/ / “Televiziya və radio yayımı haqqında” Qanunda dəyişikliklər milli informasiya məkanımızın təhlükəsizliyini təmin edəcək
“Televiziya və radio yayımı haqqında” Qanunda dəyişikliklər milli informasiya məkanımızın təhlükəsizliyini təmin edəcək
07.04.2015 [10:01]
Mütəxəssislər hesab edirlər ki, bu dəyişikliklər yayımçı şirkətlərin məsuliyyətini artırmaqla, televiziya və radio sahəsində daha peşəkar və ictimai maraqlara xidmət edən yayımın təşkilini də şərtəndirir
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 3-də “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1213-IVQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb. Qanuna edilən dəyişikliklərə əsasən, teleradio yayımçısı istifadə haqqını müəyyənləşdirilmiş müddətdə ödəməzsə, müvafiq icra hakimiyyəti orqanı xüsusi razılığın (lisenziyanın) qüvvəsinin istifadə haqqı ödənilənədək dayandırılması barədə teleradio yayımı sahəsində müvafiq dövlət orqanına müraciət edir. Buna qədər isə yayımçı sözügedən məsələnin həlli ilə bağlı məhkəmə qarşısında iddia qaldırırdı.
Xüsusi razılığa hansı hallarda xitam verilə bilər?
Bundan başqa, qanunun 23-cü maddəsi yeni redaksiyada təqdim olunur. Dəyişikliklərə əsasən, teleradio yayımçıları lisenziyanın qayda və şərtlərini və ya bu Qanunun tələblərini pozduqda, lisenziyanın qüvvəsi və ya hər hansı proqramın yayımı teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə bir ayadək müddətə müvəqqəti dayandırılır. Yeni dəyişikliklərdə, lisenziyanın qüvvəsinə hansı hallarda xitam verilə biləcəyi ilə bağlı məsələlər də öz əksini tapır. Qeyd olunur ki, xüsusi razılığın (lisenziyanın) sahibi həmin məqsədlə ərizə təqdim etdikdə, lisenziya yayımçının bilərəkdən təqdim etdiyi həqiqətə uyğun olmayan məlumatlar əsasında alındıqda, yayım lisenziya alındıqdan sonra altı ay müddətində həyata keçirilmədikdə, xüsusi razılıq müəyyən edilmiş yayım zonası bir il müddətində tam təmin edilmədikdə, lisenziyanın sahibinin müflisləşməsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduqda, teleradio yayımı texniki cəhətdən mümkün olmadıqda, yayım ardıcıl olaraq 30 gün və ya bir il ərzində 60 gün əsassız həyata keçirilmədikdə, yayımçı bir il müddətində azı üç dəfə teleradio yayımı sahəsində məsuliyyətə cəlb edildikdə, lisenziyanın sahibi olan hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs vəfat etdikdə teleradio sahəsində müvafiq dövlət orqanının qərarı ilə lisenziyanın qüvvəsinə xitam verilə bilər.
Milli təhlükəsizlik məsələlərində televiziya və radio yayımçılarının məsuliyyətini artırmağa yönəlmiş əsaslı addım
Bundan başqa, xüsusi ilə əhəmiyyətli məsələlərdən biri də qanunda əksini tapan dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar teleradio yayımçısı tərəfindən müdafiə olunduqda və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda, xüsusi razılığın qüvvəsinə teleradio yayımı sahəsində müvafiq dövlət orqanının iddiası əsasında məhkəmənin qərarı ilə xitam verilə biləcəyi ilə bağlı edilən dəyişiklikdir. Bu, həm informasiya təhlükəsizliyinin təmin olunmasına xidmət edən mühüm dəyişiklik, həm də ümumiyyətlə, milli təhlükəsizlik məsələlərində televiziya və radio yayımçılarının məsuliyyətini artırmağa yönəlmiş əsaslı addımdır.
