HIMARS qurğuları Alyaskaya niyə yerləşdirilib?
17.09.2024 [08:17]
Birləşmiş Ştatlarla Rusiya arasında gərginlik artır
Rusiya-Ukrayna müharibəsi başlayandan Qərb dövlətləri Kiyevə milyardlarla dollar həcmində hərbi yardımlar göstərir. NATO ölkələri arasında Kiyevə ABŞ daha çox hərbi dəstək verməkdədir. Xatırladaq ki, ABŞ-ın Ukraynaya yardımlarını maliyyələşdirmək üçün yeni vəsaitlərin ayrılması məsələsi Konqresdə ötən ilin payızından müzakirə olunsa da, fikir ayrılıqları səbəbindən yekun qərar qəbul olunmurdu. Nəhayət, bu ilin aprelində Konqres 61 milyard dollarlıq yardımı təsdiq etməklə Ukraynaya “müttəfiqliyinə sadiq olduğunu” göstərdi. ABŞ-ın 61 milyard dollarlıq yeni yardım paketində nəzərdə tutulan HIMARS sistemlərinin də döyüş meydanındakı vəziyyəti Ukrayna Silahlı Qüvvələrinin xeyrinə dəyişə biləcəyi gözlənilirdi. Hesab olunurdu ki, bu cür silahlar Rusiyanın cəbhədəki logistik imkanlarını zəiflədə bilər. Eyni zamanda, ABŞ-ın Kiyevə tədarük edəcəyi hava hücumundan müdafiə sistemləri Ukrayna ordusu üçün döyüş meydanında yaranan ağır vəziyyəti yüngülləşdirməyə yardım edəcək.
Ukrayna Kurskda hücumlarını artırıb?
Hazırda döyüş bölgəsində qarşılıqlı hücumlar davam edir. Məlumatlara görə, Ukrayna qoşunları Kursk vilayətində bütün cəbhə xətti boyunca hücuma keçib və hücum əməliyyatları fonunda Sudjanın şimalına doğru irəliləməyə davam edib. Rusiyalı hərbi müxbirlər Ukrayna qüvvələrinin Çerkassı Poreçnoyeni (Sudjanın şimalı) ələ keçirdiyini iddia ediblər. Rusiyaya məxsus “Axmed” xüsusi təyinatlılarının komandanı Aptı Alaudinov deyib ki, Ukrayna ordusunun Kurska hücumunun təşkili NATO tərəfindən əlaqələndirilir, ona görə də burada Kiyevdə mövcud olan bütün növ Qərb texnikasından istifadə olunur. “Aydındır ki, bu əməliyyatın əsas təşəbbüskarları amerikalılar və ingilislərdir, buna heç bir şübhə yoxdur. Təbii ki, bu əməliyyatda NATO blokunun bütün qərargahları iştirak etdiyi üçün bu dövlətlərin texnikası, texniki avadanlıqları, silahları burada yerləşir”, - deyə Alaudinov bildirib. Onun sözlərinə görə, Kurskda ABŞ-ın M113, “MaxxPro” zirehli transportyorları, MRAP və “Humvee” zirehli maşınları, eləcə də Fransa və İsveç texnikaları var: “Hamısı real olaraq buradadır. Düşmənimiz bizim uduzmağımızı çox istəyir”.
Qeyd edək ki, Ukrayna Rusiya ərazisində Qərbin uzaqmənzilli silahları ilə vurmaq istədiyi hədəflərin siyahısını ABŞ və Böyük Britaniyaya təhvil verib. Bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, hədəflərə hərbi komandanlıq mərkəzləri, yanacaq və silah anbarları, qoşunların cəmləşdiyi ərazilər daxildir. Məlumata görə, Ukrayna hakimiyyəti bu hədəfləri vurmaq üçün ATACMS və SCALP raketlərindən istifadə etmək istəyir.
HIMARS 300 km-ə qədər məsafədəki hədəfləri vurur
Xeyli müddətdir ki, ABŞ-ın Ukraynaya tədarük etdiyi silahlar arasında HIMARS da var. HIMARS yüksək mobil artilleriya raket atəş sistemidir. Sistem 227 mm-lik GPS ilə idarəolunan raketlər və ya bir ATACMS ballistik raket buraxa bilir. Modifikasiyadan asılı olaraq 300 km-ə qədər məsafədəki hədəfləri vurur. Bu silah yük maşınlarının üzərində yerləşdirilir. HIMARS müasir döyüş meydanının tələblərinə cavab vermək üçün hazırlanmış çevik və bir neçə növlü buraxılış qurğusuna malikdir. Bu sistem Amerikanın Lockheed Martin şirkəti tərəfindən işlənib hazırlanaraq istehsal edilib. ABŞ bu silahdan Əfqanıstanda və Suriyada istifadə edib. Daha sonra isə bu silah Ukraynaya tədarük olunub. Hazırda Kiyev Rusiya ərazisinə edilən hücumlarda bu silahdan istifadə edir. Kurska hücum zamanı da Ukrayna ordusu HIMARS-dan yararlanır.
