/ / Türkiyənin milli müdafiə naziri: Ankaranın prioriteti Suriyada terrorizmin aradan qaldırılmasıdır
Türkiyənin milli müdafiə naziri: Ankaranın prioriteti Suriyada terrorizmin aradan qaldırılmasıdır
22.12.2024 [22:45]
Ankara inanır ki, Suriya Milli Ordusu ölkənin bütün ərazisinə nəzarəti bərpa edə biləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Güler Suriya ilə həmsərhəd Kilis vilayətinə səfəri zamanı deyib.
Türkiyəli nazirin sözlərinə görə, Suriyanın suverenliyi və bütövlüyünün təmin edilməsi Türkiyənin təhlükəsizliyi üçün də xüsusi əhəmiyyət kəsb edir.
Y.Güler xatırladıb ki, 2011-ci ildən bəri Türkiyənin sərhəd bölgələrinə onlarla raket və minaatan hücumu olub, nəticədə 600-dən çox Türkiyə vətəndaşı terrorçuların əlindən həlak olub, mindən çox insan yaralanıb.
Türkiyəli nazir Türkiyə Silahlı Qüvvələrinin İŞİD terrorçularına qarşı “Fərat qalxanı” əməliyyatını da xatırladıb.
“Türkiyə Silahlı Qüvvələri Suriyada İŞİD terrorçularına faktiki müqavimət göstərən dünyada yeganə ordudur. Yaraqlılarla mübarizədə 67 türk əsgəri şəhid olub”, - deyə Y. Güler bildirib.
Onun sözlərinə görə, Suriyada hakimiyyət dəyişikliyi fonunda qonşu ölkənin inkişafında yeni mərhələ başlayıb.
“Dekabrın 2-də Suriya Milli Ordusu Tall-Rıfat bölgəsini YPG (PKK-nın Suriya qanadı), dekabrın 9-da isə Münbiçi terrorçularından təmizləyib. Biz inanırıq ki, terrorçularla mübarizə Suriyanın bütün ərazisi təmizlənənə qədər davam edəcək. Türkiyə də öz tərəfindən Suriya xalqını dəstəkləmək üçün tədbirlər görməyə davam edəcək”, - deyə türkiyəli nazir əmin edib.
O, bölgədəki bütün aktorları, eləcə də Ankaranın müttəfiqlərini Türkiyənin Suriya problemlərinin həllində əsas oyunçu olduğu faktını etiraf etməyə çağırıb. “Əməkdaşlıq etmək, Türkiyənin və Suriya yeni hakimiyyət orqanlarının uzunmüddətli sülhə doğru atılan addımlarını dəstəkləmək çox vacibdir”, - deyə o qeyd edib.
Y.Güler vurğulayıb ki, məqsədlərindən birinin bölgənin etnik xəritəsini dəyişdirmək olan terrorçulara Suriyanın gələcəyində yer yoxdur.
“Biz terrorçu qrupların Türkiyə və Suriyanın təhlükəsizliyinə təhdid yaradan bütün hərəkətlərini diqqətlə izləyirik. Problemlərin qarşısını almaq üçün tədbirlər görürük. Ankara üçün prioritet Suriyanın ayrı-ayrı ərazilərinə nəzarət edən YPG terror təşkilatının tamamilə məhv edilməsidir”, - deyə türkiyəli nazir əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