Bildiyimiz kimi, müasir dövrdə medianın ən mühüm funksiyalarından biri də milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdir. Təsadüfi deyil ki, 2014-cü il avqust ayının 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında keçirilən dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsində də bu fikir xüsusi olaraq vurğulanmışdı ki, vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin başlıca prinsiplərini təşkil etməlidir. KİV-lər cəmiyyətdə, xüsusilə gənc nəsil arasında Vətənə sevgi hissləri, insanlara mənəvi saflıq aşılamalı, onlarda əsl vətəndaşlıq mövqeyinin formalaşmasına dəyərli töhfəsini verməlidir. Lakin bir sıra kütləvi informasiya vasitələrinin, xüsusən də sosial medianın fəaliyyətinin funksionallığı bəzi hallarda bilərəkdən, yaxud bilməyərəkdən milli maraqlara qarşı yönəldilən bir vasitə kimi çıxış edir. Ona görə də, xüsusən hərbi-ekstremal vəziyyətdə medianın fəaliyyətinin nizamlanması günün əsas çağırışlarından biridir.
Dəyişikliklər bu sahədə fəaliyyətin təkmilləşdirilməsi məqsədi daşıyır
Yuxarıda sadalananlardan da göründüyü kimi, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliklər bu sahədə fəaliyyətin təkmilləşdirilməsi məqsədi daşıyır. Bu dəyişikliklər, həmçinin, yayımçı şirkətlərin məsuliyyətini artırmaqla, televiziya və radio sahəsində daha peşəkar və ictimai maraqlara xidmət edən yayımın təşkilini də şərtəndirir.
Əlbəttə, Azərbaycan demokratik dəyərlərə sədaqət nümayiş etdirən bir dövlət kimi söz və məlumat azadlığının tam təmin olunmasını, müstəqil kütləvi informasiya vasitələrinin inkişafını özünün prioritetlərindən biri elan edib. Heç də təsadüfi deyil ki, ölkə Konstitusiyasında fikir və söz azadlığının təminatı məsələsi təsbit olunub, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var və kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə dövlət tərəfindən təminat verilir.
Eyni zamanda, KİV-in maddi texniki bazasının gücləndirilməsi üçün də dövlət tərəfindən çox effektiv addımlar atılmaqdadır. Bu tədbirləri həyata keçirərkən isə o qədər ciddi və ölçülmüş addımlar atılır ki, KİV-in müstəqilliyinə xələl gəlməsin və onlar üçün həqiqi müstəqil maliyyələşmə, idarəçilik mühiti yaradılmasına nail olunsun.
Bununla belə, bəzən yaradılan şəraitdən sui-istifadə hallarına rast gəlirik ki, bunlar da həm dövlətin elan etdiyi başlıca prinsip və gözləntilərinə, həm də vətəndaşların mənafeyinə uyğun gəlmir. Bəzən hansısa televiziya kanalı, ya da radio lisenziya alarkən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Bu zaman ona qarşı hər hansı bir tədbirin həyata keçirilməsi zərurəti yaranır. Amma bu günə qədər bəzən teleradio yayımçılığı sahəsində müvafiq dövlət qurumunun lazımi tədbirlər görməsi ilə bağlı müəyyən problemlər ortaya çıxırdı. Ona görə də, qanuna edilən dəyişikliklər bu halların aradan qaldırılması üçün hüquqi sferada geniş imkanlar yaradacaq.
