Bakıda “Kitabi-Dədə Qorqud və Fridrix fon Dits-200” Beynəlxalq Kollekviumu keçirilib
31.01.2015 [12:15]
Dünən Bakı Beynəxlaq Multikulturalizm Mərkəzində “Kitabi - Dədə Qorqud və Fridrix fon Dits - 200” Beynəlxalq Kollekviumu öz işinə başlayıb. Beynəlxalq tədbir Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi olan Oğuz türk dastanı - “Kitabi - Dədə Qorqud”un alman şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümünə həsr olunub.
Tədbirdə bir sıra dövlətlərin tanınmış elm adamları, araşdırmaçıları və folklorşünasları, o cümlədən, Azərbaycanın milli və dini icmalarının nümayəndələri - xristian, katolik, udin, alman, yəhudi və başqa icmaların rəhbərləri, elm xadimlərimiz iştirak ediblər.
Kollekviumu açıq elan edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev qonaqları salamlayaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi haqqında məlumat verib. Bu mərkəzin ölkəmizdə bərqərar olan tolerantlığın, multikulturalizmin, dözümlülüyün dünyaya tanıdılmasında böyük rolu olacağına inandığını bildirən K.Abdullayev keçirilən Beynəlxalq Kollekviumun da əhəmiyyətindən bəhs edib. Qeyd edilib ki, Azərbaycan xalqının şifahi xalq ədəbiyyatının incisi olan “Kitabi Dədə-Qorqud” dastanı tarixi irsimizin canlı salnaməsidir. Bu dastanın geniş təbliği, təşviqi, Dədə Qorqud irsinin daha dərindən öyrənilməsi, o cümlədən, öyrədilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1950-ci ildə pantürkizmi təbliğ edən ideologiyanın daşıyıcısı kimi yasaqlanmış “Kitabi-Dədə Qorqud” 1957-ci ildə yenidən tədqiqata cəlb olunub. 1975-ci ildə Heydər Əliyevin tapşırığına əsasən, “Dədə Qorqud” bədii filmi çəkilib. Heydər Əliyev 1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi haqqında Fərman və 1999-cu il fevralın 21-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında” Sərəncam imzalayıb. Növbəti Fərman isə 2000-ci ildə “Bakıda Dədə Qorqud heykəlinin ucaldılması və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması” haqqında verilib.
K.Abdullayev Prezident İlham Əliyevin də bu ənənəni davam etdirdiyini söyləyib. Qeyd edilib ki, dövlət başçısı 2007-ci ildə “Dədə Qorqud” heykəli və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədi ilə Sərəncam imzalayıb. 2013-cü ildə Dədə Qorqud parkı salınıb və “Kitabi-Dədə Qorqud” abidəsi ucaldılıb. Abidənin açılış mərasimində cənab Prezident dastanı Azərbaycan xalqının milli sərvəti adlandıraraq qeyd edib ki, hər bir azərbaycanlı üçün əziz olan bu əsərdə xalqımızın keçmiş həyat tərzi, məişəti, psixologiyası əks olunub. Həmin il ölkə Prezidentinin Sərəncamı ilə “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilişlərinə maliyyə ayrılması tapşırılıb.
K.Abdullayev bildirib ki, 1815-ci ildə o zamankı Prussiyanın Osmanlı imperiyasındakı ilk səfiri Fridrix fon Ditsin “Kitabi-Dədə Qorqud” dastanının “Təpəgöz” boyunu alman dilinə tərcümə edərək çap etdirməsi bu dastanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmasına, təbliğinə yol açıb. Keçirilən Kollekviumu filoloji bayram adlandıran akademik vurğulayıb ki, “Kitabi-Dədə Qorqud” dastanı bütün dünyada əvəzsiz bir ədəbiyyat incisi sayılır.
Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli də keçirilən tədbirin əhəmiyyətindən bəhs edib. “Kitabi-Dədə Qorqud”u dünyada şifahi xalq ədəbiyyatının zirvəsi adlandıran akademik dastanda baş verən hadisələrin cərəyan etdiyi coğrafi ərazilərin daha çox Azərbaycan ərazisinə aid olduğunu söyləyib. Dastanda qeyd edilən coğrafi adların Azərbaycana məxsus olduğunu söyləyən İ.Həbibbəyli “Kitabi-Dədə Qorqud”u milli simvolumuz adlandırıb.