Onu da qeyd edək ki, bugünlərdə ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Konqresə Prezidentin silahların ötürülməsi ilə bağlı səlahiyyətlərinin müddətini (Presidential Drawdown Authority, PDA) 2025-ci ilə qədər uzatmaq xahişi ilə müraciət edib. Bu barədə “The Hill” məlumat verir. Müraciət qəbul edilərsə bu, sentyabrın 30-da maliyyə ilinin başa çatmasından sonra Ukraynaya hərbi yardımın göstərilməsi üçün təxminən 5,9 milyard dolları əlçatan etməyə imkan verəcək. Ağ Ev, maliyyələşmənin davam etdirilməsinin Nümayəndələr Palatasının spikeri Mayk Consonun təklif etdiyi daimi qətnaməyə daxil edilməsini xahiş edib. Bu vəsaitlərin istifadə etmə müddəti bu ayın sonunda başa çatır. “Presidential Drawdown Authority” çərçivəsində 5,9 milyard dollarımız qalıb. Bu vəsaitin 100 milyon dollar istisna olmaqla, hamısı maliyyə ilinin sonuna kimi istifadə edilməlidir”, - deyə Pentaqonun nümayəndəsi, general-mayor Pet Rayder bildirib.
Konqresdən isə nəşrə bildirilib ki, maliyyələşmənin davamı olmadan Bayden administrasiyası oktyabrın 1-dək Ukraynaya 5,8 milyard dollarlıq hərbi yardımın göstərilməsini elan edə, sonra isə ilin qalan hissəsindən avadanlıq göndərmək üçün istifadə edə bilər. Baxmayaraq ki, bu, o qədər də cəlbedici variant deyil. Mənbənin sözlərinə görə, eyni zamanda 5,8 milyard dolların dərhal ayrılması ilə bağlı müəyyən hüquqi problemlər də yarana bilər. Məsələn, müəyyən komponentlər anbarda mövcud olmasa, bu, açıq-aydın maneəyə çevriləcək. ABŞ Konqresi tərəfindən 5,8 milyard dollar məbləğində PDA-nın uzadılması qərarının qəbul edilməsi Ağ Evə Ukraynaya ayda bir neçə dəfə kiçik partiyalarla hərbi yardım göndərməyə davam etməyə imkan verəcək.
ABŞ-la Rusiya arasında hərbi toqquşma riski...
Bütün bunların fonunda ABŞ Rusiyanın keçirdiyi hərbi dəniz təlimləri ilə əlaqədar təcili olaraq öz qoşunlarını və HIMARS qurğularını Alyaskadakı Aleut adalarına köçürüb. Bu barədə məlumatı “Business Insider” yayıb. Nəşrin məlumatına görə, Şemya adasında, xüsusən də, uzaqmənzilli raketləri olan HIMARS qurğusu və əks batareya radarı yerləşdirilib. Diviziya komandiri general-mayor Cozef Hilbert bildirib ki, əməliyyat ABŞ ordusunun Sakit okeanda “məharətlə və xəbərdarlıq etmədən qüvvələri hətta ən ucqar yerlərə köçürmək” qabiliyyətini nümayiş etdirir.
Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov isə bildirib ki, Moskva Ukraynanın Rusiya ərazisinə zərbə endirmək üçün uzaqmənzilli silahlardan istifadə etməyə görə ABŞ və Böyük Britaniyadan icazə almasını ciddi risk elementi kimi görür: “Prinsipcə, burada ciddi risk elementi var, çünki Vaşinqton, London və digər ölkələrdəki düşmənlər oynadıqları oyunun təhlükə dərəcəsini lazımınca qiymətləndirmir”.
HIMARS-ların Alyaskaya köçürülməsi isə tərəflər arasında müharibə riski yaratmır. Tərəflər arasında gərginlik artsa da hərbi ekspertlər hesab edirlər ki, əks qütblərdə olan ölkələrin biri hərbi təlimlər keçirən zaman digəri ehtiyat üçün təhlükəsizlik tədbirlərini artırır. ABŞ-ın da addımı məhz bundan ibarətdir.
Digər tərəfdən, Ukrayna münaqişənin sülh yolu ilə həlli planını Rusiya ilə müvafiq dialoq aparan ölkələr vasitəsilə Moskvaya verməyi planlaşdırır. Ukrayna prezident aparatı rəhbərinin müavini İqor Jovkva qeyd edib ki, indi bu plan hazırlanır. Onun sözlərinə görə, Moskva ultimatum dilində danışmağı dayandırarsa və belə planın elementlərini müzakirə etməyə hazır olarsa, Ukrayna tərəfi ikinci sülh sammitində Rusiya nümayəndələri ilə görüşməyə hazırdır. Jovkva vurğulayıb ki, Kiyev digər ölkələr vasitəsilə sammitdə Rusiyanın nümayəndələrinə sülh planını çatdırmağı düşünür.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 19:54
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30

