Tahir Budaqov: Ölkədə milli iqtisadiyyatın gücləndirilməsi üçün sistemli tədbirlər görülür
09.02.2016 [09:45]
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov fevralın 8-də Tərtərdə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, İcra Hakimiyyəti aparatının, ərazi nümayəndəliklərinin işçilərinin, bələdiyyə sədrlərinin, ictimaiyyət nümayəndələrinin, o cümlədən sahibkarların iştirak etdikləri görüşdə Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində qarşıya qoyulan vəzifələr barədə ətraflı söhbət aparılıb.
Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov son illər, o cümlədən ötən il rayonda qazanılan sosial-iqtisadi uğurları konkret faktlarla diqqətə çatdırıb, bu cür görüşlərin iqtisadiyyatın ayrı-ayrı sahələrinin potensial imkanlarının araşdırılmasında xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Milli Məclisin deputatı Sahib Alıyev dövlətimizin başçısının qarşıya qoyduğu konkret vəzifələrdən, sahibkarlığın inkişafı ilə əlaqədar həyata keçirilən tədbirlərdən danışıb. Deputat qeyri-neft sektorunun inkişafı, iş adamlarına hərtərəfli dəstək göstərilməsi, sahibkarlığın inkişafına mane olan amillərin aradan qaldırılması ilə əlaqədar həyata keçirilən tədbirlərdən danışaraq, Apelyasiya şuralarının yaradılması barədə Azərbaycan Prezidentinin fərmanlarının məhz sahibkarların hüquqlarının müdafiəsində mühüm rol oynayacağını vurğulayıb.
Görüşdə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov çıxış edərək, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin verdiyi konkret tapşırıqlar və qarsıya qoyduğu vəzifələrdən danışıb. Komitə sədri dünyada iqtisadi böhranın dərinləşdiyini, geosiyasi risklərin artdığını, enerji bazarındakı qeyri-sabitliyi diqqətə çatdıraraq, ölkəmizdə milli iqtisadiyyatın dayanıqlığının gücləndirilməsi üçün sistemli tədbirlərin həyata keçirildiyini vurğulayıb. T.Budaqov dünyada baş verən iqtisadi böhranın əslində siyasi amillərin, ikili standartların nəticəsi olduğunu qeyd edib, bu cür proseslərə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadi inkişafa nail olunduğunu bildirib.
Vurğulanıb ki, Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində yaradılan siyasi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar və görülən qabaqlayıcı tədbirlər, iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın azaldılması, sahibkarlığın inkişafı və sair ölkə iqtisadiyyatının mənfi təsirlərə qarşı dayanaqlığını təmin edib.
Son illər Azərbaycanın böyük inkişaf yolu keçdiyini deyən komitə sədri, gəlirlərin azalmasına baxmayaraq, bir sıra sahələrdə əmək haqlarının, pensiyaların artırıldığını diqqətə çatdırıb, həyata keçirilən sosial layihələri konkret faktlarla sadalayıb.
Qeyri-neft sektorunun inkişafı ilə əlaqədar Prezident İlham Əliyevin tapşırıqlarından və bu istiqamətdə gördüyü məqsədyönlü tədbirlərdən danışan T.Budaqov bölgələrdə ayrı-ayrı sahələrin, xüsusilə aqrar sektorun, emal sənayesinin potensial imkanlarından bəhs edib, iqtisadiyyatın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, bunun üçün bütün səylərin birləşdirilməsinin zəruriliyini vurğulayıb.
Komitə sədri, ümumiyyətlə, özəl bölmənin inkişafı istiqamətində görülən işlərin, xüsusilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, investisiyaların təşviqi, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə əlaqədar dövlətimizin başçısı tərəfindən qəbul edilən qərarların bu sahənin inkişafında mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
“Əlbəttə, dünyanı bürüyən və Azərbaycandan da təsirsiz ötüşməyən iqtisadi böhran şəraitində həyata keçirilən sosial-iqtisadi strategiya bir amala, bir məqsədə xidmət edir ki, bunun da mərkəzində insanlarımızın rifahının yaxşılaşdırılması, onların sosial qayğılarının təmin olunması dayanır”, - deyən T.Budaqov ölkəmizdə, o cümlədən Tərtərdə həyata keçirilən sosial layihələrdən də bəhs edib.
Görüşdə sahibkarlar rayonda iqtisadiyyatın ayrı-ayrı sahələrinin, o cümlədən pambıqçılığın, heyvandarlığın, taxılçılığın inkişafı, emal müəssisələrinin yaradılması ilə bağlı təkliflərlə çıxış ediblər. Məruzə və çıxışlarda səsləndirilən təkliflər ətrafında geniş müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54
Siyasət
19 Yanvar 13:47
YAP xəbərləri
19 Yanvar 13:27
Sosial
19 Yanvar 12:34
Dünya
19 Yanvar 12:33
Dünya
19 Yanvar 12:26
Sosial
19 Yanvar 12:21
YAP xəbərləri
19 Yanvar 12:01
İqtisadiyyat
19 Yanvar 12:00
İqtisadiyyat
19 Yanvar 11:59
Hadisə
19 Yanvar 11:59
Dünya
19 Yanvar 11:45
Dünya
19 Yanvar 11:19
Sosial
19 Yanvar 11:14
Dünya
19 Yanvar 10:54
Dünya
19 Yanvar 10:20
Dünya
19 Yanvar 10:09
Dünya
19 Yanvar 09:41
Sosial
19 Yanvar 09:18
Sosial
19 Yanvar 08:56
Dünya
19 Yanvar 08:22
Dünya
19 Yanvar 08:10
Sosial
19 Yanvar 08:03
Dünya
19 Yanvar 07:45
Elm
18 Yanvar 23:32
Hadisə
18 Yanvar 22:15