AMEA Dilçilik İnstitutunun direktoru Tofiq Hacıyev də çıxışında “Kitabi-Dədə Qorqud” irsinin öyrənilməsində, təbliğində Ulu öndər Heydər Əliyevin xidmətlərindən danışıb. Milli ədəbi sərvətimiz olan dastanın dünyaya tanıdılmasında Ulu öndərin “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi ilə bağlı imzalanan Sərəncamın həlledici rol oynadığını söyləyən T.Hacıyev bu fəaliyyətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Keçirilən beynəlxalq tədbiri də Dədə Qorqud irsinin tanıdılması yönündə uğurlu addım adlandıran akademik gələcək illərdə belə tədbirlərin daha da intensivləşəcəyinə ümidvar olduğunu bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar “Kitabi-Dədə Qorqud” irsini araşdıran xarici araşdırmaçılara öz təşəkkürünü bildirib. Xalq yazıçısı bildirib ki, məhz Ulu öndərin səyi nəticəsində “Dədə Qorqud” filmi çəkildi və Azərbaycan ictimaiyyəti yalnız dərsliklərdən oxuduğu dastanla yaxından tanış olmaq imkanı qazandı. Keçirilən tədbirin işinə uğurlar arzulayan Anar dastanın sərhədlərimizdən kənarda tanıdılması istiqamətində mühüm addımların atıldığını söyləyib.
Daha sonra çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, o cümlədən, xarici qonaqlar da “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı fikirlərini bölüşüblər.
Çıxış edən Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov “Kitabi-Dədə Qorqud” dastanında adı çəkilən toponimlərin Dağlıq Qarabağ ərazisində, bəzilərinin isə Xocavənd rayonunda olduğunu bildirib. Dastanın personajlarından Qaraca Çobanla bağlı toponimlərin, onun yaşadığı ərazinin Xocavənd ərazisindəki Nərgiztəpə adlanan ərazidə olduğunu bildirən icra hakimiyyətinin başçısı “Kitabi-Dədə Qorqud”la bağlı tədbirlərin məhz o regionlarda keçirilməsi arzusunu dilə gətirib. Tədbirdə “Kitabi-Dədə Qorqud” irsinə həsr edilmiş film nümayiş etdirilib. Vurğulayaq ki, Kollekvium dünən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda və Bakı Slavyan Universitetində davam etdirilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
04 Dekabr 15:42
İqtisadiyyat
04 Dekabr 14:24
Sosial
04 Dekabr 14:18
Dünya
04 Dekabr 14:17
İqtisadiyyat
04 Dekabr 13:25
Dünya
04 Dekabr 12:34
Gündəm
04 Dekabr 12:22
Dünya
04 Dekabr 12:10
Gündəm
04 Dekabr 11:56
Gündəm
04 Dekabr 11:45
Siyasət
04 Dekabr 11:30
İqtisadiyyat
04 Dekabr 11:28
İqtisadiyyat
04 Dekabr 11:27
Hadisə
04 Dekabr 11:27
Siyasət
04 Dekabr 11:13
Siyasət
04 Dekabr 10:59
Siyasət
04 Dekabr 10:38
Siyasət
04 Dekabr 10:37
İqtisadiyyat
04 Dekabr 10:36
Siyasət
04 Dekabr 10:28
İqtisadiyyat
04 Dekabr 10:17
MEDİA
04 Dekabr 09:55
Hadisə
04 Dekabr 09:50
Analitik
04 Dekabr 09:38
Siyasət
04 Dekabr 09:15
Analitik
04 Dekabr 08:51
Analitik
04 Dekabr 08:36
Sosial
04 Dekabr 08:13
Dünya
04 Dekabr 08:05
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:03
İqtisadiyyat
03 Dekabr 23:14
Dünya
03 Dekabr 22:48
Dünya
03 Dekabr 22:16
Dünya
03 Dekabr 21:54
Dünya
03 Dekabr 21:22
Dünya
03 Dekabr 20:51
İqtisadiyyat
03 Dekabr 20:19
İdman
03 Dekabr 19:45
Sosial
03 Dekabr 19:17
İdman
03 Dekabr 19:07
YAP xəbərləri
03 Dekabr 18:33
Xəbər lenti
03 Dekabr 17:36
Hərbi
03 Dekabr 17:36
YAP xəbərləri
03 Dekabr 17:22
Sosial
03 Dekabr 16:19
YAP xəbərləri
03 Dekabr 15:20
Hadisə
03 Dekabr 15:08
Sosial
03 Dekabr 15:06
Sosial
03 Dekabr 14:02
Xəbər lenti
03 Dekabr 13:38
İqtisadiyyat
03 Dekabr 12:40
Dünya
03 Dekabr 12:29
İdman
03 Dekabr 12:25
Sosial
03 Dekabr 12:23
Gündəm
03 Dekabr 11:59
Siyasət
03 Dekabr 11:45
Siyasət
03 Dekabr 11:40
İqtisadiyyat
03 Dekabr 11:39
Siyasət
03 Dekabr 11:29
Sosial
03 Dekabr 11:16
İqtisadiyyat
03 Dekabr 11:15
İqtisadiyyat
03 Dekabr 11:14
İqtisadiyyat
03 Dekabr 10:57
İqtisadiyyat
03 Dekabr 10:55
İqtisadiyyat
03 Dekabr 10:52
İqtisadiyyat
03 Dekabr 10:35
MEDİA
03 Dekabr 10:18
Analitik
03 Dekabr 09:57

