Avropanın müdafiə “qorxusu” NATO dağılacağı təqdirdə...
12.09.2024 [09:20]
Tramp ABŞ-ı Alyansdan çıxarsa, “köhnə qitə” “B” planına keçəcək
Bu ilin noyabrında ABŞ-da baş tutacaq prezident seçkiləri Avropa qitəsində də diqqətlə izlənir. Çünki bu seçki bir sıra məziyyətlərinə görə əvvəlkilərdən seçilir - namizədlərin xarici siyasət kursu ilə bağlı fərqli düşüncələri, qlobal məsələlərə yanaşmada bir-birinə zidd mövqeləri, hətta müttəfiqlərə münasibətdə belə birmənalı olmayan rəylər “köhnə qitə” üçün düşündürücüdür - hazırda Ağ Evin gələcək sahibinin Avropadan nə istəyəcəyindən çox, Avropaya nə verəcəyi müzakirə edilir.
Məsələlərin əsas nüvəsində isə hər zaman olduğu kimi təhlükəsizlik amili çıxış edir. Ümumən Qərbin hərbi çətiri sayılan NATO-nun gələcək taleyi də müəyyən qismdə bu seçkilərdən asılıdır. Bununla yanaşı, “köhnə qitə”nin özündə də ordu və təhlükəsizlik məsələsi ilə bağlı illərdir davam edən “xətdən çıxmalar” daha da intensiv şəkildə gözə dəyir. NATO-nun Baş katibi Yens Stoltenberqin öz kürsüsünü bu ilin oktyabrında Niderlandın keçmiş baş naziri Mark Ruttenə təslim eedəcəyi qurum daxilində “mərkəzəqaçma” siyasətini daha da gücləndirə bilər...
70 il əvvəl də Fransa təklif etmişdi...
Mütəmadi şəkildə gündəmə gətirilən Avropa ordusu ideyası ilk dəfə 1950-ci ildə ortaya çıxıb. Bu, Fransanın Şimali Atlantika Müqaviləsi imzalanmasından bir il sonrakı mövqeyi idi - çünki o dövrdə müqavilə hər hansı hərbi strukturların yaradılmasını nəzərdə tutmurdu. Şimal Alyansının hərbiləşməsi 1950-ci illərin əvvəllərindən etibarən ABŞ-ın NATO silahlı qüvvələrinin yaradılması zərurətini ortaya atması ilə gerçəkləşmişdi. Üstəlik, o dövrdə Mərkəzi Avropanın əsas dövlətlərindən sayılan Almaniya Federativ Respublikası hələ NATO üzvü olmasa da, bu ölkənin potensialının nəzərə alınması planlaşdırılırdı - güman edilirdi ki, Qərbi Almaniyanın NATO ordusuna qoşulması üçün ən azı on diviziyası formalaşmalıdır. Bu isə, təbii olaraq Almaniya işğalından təzəcə yaxasını qurtarmış Fransanın kəskin mənfi reaksiyasına səbəb olurdu. Paris alman hərbi potensialının belə sürətlə canlanmasına tamamilə hazır deyildi - beləliklə də, IV Respublikanın hər iki prezidenti Avropa ordusu variantını təklif etdi. Bu ordunun NATO-dan fərqi fransız serjantlarının rəhbərlik etdiyi qarışıq batalyonlardan (Fransız, Alman, Hollandiya, Belçika və s.) ibarət olması nəzərdə tutulurdu. Fransızların fikrincə, bu, daha təhlükəsiz variant idi.
Lakin “layihə” beşikdəcə” boğuldu. Əsas səbəb maliyyə idi - ordunun saxlanılması üçün maliyyənin əsas hissəsi ABŞ tərəfindən tədarük edilirdi. Bu baxımdan da, Avropa ordusu ideyası “qeyri-praktik” adlandırıldı. O ki qaldı, “komandanlıq” məsələsinə, bu da öz həllini tapdı - NATO-nun hərbi birliklərinə inteqrasiya etmiş Avropa ordusunun yaradılması haqqında “sənədin” son iki bəndində də deyilirdi ki, Avropada ciddi münaqişə baş verərsə, ordu NATO-nun ümumi komandanlığı altında fəaliyyət göstərəcək. Beləliklə, Avropa ordusu fikri tam şəkildə NATO-ya proyeksiya edildi.
Fikir ayrılığının əsas səbəbləri...
Bu ideyanın “sönməsindən” təxminən 70 il sonra Avropa Ordusu fikrinin yenidən ortaya atılması məntiqi olaraq bir fikri təsdiqləyir - müttəfiqlər arasında fikir ayrılığı mövcuddur. Situasiyaya diqqət yetirdikdə isə görürük ki, fikir ayrılığının motivləri günü-gündən artır:
- ABŞ nəzarətində olan hazırki NATO rəhbərliyi bu il yayın əvvəlində Rusiyadakı silah obyektlərinin məhv edilməsi üçün Qərb silahlarının istifadəsinə qoyulan qadağanın aradan qaldırılmasına çağırış etmişdi. Bu çağırışdan sonra Böyük Britaniya, Latviya, Litva, Niderland, Polşa, Finlandiya, Fransa, Çexiya, İsveç və Estoniya Ukraynaya öz silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə vermişdi. Bununla belə icazə 32 üzvün təxminən 1/3 tərəfindən verilmişdi - Avropa kontingentində münaqişənin bitməsini zəruri sayan dövlətlər bu icazə kampaniyasına qoşulmamışdı.
