/ / İnformasiya Texnologiyaları İnstitutunun Elektron Kitabxanasının və Elmi Tədqiqatlar Mərkəzinin açılışı olub
İnformasiya Texnologiyaları İnstitutunun Elektron Kitabxanasının və Elmi Tədqiqatlar Mərkəzinin açılışı olub
05.12.2014 [10:05]
Dekabrın 4-də AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elektron Kitabxana Mərkəzinin və Elmi Tədqiqatlar Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə institutun müasir standartlar səviyyəsində qurulmuş Tədris-İnnovasiya və Distant Tədris mərkəzlərində olublar. İnstitutun direktoru, akademik Rasim Əliquliyev hər iki mərkəzin fəaliyyəti haqqında məlumat verib. İKT biliklərinin əldə edilməsi, informatikanın tədrisi məsələlərinin təşkili istiqamətində görülən işlərin, dövrün tələblərinə cavab verən gənc kadrların hazırlanmasının əhəmiyyətini vurğulayan direktor innovativ tədrisin təşkili, milli kadr hazırlığı siyasətinin uğurla həyata keçirilməsi istiqamətində məqsədyönlü iş aparıldığını bildirib. Qeyd olunub ki, Tədris-İnnovasiya Mərkəzində respublikanın müxtəlif elmi-tədqiqat və təhsil müəssisələrini təmsil edən tədqiqatçıların müasir informasiya texnologiyaları üzrə biliklərə yiyələnməsi üçün hər cür şərait yaradılıb.
Sonra AMEA-nın prezidenti Akif Əlizadə Elektron Kitabxana Mərkəzinin açılışını bildirən rəmzi lenti kəsib. İştirakçılar elektron kitabxana ilə, burada yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, kitabxana ən müasir texniki avadanlıqlarla təchiz edilib. Burada resursların identifikasiyası, oxucuların özünəxidməti həyata keçirə bilməsi üçün 3M texnologiyası quraşdırılıb. Sifarişlərin idarə olunması, müxtəlif tərkibli hesabatların hazırlanması məqsədilə “Exlibris” şirkətinin Alephino Kitabxana İdarəetmə Sistemi tətbiq edilir. Resursların təsnifatı və predmetləşdirilməsi ABŞ Konqres Kitabxanasının təsnifat sistemi ilə həyata keçirilir.
Daha sonra institutun Elmi Tədqiqatlar Mərkəzinin açılışı olub. Akademik Rasim Əliquliyev Mərkəzdə fəaliyyət göstərən şöbələrin elmi fəaliyyət istiqamətləri haqqında məlumat verərək bildirilib ki, mərkəzdə informasiya cəmiyyətinin elmi-nəzəri problemləri, internetşünaslığın multidistiplinar aspektləri, informasiya təhlükəsizliyi, informasiya iqtisadiyyatının, e-elmin formalaşması problemləri və digər sahələrdə elmi araşdırmalar aparılır.
Qonaqlar institutun yüksək texnologiyalarla və müasir avadanlıqlarla təchiz olunmasını, əməkdaşlar üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər.
Mərasimdə rabitə və yüksək texnologiyalar naziri akademik Əli Abbasov, təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın vitse-prezidentləri akademik İbrahim Quliyev və akademik İsa Həbibbəyli, Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayev, habelə KİV nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39