Sirr deyil ki, bəzi hallarda KİV fəaliyyəti ilə bağlı qanunlara dəyişikliklər olanda müəyyən qruplar məqsədli şəkildə məsələni manipulyasiyaya məruz qoyur, əslində KİV-in fəaliyyətinin daha yüksək standartlarla təminatına xidmət edən bu dəyişiklikləri qeyri-adekvat şəkildə təqdim edirlər. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanda bütün kütləvi informasiya vasitələrinin inkişafının təminatçısı Azərbaycan dövlətidir. Bununla bağlı qəbul olunmuş qərarlar, atılmış addımlar bu istiqamətdə kifayət qədər təsirli rol oynayıb. Eyni zamanda, dövlət bu sahədə qarşıya çıxan nöqsanların aradan qaldırılmasına da məsuliyyət daşıyır. Bu baxımdan, müvafiq qanunvericiliyi pozan, ictimai və dövlət maraqlarına qarşı fəaliyyət göstərən istənilən subyektə, o cümlədən də, kütləvi informasiya vasitəsinə qarşı hüquqi tədbirlərin görülməsi tamamilə məntiqlidir. Ona görə də, mütəxəssislər bu dəyişiklikləri doğru hesab etməklə bərabər, bu addımın radio və televiziya fəaliyyəti sahəsində daha peşəkar fəaliyyəti təşviq edəcəyinə əminliklərini ifadə edirlər.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 Dekabr 13:25
Dünya
04 Dekabr 12:34
Gündəm
04 Dekabr 12:22
Dünya
04 Dekabr 12:10
Gündəm
04 Dekabr 11:56
Gündəm
04 Dekabr 11:45
Siyasət
04 Dekabr 11:30
İqtisadiyyat
04 Dekabr 11:28
İqtisadiyyat
04 Dekabr 11:27
Hadisə
04 Dekabr 11:27
Siyasət
04 Dekabr 11:13
Siyasət
04 Dekabr 10:59
Siyasət
04 Dekabr 10:38
Siyasət
04 Dekabr 10:37
İqtisadiyyat
04 Dekabr 10:36
Siyasət
04 Dekabr 10:28
İqtisadiyyat
04 Dekabr 10:17
MEDİA
04 Dekabr 09:55
Hadisə
04 Dekabr 09:50
Analitik
04 Dekabr 09:38
Siyasət
04 Dekabr 09:15
Analitik
04 Dekabr 08:51
Analitik
04 Dekabr 08:36
Sosial
04 Dekabr 08:13
Dünya
04 Dekabr 08:05
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:03
İqtisadiyyat
03 Dekabr 23:14
Dünya
03 Dekabr 22:48
Dünya
03 Dekabr 22:16
Dünya
03 Dekabr 21:54
Dünya
03 Dekabr 21:22
Dünya
03 Dekabr 20:51
İqtisadiyyat
03 Dekabr 20:19
İdman
03 Dekabr 19:45
Sosial
03 Dekabr 19:17
İdman
03 Dekabr 19:07
YAP xəbərləri
03 Dekabr 18:33
Xəbər lenti
03 Dekabr 17:36
Hərbi
03 Dekabr 17:36
YAP xəbərləri
03 Dekabr 17:22
Sosial
03 Dekabr 16:19
YAP xəbərləri
03 Dekabr 15:20
Hadisə
03 Dekabr 15:08
Sosial
03 Dekabr 15:06
Sosial
03 Dekabr 14:02
Xəbər lenti
03 Dekabr 13:38
İqtisadiyyat
03 Dekabr 12:40
Dünya
03 Dekabr 12:29
İdman
03 Dekabr 12:25
Sosial
03 Dekabr 12:23
Gündəm
03 Dekabr 11:59
Siyasət
03 Dekabr 11:45
Siyasət
03 Dekabr 11:40
İqtisadiyyat
03 Dekabr 11:39
Siyasət
03 Dekabr 11:29
Sosial
03 Dekabr 11:16
İqtisadiyyat
03 Dekabr 11:15
İqtisadiyyat
03 Dekabr 11:14
İqtisadiyyat
03 Dekabr 10:57
İqtisadiyyat
03 Dekabr 10:55
İqtisadiyyat
03 Dekabr 10:52
İqtisadiyyat
03 Dekabr 10:35
MEDİA
03 Dekabr 10:18
Analitik
03 Dekabr 09:57
Analitik
03 Dekabr 09:31
Analitik
03 Dekabr 09:16
Analitik
03 Dekabr 08:59
Sosial
03 Dekabr 08:36