- NATO-nun genişlənmə planı üzərində aparılan iş bəzi dövlətlərin “ürəyincə” deyil. Onların düşüncəsinə görə, Şimal Alyansı özünün kontingentini artırmaqla səhvə yol verir. Çünki bəzi üzvlər arasında tarixi ziddiyyətlərin olması məsələni qəlizləşdirir. Eyni zamanda, kiçik ölkələrin qurumda hərbi kontingentlə iştirak edə bilməmələri də bu narazılığı genişləndirir.
- Və nahayət yenidən maliyyə məsələsi... Bir sıra ekspertlərin də bildirdiyi kimi, NATO-nun “nüvə çətiri” birmənalı şəkildə ABŞ-ın ixtiyarındadır. Nəzərə alsaq ki, bu daha çox maliyyə tələb edir və NATO-nun ümumi xərclərinin də mütləq əksəriyyətini Vaşinqton ödəyir, Avropanın “müşahidəçi” missiyası qınanır. Başqa sözlə, ABŞ onun hərbi təhlükəsizlik çətiri altında olan Avropanın ən azından maliyyəni artırmalı olduğunu düşünür. Yeri gəlmişkən, Donald Trampın prezident seçiləcəyi təqdirdə ABŞ-ın Alyansdan çıxma ehtimalı da məhz bu səbəblə əlaqələndirilir.
Alyansı gözləyən “günlər”...
Beləliklə, zaman Alyansın zərərinə işləyir. Avropa ilə ABŞ arasındakı fikir ayrılığının Ruttenin Baş katib kimi fəaliyyətə başlamasının ardından daha da dərinləşəcəyi proqnozlaşdırılır. Bu isə klassik Avropa ilə yeni Qərb yanaşması arasındakı tarixi çəkişmələrin yenidən alovlandıra bilər. Düzdür, Trampın prezident seçiləcəyi təqdirdə Rusiya-Ukrayna müharibəsini bitərəcəyi ilə bağlı bəyanatı mərkəzi Avropanın maraqlarına uyğun gəlsə də, klassik qitə təmsilçilərinin bəzilərinin planları ilə uzlaşmır. Beləliklə, Ukrayna-Rusiya qarşıdurmasına qədərki dövrdə kollektiv Qərb anlayışı bütöv bir orqanizm xarakteri daşıyırdısa, artıq 2024-cü ildə Qərbin vahid maraqlar toplusu ən azından “Avropa Ordusu” ideyası ilə küncə sıxışdırılır. Həm Avropa, həm də “yeni Qərbçilər” anlayırdı ki, “Avropa Ordusu” “söz birləşməsi” vahid qütb olmaq arzusunu darmadağın edir. Kollektiv müdafiə refleksi bir nöqtədən - NATO-dan parçalanmaya məruz qalır. Ortada bir istisna var ki, mərkəzi Avropa ölkələrinin Rusiyaya münasibəti siyasi-hərbi motivlər üzərində deyil, iqtisadi - qarşılıqlı mübadilə mexanizmi üzərində inkişaf etdiriləcək.
Fon der Leyenin proqramında Avropanın müdafiəsi...
Göründüyü kimi, 70 ildən sonra yenidən Fransa tərəfindən gündəmə gətirilən ideya Avropanın özündə də siyasi parçalanma yaradır. Yenicə və yenidən Avrokomissiya rəhbəri seçilən Ursula ?on der Leyen bu ideyaya “isti” yanaşsa da, Aİ prizmasından qiymətləndirsə də, ehtiyatlı davranır - hətta ikinci dönəm komissiya sədrliyi üçün səsvermədən əvvəl AP-də yeni proqramını təqdim edən fon der Leyen NATO ilə əməkdaşlıq çərçivəsində (bunu xüsusi qeyd etmək lazımdır) Avropa Müdafiə İttifaqının yaradılması və Avropa Hava Qalxanı da daxil olmaqla bir çox hərbi layihələrin həyata keçirilməsi məqsədini açıqlamışdı.
Fon der Leyen qarşıdakı beş ildə əsl Avropa Müdafiə İttifaqının formalaşdırılmasına və müdafiə məhsulları, xidmətləri üçün vahid bazarın yaradılmasına diqqət yetirəcəyini, Avropaya ortaq maraq kəsb edən müdafiə layihələri təqdim edəcəyini, üzv dövlətlərin müdafiə sənayesi və bununla bağlı yeni texnologiyaların koordinasiyasını təmin edəcəyini bildirmişdi. Fon der Leyenin proqramındakı yeniliklərdən birini Avropanın müdafiə impulsunun qaldırılması idi.
Fərq ondadır ki, ?on der Leyen bu fəaliyyəti hələ ki, NATO çərçivəsində aparmağı düşündüyünü “söyləyir”. Amma ABŞ-a yaxın Stoltenberqin Avropanın “adamı” olan Ruttenlə əvəzlənməsi Fon der Leyenin də planlarına təsir göstərə bilər - bu istisna edilmir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

