Ukrayna və ABŞ arasında nadir torpaq mineralları üzrə sazişin detalları açıqlanıb
26.02.2025 [23:38]
Ukrayna və ABŞ faktiki olaraq nadir torpaq mineralları üzrə sazişin yekun variantını işləyib hazırlayıblar. Bu gün bu müqavilə “Ukraynanın bərpası ilə bağlı investisiya fondu üçün qayda və şərtlərin yaradılması haqqında saziş” adlanır.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal milli telemarafonun efirində danışıb.
"Biz faktiki olaraq son variantı işləyib hazırlamışıq. Bu gün bu saziş "Ukraynanın bərpası üçün İnvestisiya Fondunun Qayda və Şərtlərinin yaradılması haqqında Saziş" adlanır. Əslində, bu, hüquqi qüvvəyə malik olan ilkin razılaşmadır. Bu, Ukraynanın bərpası üçün investisiya fondunun yaradılmasını nəzərdə tutur, onu Ukrayna və ABŞ birgə idarə edəcək”, - deyə Şmıqal əlavə edib.
Baş nazirin sözlərinə görə, bu saziş birbaşa Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlıdır.
"Müqavilənin preambulasında çox aydın şəkildə qeyd olunur ki, Amerika xalqının Ukrayna ilə birlikdə azad, suveren və təhlükəsiz dövlətə sərmayə qoymaq istəyi nəzərə alınmaqla, bu, sazişin başlanğıcıdır. Mən birbaşa mətndən sitat gətirirəm və bu, onun hansı məqsədlə bağlandığını anlamaqda bizim üçün vacibdir. Bu sazişin təhlükəsiz mahiyyəti ölkəmiz, hökumətimiz və prezidentimiz üçün bir nömrəli prioritetdir", - deyə Şmıqal vurğulayıb.
Razılaşmada Ukraynanın dünyanın üçüncü ən böyük nüvə arsenalından imtina edərək beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni vurğulayan Budapeşt Memorandumuna istinad var.
Sənədin Ukrayna hökuməti tərəfindən nəzərdən keçiriləcəyi və nəhayət, Ukrayna və ABŞ prezidentləri arasında danışıqlar zamanı razılaşdırılacağı gözlənilir.
Nadir torpaq metalları müqaviləsinin əsas müddəaları aşağıdakılardır:
- İnvestisiya fondunun yaradılması – Ukrayna və ABŞ Bərpa Fondunu bərabər şəkildə idarə edəcək.
- Təhlükəsizlik zəmanətləri ilə əlaqələndirilməsi – Müqavilə Ukraynanın NATO-ya qoşulmasına dəstək verilməsini və ya alternativ təminatların nəzərdən keçirilməsini ehtiva edərək, təhlükəsizlik arxitekturasının bir hissəsi kimi qəbul edilir.
- Fondun maliyyələşdirilməsi – Ukrayna icarə haqları, faydalı qazıntılara lisenziyalar və infrastruktur obyektlərindən əldə olunan dividendlərin 50 faizini fonda yönəldəcək.
- ABŞ və Ukraynanın birgə töhfələri – Fondun vəsaitləri Ukraynanın yenidən qurulması, iqtisadi inkişafı və təhlükəsizliyinə sərf olunacaq.
- Ukraynanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfənin tanınması – Ukraynanın nüvə arsenalından imtinası qeyd edilir və Budapeşt Memorandumuna istinad olunur.
Fond Ukrayna və ABŞ hökumətləri tərəfindən birgə idarə olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

