yerli və beynəlxalq müşahidəçilərin prosesə qoşulması müsbət və təqdirəlayiq haldır.
Digər bir beynəlxalq müşahidəçi - CAPDİ-nin Siyasi partiyalar üzrə icraçı direktoru Yasril Ananta Baharuddin isə qeyd edib ki, Azərbaycandakı seçkilər çox şəffafdır, proses olduqca sabit məcrada davam edir. “Bu sakitlik ölkə üçün yalnız müsbət bir amildir, buradakı poztiv əhval-ruhiyyənin, əlverişli şəraitin göstəricisidir. Seçkilər azad və ədalətli keçirilir” - deyə, o, vurğulayıb.
Müşahidəçi əlavə edib ki, seçkilərin demokratik standartlara və qanunlara müvafiq surətdə keçirilməsi Azərbaycanın bu prosesə yaxşı hazırlaşdığını göstərir: “Azərbaycan gənc ölkə olmasına baxmayaraq, demokratik inkişaf istiqamətində ciddi yol qət edib. Bu gün (dünən - red.) keçirilən seçkilər də bunu göstərir. Prosesin şəffaf olması, beynəlxalq standartlara söykənməsi tərəfimizdən yüksək qiymətləndirilir. Ümumiyyətlə, bütün prosedurlar hüquqi normalara, müvafiq qanunlara söykənir. Məntəqələrdə tam məqbul şərait yaradılmışdır. Seçicilərin fəallığına gəldikdə isə qeyd etmək istəyirəm ki, insanlar öz talelərinə biganə deyillər, məntəqələrə gələrək öz hüquqlarından sərbəst surətdə istifadə edirlər. Onu da qeyd edim ki, müşahidə prosesində heç bir qayda pozuntusuna rast gəlməmişəm”.
Beynəlxalq müşahidəçilərdən Türkiyənin Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkili, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Türk qrupunun sədri Yüksel Özden də seçkilərin tam demokratik və şəffaf keçirildiyini qeyd edib: “Səsvermənin gedişində hər hansı qanun pozuntusuna rast gəlməmişəm. Səsverməyə gələnlərdən də hər hansı bir şikayət almamışıq. Seçkilərin təşkilatçılığı və seçicilərin fəallığı yüksək səviyyədədir”.
Yüksel Özden əlavə edib ki, seçkilərdə kifayət qədər beynəlxalq müşahidəçi iştirak edir ki, bu da seçkinin demokratikliyinə dəlalət edir: “Müşahidə apardığım məntəqələrdə hər bir prosedurun demokratik standartlara cavab verdiyini görürəm. Seçicilər prezident seçkilərinə böyük maraq göstərirlər. Yerli və beynəlxalq müşahidəçilərin də prosesdə aktiv iştirak etdiyini qeyd etmək istəyirəm. Bütövlükdə, proses olduqca şəffafdır”.
Türkiyənin Ədalət və İnkişaf Partiyasından (AKP) olan digər millət vəkili, beynəlxalq müşahidəçi Gülay Dalyan isə bunları deyib: “Səsvermənin gedişi tam normaldır, demokratik normalara cavab verir. Səsvermə proseduru olduqca təkmildir, Azərbaycanda mütərəqqi seçki proseduru mövcuddur. Seçicilər sərbəst şəkildə özlərinin səsvermə hüququndan istifadə edirlər, onlara qarşı hər hansı bir qanun pozuntusu müşahidə etməmişəm”.
Millət vəkili onu da əlavə edib ki, seçki prosesinin gedişini müsbət dəyərləndirmək tam ədalətli olar. “Seçki komissiyalarının üzvlərinin fəaliyyətini də müsbət qiymətləndirirəm. Müşahidə olunur ki, onlar seçkilərin təşkilinə dair təlimləri tam mənimsəyiblər. Bir sözlə, seçkilərin keçirilmə səviyyəsi və demokratikliyini yüksək qiymətləndirirəm” - deyə, Gülay Dalyan əlavə edib.
Türkiyənin Ədalət və İnkişaf Partiyasından (AKP) olan daha bir millət vəkili, beynəlxalq müşahidəçi Sevim Savaşer də öz növbəsində seçki prosesini yüksək qiymətləndirib. Onun sözlərinə görə, seçkilərin beynəlxalq standartlara müvafiq surətdə keçirilməsi müsbət təcrübədir və prosesin demokratikliyinə dəlalət edir. Bildirib ki, vətəndaşlar seçkidə aktiv iştirak edirlər və görünən odur ki, seçkilərə maraq böyükdür. Hər hansı bir qanun pozuntusuna rast gəlmədiyini deyən Sevim Savaşer əlavə edib ki, müşahidəçilərə yaradılan şərait də müsbət qiymətləndirilməlidir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Gündəm
20 Yanvar 20:35
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

